Icma.az
close
up
RU
“Görünür, o, məclisin tarixini bilmir...”

“Görünür, o, məclisin tarixini bilmir...”

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Parlamentin bugünkü plenar iclasında vitse-spiker Rafael Hüseynov çıxışı zamanı təklif edib ki, bizdə də Türkiyədə olduğu kimi, Milli Məclis yox, Millət Məclisi olmalıdır.

BakuPost xəbər verir ki, vitse-spikerin bu təklifi ilə bağlı Redaktor.az-a danışan tarixçi alim, deputat Fəzail İbrahimli bildirdi ki, bu yanaşma doğru deyil:

"Dilə süni şəkildə fərqli don geyindirib “milli” sözünün işlədilməsini yanlış kimi təqdim etmək əsaslı mövqe sayıla bilməz. Bu gün Azərbaycanda adında “milli” ifadəsi olan çoxsaylı dövlət qurumları fəaliyyət göstərir: Azərbaycan Milli Elmlər Akademiyası, Milli Konservatoriya, Milli Arxiv, Milli Kitabxana və digərləri. Bu adlandırma dövlətçilik ənənəsinin və milli kimliyin ifadəsidir. O halda sual yaranır: bu qurumların adındakı “milli” sözü də yanlışdırmı? Əlbəttə ki, yox. “Milli ruh”, “milli qürur”, “milli varlıq”, “Milli Azadlıq Mübarizəsi” kimi anlayışlar Azərbaycan ictimai-siyasi leksikonunun ayrılmaz hissəsidir. Milli Məclisin adında bu sözün işlədilməsi də həmin məntiqin davamıdır. Türkiyədə də Böyük Millət Məclisidir. Amma görünür, o bunun tarixini bilmir. Bilsəydi, təbii ki, bunu müqayisə etməzdi".

Türkiyə Böyük Millət Məclisi ilə aparılan müqayisəyə gəlincə, professor qeyd etdi ki, burada tarixi kontekst nəzərə alınmalıdır.

"Birinci Dünya Müharibəsindən sonra Osmanlı dövləti məğlub oldu və 1918-ci il Mudros müqaviləsi ilə ağır şərtlərlə üzləşdi. 1920-ci il martın 16-da ingilis və fransız qoşunları İstanbula daxil oldu, ölkə faktiki bölüşdürülürdü. Belə bir şəraitdə Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1920-ci il aprelin 23-də Ankarada Böyük Millət Məclisi çağırıldı. Bu məclis istiqlal mübarizəsinin siyasi mərkəzinə çevrildi. Aparılan mübarizə nəticəsində 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti elan olundu və həmin ali qanunverici orqan tarixə Böyük Millət Məclisi adı ilə düşdü. Bu tarixi reallığı nəzərə almadan Türkiyə Böyük Millət Məclisi ilə Azərbaycan Milli Məclisinin adını müqayisə etmək düzgün deyil. Azərbaycanda “milli” ifadəsinin dövlət qurumlarının adında işlədilməsi dövlətçilik konsepsiyasının tərkib hissəsidir və burada qeyri-adi heç nə yoxdur", - deyə Fəzail İbrahimli vurğuladı.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 Fevral 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri