Icma.az
close
up
RU
Görkəmli şair Seyid Əzim Şirvaninin anadan olmasından 190 il ötür

Görkəmli şair Seyid Əzim Şirvaninin anadan olmasından 190 il ötür

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Azərbaycanın görkəmli şairi, maarifçi və pedaqoqu Seyid Əzim Şirvaninin doğum günüdür.

Seyid Əzim Şirvani 1835-ci il iyulun 9-da Şamaxının "Qalabazar" məhəlləsində anadan olub. Yeddi yaşında ikən atasını itirib və Dağıstanın Yaqsay kəndində yaşayan, dindar kimi fəaliyyət göstərən ana babası molla Hüseynin himayəsində böyüyüb. İbtidai təhsilini orada alan Seyid Əzim 1853-cü ildə Şamaxıya qayıdıb. Üç il sonra 21 yaşlı gənc ruhani təhsili almaq üçün İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə gedib. Dünyəvi elmlərə böyük maraq göstərən gənc Seyid Əzim 1957-ci ildə yenidən Məkkə, Mədinə, Misir və Suriyaya səyahət edib, 50-ci illərin sonunda vətənə qayıdıb. O, ruhani olmaq fikrindən dönüb və məktəbdarlıqla məşğul olub.

"Əkinçi" qəzetinin nəşrini sevinclə qarşılayan şair şeirlərinin bir qismini burada çap etdirib. "Əkinçi" bağlandıqdan sonra "Ziya", "Ziyayi-Qafqaziyyə" qəzetləri ilə əməkdaşlıq edib.

Seyid Əzim 1877-ci ildə Şamaxıdakı məktəbdə Azərbaycan dili və şəriət müəllimi kimi fəaliyyətə başlayıb, qısa fasilələrlə ömrünün sonuna qədər orada işləyib. 1878-ci ildə "Rəbiül-ətfal" (Uşaqların baharı) adlı dərsliyini tamamlayıb.

19-cu əsrin sonlarına doğru Seyid Əzim Şamaxıda yeni üsulla "Məclis" adlı bir məktəb açır. Seyid Əzimin bu məktəbində köhnə mollaxanalardan fərqli olaraq, şagirdlərə Azərbaycan, rus, fars dilləri öyrədilir və müasir elmlərdən ibtidai məlumat verilirdi.

Mirzə Ələkbər Sabir məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində dərs alıblar.

Şairin bədii irsi Azərbaycanca və farsca iki böyük külliyyatdan ibarətdir. Yaradıcılığının çox hissəsini lirik janrda yazılan qəzəllər, öyüd, təmsil və didaktiv mahiyyət daşıyan mənzum hekayələr, düzlük, mərdlik, mətanət, məzlumlara kömək və sair kimi gözəl və nəcib əməlləri əks etdirən şeirlər təşkil edir. İctimai mahiyyət daşıyan satiraları da Seyid Əzimin yaradıcılığında mühüm yer tutur. Onu dövrünün böyük realist şairi kimi tanıdan "Dəli Şeytan", "Məkri-zənan", "Yerdəklərin göyə şikayəti", "Bəlx qazisi və xarrat", "Elmsiz alim" və sair satiralarıdır.

Maarif sahəsindəki xidmətlərinə görə 1887-ci ildə "Za userdiye" medalı ilə təltif olunub. Maddi ehtiyac içində yaşayan şair medalı yalnız ölümündən 10 gün əvvəl, 1888-ci ilin mayında alıb. Mayın 20-də dünyasını dəyişən şair öz vəsiyyəti ilə Şamaxının Şaxəndan qəbiristanlığında dəfn olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 İyul 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri