Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Görkəmli maarif və mədəniyyət xadimi Sultan Məcid Qənizadə

Görkəmli maarif və mədəniyyət xadimi Sultan Məcid Qənizadə

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Rövşən Yerfi

Sultan Məcid Qənizadə - 160

Azərbaycanın görkəmli maarif xadimi, müəllim, yazıçı, jurnalist və tərcüməçi, ölkədə realist ədəbiyyatın və milli pedaqoji sistemin formalaşmasında əvəzsiz rol oynayan şəxsiyyətlərdən biri - Sultan Məcid Qənizadə 160 il əvvəl, 1866-cı ilin aprelində Şamaxıda dünyaya gəlmişdir. Ulu babası Ağa Məsih Şirvani Şamaxının tanınmış şairlərindən biri olub.

Rus dilini Şamaxıda təhsil alarkən mükəmməl öyrəndiyi üçün 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur. İnstitutu bitirəndən sonra o vaxt müsəlmanların şəhər məktəblərində işləməyi yasaq edildiyindən tələbə dostu Həbib bəy Mahmudbəyovla birlikdə kənd məktəblərinə təyin ediliblər. Bu haqsızlıqla barışmayan iki dost Bakıya gələrək 1887-ci ildə “rus-tatar məktəbi” adlı ibtidai təhsil ocağının yaradılmasına nail oldular.

XIX əsrdə Azərbaycan maarifçilik cərəyanının görkəmli nümayəndəsi olan Qənizadənin Azərbaycan Dövlət Tarix Arxivinin bir neçə fond və ondan artıq saxlama vahidində zəngin pedaqoji fəaliyyətini əks etdirən xeyli sənədlər mühafizə olunur. Bu sənədlərin çoxluğunu nəzərə alıb arxivdə sənəd axtarışını asanlaşdırmaq məqsədi ilə onun 1891-1914-cü illər üzrə pedaqoji fəaliyyətindən bəhs edən tematik siyahı da tərtib edilmişdir.

Belə ki, həmin sənədlər 03 may 1891-22 may 1892-ci il zamanında Bakı şəhərində 3-cü rus-tatar məktəbinin açılışına şərait yaradılması üçün S.M.Qəniyev və H.Mahmudbəyov tərəfindən Bakı şəhər Dumasına ünvanlanan məktubların toplandığı saxlama vahidi ilə başlayır (f.389, siy.6, sax.vah.32, vər.5-8).

Ardınca Bakı şəhərində oğlanlar üçün açılan iki məktəbdən birinə rəhbər təyin edilməsi haqqında Bakı şəhər Dumasının məktəb komissiyası sədrinə ərizəsi, onun 15 iyun 1891-ci ildən rus-tatar məktəbinə rəhbər təyin edilməsinə dair əmr, Qənizadənin məktəbin saxlanması və pedaqoji fəaliyyəti ilə bağlı sənədlər maarifçilik tariximizin qiymətli səhifələridir.

Tacir İ.Məlikov, həkim X.Axundov və 2-ci rus-tatar məktəbinin rəhbəri S.M.Qəniyev tərəfindən Bakıda açılışına görə müraciət də, o dövrün mütərəqqi hadisələrindəndir (f.45, siy.2, sax.vah.282, vər.1-11).

Sultan Məcid Qənizadə maarifçilik fəaliyyətini təkcə rəhbər işlədiyi məktəblə məhdudlaşdırmamış, “Nicat” xeyriyyə cəmiyyəti nəzdində müsəlman uşaqlar arasında savadlılığın yayılması məqsədi ilə kursların açılmasına da çalışmış, bu haqda Bakı quberniyası və Dağıstan vilayəti Xalq məktəbləri inspektoruna müraciətlər etmişdir (f.389, siy.6, sax.vah.563, vər.7).

Onun yaratdığı bir sıra lüğətlər və dərsliklər təhsil sahəsində ilk addımlardan sayıla bilər. “Lüğəti - rusi və türki”, “Samouçitel tatarskoqo yazıka” və hazırladığı digər dərs vəsaitləri Qənizadənin millətinə göstərdiyi xidmətlərdən xəbər verir.

1908-ci ildə Bakı quberniyası və Dağıstan vilayəti Xalq məktəblərinin ilk azərbaycanlı müfəttişi, 1917-ci ildə direktoru təyin edilmişdir.

O, həm də, böyük yazıçı idi. Ən sanballı bədii əsəri “Məktubati – Şeyda bəy Şirvani” (1900) adlanır. Çoxlu hekayələr, təbdil və mənzumələr yazmışdır. “Allah xofu” (1906), “Qurban bayramı” (1907) hekayələri əsərləri arasında xüsusi yer tuturlar.

Eyni zamanda jurnalist kimi “Dəbistan”, “Molla Nəsrəddin” jurnallarında və müxtəlif qəzetlərdə müntəzəm çıxışlar edir, bədii mətnlər, felyetonlar dərc etdirirdi.

Qənizadə həm də, mədəniyyət xadimi idi. Azərbaycan teatrının inkişafında böyük xidmətlər etmişdir. O, kiçik pyeslər yazmış, bəzən rejissorluq etmiş, səhnədə rol oynamış, teatr sənətinə Hüseyn Ərəblinski sayaq neçə-neçə istedadlı həvəskarları cəlb eləmişdir.

O, 1918-20-ci illərdə ictimai xadim kimi İttihad Partiyasının sədr müavini, Zaqafqaziya Seyminin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini olmuşdur.

Böyük ziyalı, otuzuncu illərin repressiyalarının qurbanı olaraq pantürkizimdə ittiham edilmiş, ömrünün yetmiş ikinci ilində - 22 mart 1938-ci ildə güllələnmişdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Aprel 2026 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri