Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək
Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.
Türk ədəbiyyatının görkəmli yazıçısı Yaşar Kamalın İstanbuldakı həyatının mühüm dayanacaqlarından olan Menekşe qəsəbəsi bu dəfə yazıçının adını daşıyan mədəniyyət mövsümünə ev sahibliyi edəcək.
Kulis.az xəbər verir ki, Küçükçekmece Bələdiyyəsi 2026-2027-ci illər Mədəniyyət və İncəsənət Mövsümünü Yaşar Kamala həsr edərək ədibin bu bölgə ilə bağlarını sərgi, sənədli film və panellərlə yenidən gündəmə gətirəcək.
Cənnət Mədəniyyət və İncəsənət Mərkəzində təşkil olunacaq açılış proqramında "Yaşar Kamal Menekşeydi, Menekşe Yaşar Kamal" başlıqlı sərgi sənətsevərlərə təqdim olunacaq.
Qeyd edək ki, tədbir çərçivəsində jurnalist Nebil Özgentürkün hazırladığı "Yaşar Kamal’in Menekşesi" sənədli filminin ilk nümayişi keçiriləcək, aktyorlar Levent Ülgen və Cezmi Baskının iştirakı ilə yazıçının irsinə həsr olunmuş mühazirə və Cengiz Özkanın konserti təşkil ediləcək.
"Şabanoğlu Şaban" filminin davamı çəkiləcək Müharibənin cəbhədən uzaqdakı talelərə düşən qəlpələri... - Rəsmi hesabatlara düşməyən qurbanlar kimlərdir? Nobel mükafatının məbləği artırıldı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 07 Oktyabr 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















