Icma.az
close
up
RU
GÖY QURŞAĞININ RƏNGLƏRİ Əli Zalov yazır

GÖY QURŞAĞININ RƏNGLƏRİ Əli Zalov yazır

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mənim könlüm müəllimdir, dizim üstü dəbistanı,
O şagirdəm ki, öyrəndim sükut ilə əlifbanı.
Nə hər dizdən olar məktəb, nə hər şagird əzbərxan.
Nə hər qətrə olar nisan, nə hər dərya sədəf kanı.

Xaqani Şirvani

Bu fikir artıq ədəbiyyatda çoxdan kök salıbdır... Hər bir sənətkarın, şairin poeziyada yerini müəyyənləşdirən onun sənətkarlıq meyarıdır. Sözün həqiqi mənasında, şeirləri ilə ürəklərə yol tapanlar, hətta bir misrası ilə belə yaddaşlara həkk olanlar poeziyada iz qoyanlardır. Səmimi poeziya özünü oxucusuna sevdirir, səmimi şairlər xalqın yaddaşında qalır. Bu fikirlərin mahiyyətini ədəbiyyat və poeziya müstəvisindən asanlıqla digər müstəviyə – alim, elmi-tədqiat, böyük elmi araşdırmalar müstəvisinə keçirmək olar. Bütün ömrünü elmi laboratoriyaların divarları arasında ciddi elmi araşdırmalara həsr etmiş alimlər də sözün həqiqi mənasında yaradıcı insanlardır.

Uzun illərdir yaradıcılıqla bağlı müxtəlif araşdırmalar aparan Nyu York Universitetinin professoru Skot Barri Koufmanın fikrinə görə, yaradıcı şəxslərin hamısının tipik xarakteri olmasa da, bu cür insanlarda müəyyən qədər bənzər davranış və xarakterik xüsusiyyətlər müşahidə edilir. Yaradıcı insanlar xəyalpərəstdirlər,   hər şeyi müşahidə edirlər,   daha çox özlərinə uyğun vaxtlarda iş görürlər, həyatdakı maneələri fürsətə çevirməyi bacarırlar, davamlı olaraq yeni təcrübələrə can atırlar, uduzmaqdan qorxmurlar, hər şey haqqında mühakimə yürüdürlər, riskə getməyi sevirlər, həyatı özlərini ifadə etmək üçün bir fürsət kimi görürlər, öz arzularının arxasınca gedirlər, bəzən zaman-məkan məfhumunu unudurlar, əhatələrinə gözəl şeylər yığırlar, nöqtələri birləşdirməyi bacarırlar, davamlı olaraq bəzi şeyləri dağıdıb, yenidən qurmağı sevirlər, fərqində olmaq – meditasiya üçün vaxt ayırırlar, şəraitə tez uyğunlaşmağı bacarırlar, qeyri-müəyyənliklərə qarşı tolerantdırlar, araşdırmağı sevirlər, dünyanı digərlərindən daha fərqli qavrayırlar, ehtimalları görə bilirlər, hadisələrə bir neçə mövqedən baxmağı bacarırlar, yumor hissi yüksək olur, qəlibləşmiş fikirlərdən uzaqdırlar, açıq fikirlidirlər, azaddırlar və daxili bir intizam qaydaları vardır. Bütün bu keyfiyyətlər birmənalı olaraq, illərdir tanıdığım, müasir dövrün üzvi kimyaçılarının ağsaqqallarından biri olan AR-nın Prezidenti İlham Əlievin sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüş, Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, kimya üzrə onlarla monoqrafiyanın, elmi və tədris kitablarının, yüzlərlə elmi məqalələrin müəllifi professor Məmmədbəyli Eldar Hüseynqulu oğlunda cəmləşmişdir.

Ciddi elmi-tədqiqatla məşğul olmaq güclü psixologiya tələb edir. Bəzən müxtəlif xarakterdə, həyatın fərqli üzləriylə üzləşmiş şüuraltına sahib insanlarla rastlaşırıq. Hansı ki, biz də onlara təsir edirik və fəaliyyətimizin cəmiyyətin şüurunun nəsilbənəsil müsbət istiqamətdə yenilənməsinə xidmət etməsinə nail olmağa çalışırıq.

Gənc alimlərin hazırlanması prosesi ciddi mənəvi-psixoloji mərhələlərdən keçir. Professor Eldar Məmmədbəyli əksər insanların “uşaq” dediyi bu gənc ağacların yarpaqlarına nəvazişlə yanaşmağı on illərdir ki, bacarıb. Onların rastlaşacağı sərt qışlardan üzüağ çıxması, görəcəkləri baharlı günlərin qədrini, qiymətini bilmələri onun əsas devizi olubdur. Alimin, özü də elm sahəsində çoxdan sözünü demiş qocaman alimin, məşəqqətli və ağır zehni əmək tələb edən fəaliyyəti güclü psixologiyadan qüvvət alır. Fikrimcə, güclü psixologiyaya sahib bir ustad cəmiyyətin gənc bir fərdini həyatın həm sərt, həm də xoş üzünə cəsarətlə və inamla hazırlaya bilər.

Haqqında söhbət açmaq istədiyim parlaq şəxsiyyət, daxili və xarici aləminin bütün çalarları ilə yaradıcı insanlar haqqında yuxarıda saydığım keyfiyyətləri qocaman alim E. Məmmədbəyli özündə cəmləşdirir. Onunla söhbət edəndə, elmi işlərinin nəticələrinə baxanda elə məqamlara rast gəlirəm ki, onun müdrikliyinin elmdə təcəssümünün şahidi oluram. Fikirləşirsən, insan yaşa dolanda onun ömründən nəsə silinib gedə bilər. Poetik istedadı və yaddaşı zəifləyə bilər. Çox belə hadisələrin şahidi olmuşuq. Amma professor Eldar Məmmədbəyli 85 yaşında, nəinki əvvəlki poetik tempini, ritmini saxlaya bilib, hətta bu mənada özü-özünü də ötüb keçib. Azərbaycan kimyaçı alimlərinin həyat və yaradıcılığında ömrün payız lirikasını yalnız Eldar müəllimin elmi-bədii yaracılığında gördüm.

Professor Eldar Məmmədbəyli Azərbaycan kimya alimləri arasında adı ön sıradadır. Onun hər bir yazdığı əsərlər sənətkarlıq, fikir dərinliyi, rəvanlıq cəhətdən ana dilimizin zənginliyini, gözəlliyini, incəliyini bir daha sübut edən parlaq bir nümunədir. Əməllərində vətənpərvərlik, bəşəri məhəbbət, məslək eşqi, dərin etiqad, vüqar və sadəlik, xalq ruhuna yaxınlıq, dərin sənətkarlıq, müdriklik, həyata və insana məhəbbətin tərənnümü hər tərəfli təcəssüm etmişdir. 

Gələn ilin ilk ayında elmi, pedaqoji və ictimai fəaliyyəti ilə seçilən, analitik tədqiqatlar sahəsində tanınmış kimyaçı alimin 85 yaşı tamam olur.

Məmmədbəyli Eldar Hüseynqulu oğlu Gədəbəy rayonunun Arısu kəndində müəllim ailəsində anadan olub (22-yanvar 1941-ci il). İnsan təkcə valideyinlərinin deyil, həm də dünyaya göz açdığı torpağın övladıdır. İnsanın yaşadığı mühit onun genetik kodlarına bu və ya digər şəkildə təsir edir.

Gədəbəyin təbiəti ilk baxışda xoşagələn bir aləmdir — sanki dağların sinəsində əsrlər boyu qorunub saxlanmış bir sirr, bir nəfəs gizlənib. Bu torpaq həm uca zirvələrin əzəmətini, həm şəffaf çayların zümzüməsini, həm də meşələrin minbir çalarda yaşıl nəfəsini bir araya gətirərək özünəməxsus bir harmoniya yaradır.

Gədəbəyin dağları səhər tezdən günəşin ilk şüaları ilə oyanır. Zirvələrdən aşağı boylanan duman bütün vadiləri nazik bir pərdə kimi örtür və sanki dağlar buludları qucaqlayıb yatır. Uzaqdan baxanda hər zirvə bir əfsanəyə bənzəyir: sərt qayalıqları ilə insanın dəyanəti, yaşıl yamacları ilə isə onun qəlbini yumşaldır. Yayda dağların ətəklərində çiçəklər açır – sanki torpaq öz sevincini rənglərə çevirib xalça kimi sərir.

Əli Zalov

Gədəbəyin çayları başqa bir aləmdir. Gədəbəy çayının, Miskinlinin, Şınıxın, Söyüdlüyün suları o qədər şəffafdır ki, dibindəki daşlar belə naxış kimi görünür. Çayların səsi elə bil dağların öz dili ilə danışmasıdır – gah asta, gah coşqun, gah da düşüncəli. Yaz aylarında çaylar dağların ərimiş qarını sinəsinə yığaraq canlanır; suların sərin nəfəsi ətrafı dirildir, kəndləri oyadır.

Meşələr də Gədəbəyin nəfəsidir. Gədəbəydə fındıq, palıd, vələs ağacları bir-birinə qarışaraq qalın, lakin işıqlı bir sədd yaradır. Quşların səsi ilə dolu olan bu yaşıl aləm insana həm sərinlik, həm də səssiz bir rahatlıq bəxş edir. Bəzən ağacların arasından süzülən günəş şüaları xatirələri sığallayan bir işığa çevrilir – sanki meşə insanla danışır, ona öz hekayələrini pıçıldayır.

Gədəbəyin təbiəti həm də dəyişkənliyi ilə valehedicidir. Bir yamacda yay kimi isti, digər tərəfdə isə dağ küləyinin sərinliyi duyulur. Bu torpaq həm təbiətin gücünü, həm də onun zərifliyini eyni anda yaşadır.

Sanki Gədəbəy torpağı insana deyir: “Burada təbiət sadəcə fon deyil –burada o, həyatın özüdür.”

Gədəbəyin təbiəti təkcə göz oxşamır – insanın ruhuna işləyir, onun iç dünyasını dəyişir, düşüncələrinə bir aydınlıq gətirir. Bu aləmin təsiri insanın damarlarına yayılan təmiz hava kimi hiss olunur.

Gədəbəyin uca dağları insana öz əzəməti ilə güc verir. Bu zirvələrə baxan hər kəs sanki bir anlıq dərdlərini unudur. Dağların sakitliyi adamın içindəki qarışıqlığı yığışdırıb, onu dərin bir düşüncəyə çəkir. Burada insan özünü daha möhkəm, daha əzmlı hiss edir – sanki dağla söhbət edən hər kəs bir az da böyüyür.

Çayların axarı insan qəlbinə yumşaqlıq gətirir. Bu çayların şırıltısını dinləyən adam həyatın öz axarını daha yaxşı duyur. Çayın səsi yorğunluğu, adamın içindəki gərginliyi yuyub aparır. Suya baxdıqca insanın fikirləri də aydınlaşır, bir növ ruhu yüngülləşir. Çayın sakit axarı adama səbir öyrədir; coşqun axarı isə həyatda dayanmaq deyil, davam etmək lazım olduğunu xatırladır.

Gədəbəyin meşələri isə insanı bağrına basan bir ana kimidir. Bu yaşıl aləmin içində addımladıqca sanki təbiətin ürək döyüntüsünü eşidirsən. Təmiz hava, quşların səsi, ağacların göyə ucalan budaqları insanda həm rahatlıq, həm də ilham yaradır. Meşəyə girən adam özünü daha canlı, daha təmiz hiss edir. Elə bil meşə onun ruhunu yuyur, köhnə narahatlıqları sükuta çevirir.

Və bütün bu aləm – dağ, çay, meşə – bir yerdə insana elə bir təsir bağışlayır ki, insan yenidən özünə qayıdır. Gədəbəy torpağında adam sanki tələskən şəhərdən, gündəlik narahatlıqlardan uzaqlaşıb nəfəs almağın nə demək olduğunu xatırlayır. Burada təbiət insanı özgələşdirmir, əksinə, onu özünə yaxınlaşdırır.

Sanki Gədəbəy təbiəti insanın qulağına pıçıldayır: “Dayan, dərindən nəfəs al… həyatı hiss et.” Elə professor Eldar Məmmədbəyli də bu möhtəşəm təbiətin bir parçasıdır.

(Ardı var)

Əli ZALOV

Kimya elmləri doktoru, professor

Share

Tweet

Email

Share

Share

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Dekabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see255

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see253

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see230

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see214

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see202

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see173

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see172

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see163

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see153

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see149

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see145

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see141

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see140

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see139

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see134

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see131

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri