Görməni məhdudlaşdıran bu əşyalara görə yol polisi sizi saxlaya bilər Sürücülərə XƏBƏRDARLIQ FOTO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Bir çox sürücülər avtomobillərinin daxilində bəzək əşyalarından, ətirli cihazlardan və ya müxtəlif aksesuarlarından istifadə etməyi xoşlayırlar.
Avtosfer.az xəbər verir ki, bu cür əşyalar hər nə qədər estetik baxımdan cəlbedici görünsə də təhlükəsizlik baxımından ciddi risk yaradır. Qaydalara əsasən, sürücünün görmə qabiliyyətinə mane olan bəzək əşyaları, ətirli cihazlar, telefon tutacaqları və oxşar vasitələrin avtomobilin ön şüşəsində və ya arxa baxış güzgüsü ətrafında yerləşdirilməsi qadağandır.
Nəqliyyat vasitəsinin ön şüşəsində və ya arxa görünüş güzgüsü yaxınlığında asılmış muncuqlar, CD-lər, stikerlər, naviqasiya cihazları və ya telefon tutacaqları sürücünün görmə bucağını daraldaraq qəza ehtimalını artırır. Bu cür əşyalar xüsusilə qəfil vəziyyətlərdə sürücünün reaksiyasını ləngidə və görmə qabiliyyətini zəiflədə bilər.
Qaydanı pozan sürücülər inzibati qaydada cərimə olunurlar. Polis əməkdaşları yoxlamalar zamanı sürücünün baxış bucağını məhdudlaşdıran əşyalar aşkar edərsə, həmin aksesuarların dərhal avtomobildən çıxarılmasını tələb edə bilər.
Qeyd edək ki, bu qayda yalnız estetik məqsəd daşımır, əsas məqsəd sürücülük təhlükəsizliyini təmin etməkdir. Arxa baxış güzgüsünə asılmış muncuqlar və ya şüşənin ortasına qoyulmuş iri telefon tutacaqları kimi əşyalar diqqəti yayındırmaqla yanaşı, qəza riskini də artırır.
Bənzər qaydalar bir çox Avropa ölkələrində də tətbiq olunur. Məsələn, Böyük Britaniyada sürücünün görmə qabiliyyətinə mane olan bəzək əşyaları, ətir cihazları və ya telefon tutacaqları asan şəxslər 100 funt-sterlinqə qədər cərimə olunur. Oxşar tədbirlər digər ölkələrdə də sürücülük təhlükəsizliyini artırmaq məqsədilə həyata keçirilir.
Eltac Zülfüqaroğlu
Baxış sayı:88
Bu xəbər 14 Noyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















