Icma.az
close
up
RU
“Görməzdən gəldiyimiz hər səhv bir uşağın əlində silaha çevriləcək”

“Görməzdən gəldiyimiz hər səhv bir uşağın əlində silaha çevriləcək”

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı insidentlə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, aparıcı şagirdlərini qoruyarkən həlak olan Ayla müəllimin fotosunu paylaşaraq bu sözləri yazıb:
“Bir neçə gün əvvəl bulvarda tapdalanmış, qoparılmış çiçəkləri görəndə içim sızıldadı… Amma etiraf edim ki, çox da təəccüblənmədim. Çünki biz get-gedə gözəlliyə qarşı hisslərini itirən bir cəmiyyətə çevrilirik. Axı, bir insan çiçəyi necə məhv edə bilər? Necə bir gözəlliyi məhv edərkən heç nə hiss etməz? Cavab çox ağırdır: içində sevgi olmayan insan hər şeyə qıyar, çiçəyə də, heyvana da, insana da… Bu gün dünyada baş verənlər də bunun acı sübutudur.
Son günlər Türkiyədə məktəbdə baş verən faciə — bir uşağın əlində silahla öz sinif yoldaşlarına, dostlarına, ona dərs deyən müəlliminə qıyacaq qədər qəddarlaşması. Sadəcə bir xəbər deyil, faciədir. Bu, hamımız üçün siqnaldır. Bu “bir yerdə səhv edirik” deməkdir. Uşaqlar doğulanda su kimi pak, məsum olurlar. Heç biri qəddar doğulmur. Onları ya biz belə edirik, ya da gözümüzün qarşısında dəyişirlər və biz bunu görməzdən gəlirik.
Bu gün məktəblərdəki vəziyyət də düşündürücüdür. Müəllimlər çox vaxt gördüyünü deməyə, şikayət etməyə çəkinir. Çünki bilir ki, bir çox halda valideyn əvvəlcə öz övladını yox, müəllimi günahlandıracaq. Sosial mediada isə hadisənin mahiyyətini bilmədən, kütlə psixologiyası ilə insanlar məktəbi, müəllimi hədəfə alır. Bəzən bu təyziq o həddə çatır ki, yersiz qınaqlar bir insanı mənəvi olaraq sındırır və özünə qəsdə qədər gətirir. Halbuki, müəllim uşağın həyatında valideyndən sonra ən böyük təsir gücünə sahib insandır.
Əgər biz müəllimi susdururuqsa, əslində uşağın gələcəyini susdururuq. Bu gün uşaqların əlində telefon, planşet var. Saatlarla nə oynadıqlarını bilmirik. O oyunlarda nə var?! Zorakılıq, aqressiya, hissizləşmə… Uşaq hər gün bunu görəndə, bir müddət sonra bunu normal saymağa başlayır. Biz bunu çox gec başa düşürük. Valideyn olmaq qorumaqdır. Nə izlədiyini bilmək, nə oynadığını izləməkdir. Onun qəlbini doldurmaqdır. Qəlbini haqsızlıqla, nifrətlə doldurduğumuz uşaq gələcəyin yırtıcısına çevrilə bilər… Amma biz ona mərhəməti öyrətsək, o da bir gün kiminsə yarasını saracaq.
Yıxılanı qaldırmağı, haqsızlığa susmamağı, böyük-kiçiyə hörmət etməyi, valideyn haqqını itirməməyi, dəyərlərə sadiq qalmağı uşaqlarımıza aşılasaq, tamam başqa bir dünya qura bilərik. Bu gün seçim bizimdir: ya uşaqlarımızı laqeydliklə, məsuliyyətsizliklə böyüdüb cəmiyyətə təhlükə kimi buraxacağıq, ya da onları vicdanlı, məsuliyyətli və əsl insan kimi yetişdirəcəyik. Unutmayaq, bu gün görməzlikdən gəldiyimiz hər səhv, sabah bir uşağın əlində silaha çevriləcək. Və o silah gec-tez hamımızın qapısını döyəcək”.
Sara, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Aprel 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri