Icma.az
close
up
RU
Görüşlərin təşkili bu əməkdaşlığın strateji xarakter daşıdığını təsdiqləyir ŞƏRH EDİLDİ

Görüşlərin təşkili bu əməkdaşlığın strateji xarakter daşıdığını təsdiqləyir ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq son illər keyfiyyətcə yeni səviyyəyə yüksələrək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, bu münasibətlər təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də üçtərəfli formatda çoxşaxəli əməkdaşlıq modelinə çevrilib: "Üç dövlət arasında dərin tarixi, dini və mənəvi köklərə söykənən əlaqələr son zamanlar intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində əməkdaşlıq vasitəsilə daha da möhkəmlənib.

Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında yüksək səviyyəli görüşlərin təşkili bu əməkdaşlığın strateji xarakter daşıdığını təsdiqləyir. Bu əməkdaşlıq təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, həm də humanitar, mədəni və hərbi sahələri əhatə edir. Bu gün Azərbaycan, Türkiyə və Pakistan beynəlxalq münasibətlər tarixində yaxın dost, qardaş ölkələr kimi xüsusi yer tutur.

Bu baxımdan üç ölkə liderinin son Laçın səfərini ilk dünyaya Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı mesajının verilməsi kimi qəbul etmək olar. Digər tərəfdən isə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin işğaldan azad olunmuş ərazilərimizə birgə səfəri və xüsusilə də bu tarixi səfərin Azərbaycanın Müstəqillik gününə təsadüf etməsi və üç ölkə liderinin görüş üçün işğaldan azad olunmuş Qarabağı, Laçını seçməsi də əslində özündə olduqca mühüm mesajları ehtiva edir.
Məlumdur ki, Türkiyə və Pakistan Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdir və indi Müstəqillik günündə hər iki ölkənin liderinin Azərbaycanda olması ölkəmizin müstəqilluyinə və suveremliyinə daim dəstək verəcəklərinə dair mesaj kimi qəbul oluna bilər".

"Digər tərəfdən həm Türkiyə, həm də Pakistan işğal dövründə də Azərbaycana verdikləri dəstəklə və eləcə də 44 günlük Vətən savaşında bütün platformalarda Azərbaycanın haqq savaşını müdafiə etmələri ilə ölkəmizə qarşı olan hücumlarda yanımızda olduqlarını sübut ediblər. Bu baxımdan indi Türkiyə və Pakistan liderlərinin işğaldan azad olunmuş Laçına birgə səfərləri özündə bütün dünyaya Qarabağ Azərbaycandır müsajının verilməsini ehtiva edir.

Üç ölkə liderləri arasında keçirilən son sammit ölkəmiz üçün Türkiyə və Pakistanla əlaqələrinin prioritet olduğunu bir daha nümayiş etdirmiş oldu. Bu əməkdaşlıq və dostluq ölkələrin yeni geosiyasi reallıqlar fonunda güc mərkəzinə çevrilmək potensialını ortaya qoymaqla yanaşı, həm də regionda sabitliyə, beynəlxalq səviyyədə qarşılıqlı faydalı və balanslaşdırılmış münasibətlərin formalaşmasına töhfə verir" - deyə o, əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyun 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see348

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see288

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see235

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see196

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see180

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see178

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see174

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see157

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see148

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see147

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see140

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see137

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri