GÖY QURŞAĞININ RƏNGLƏRİ Əli Zalov yazır / İkinci hissə
Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
Mənim könlüm müəllimdir, dizim üstü dəbistanı,
O şagirdəm ki, öyrəndim sükut ilə əlifbanı.
Nə hər dizdən olar məktəb, nə hər şagird əzbərxan.
Nə hər qətrə olar nisan, nə hər dərya sədəf kanı.
Xaqani Şirvani
Bu fikir artıq ədəbiyyatda çoxdan kök salıbdır... Hər bir sənətkarın, şairin poeziyada yerini müəyyənləşdirən onun sənətkarlıq meyarıdır. Sözün həqiqi mənasında, şeirləri ilə ürəklərə yol tapanlar, hətta bir misrası ilə belə yaddaşlara həkk olanlar poeziyada iz qoyanlardır. Səmimi poeziya özünü oxucusuna sevdirir, səmimi şairlər xalqın yaddaşında qalır. Bu fikirlərin mahiyyətini ədəbiyyat və poeziya müstəvisindən asanlıqla digər müstəviyə – alim, elmi-tədqiat, böyük elmi araşdırmalar müstəvisinə keçirmək olar. Bütün ömrünü elmi laboratoriyaların divarları arasında ciddi elmi araşdırmalara həsr etmiş alimlər də sözün həqiqi mənasında yaradıcı insanlardır.
(Əvvəli bu linkdə: https://hurriyyet.az/az/post/goy-qursaginin-rengleri---eli-zalov-yazir-463443)
Professor Eldar Məmmədbəylinin təhsil illəri Gədəbəyin Arsu (1948), Miskinli kəndlərindən (1954-1957) başlayıb, N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna (1960-1965), daha sonra isə Azərbaycan SSR Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnsitutunda (NKPİ) əyani aspiranturaya (1967) daxil olmuşdur. Onun elmi-tədqiqat işləri o zaman üçün vacib hesab edilən Moskvada SSRİ EA-nın Kimyəvi-fizika İnstitutunda (KFİ) yerinə yetirilmişdir. O, müxtəlif illər də NKPİ də və Xlor-üzvi Birləşmələr İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır.
Onu tanıyanlar əminliklə danışırlar: Allah onu bizim üzvi kimya elmimiz üçün bir ərməğan göndərib. Sevgisi bol, idrakı dərin və ədalət mübarizi idi. Bütün elmi fəaliyyəti müddətində insanların onda gördüyü mənəvi böyüklüyü, təvəzökarlığı, dosta sədaqəti, mərdliyi, kişi xarakterinin miqyası bəlkə də heç bir ölçüyə, nizama gəlməz. …Dəqiq və dediyi sözün ağası, gözü- könlü tox müdrik insandır.
Professor Eldar Məmmədbəyli zəngin mənəviyyat sahibi kimi, Azərbaycan ziyalıları arasında tanıdılması vacib olan şəxsiyyətlərdən biridir. O, bir ömürü ləyaqətlə yaşayır… Xalqı sevə-sevə və xalqın da sevdiyi şəxsiyyət kimi yaşayır! Onun müəllifi olduğu kitabları sahəsi üzrə tədqiqatçıların vacib hesab etdikləri əsərlərdir və onlardan istifadə edirlər.
Eldar müəllim öz varlığı, qeyri-adi istedadı, zəkası, dünyagörüşü, yüksək intillekti, ünsiyyətcilliyi, xeyirxahlığı, cəsarəti, mərdliyi, səxavəti, himayədarlığı və saymadığım neçə yüksək mənəvi keyfiyyətləri və xarakteri ilə hamıdan seçilir, elə bu keyfiyyətləri ilə də mənsub olduğu kollektivə hörmət, nüfuz və şöhrət gətirərib. Elə dağlar var ki, məmləkətin hansı tərəfində dayansan, ordan zirvəsi bütün əzəməti ilə görünəcək. 97 yaşı düzəlmiş NKFİ tarixində professor Eldar Məmmədbəyli zirvəsi uzaqdan bütün qüdrətilə aydın görünür.
Eldar Məmmədbəyli SSRİ EA Element-üzvi Birləşmələr İnstitutunda (EÜBİ) namizədlik (1978), Bakı Dövlət Universitetinin nəzdindəki Dissertasiya Şurasında “C4-C5 -Qoşulmuş dienlərin aktivləşdirilmiş dienofillərlə asimmetrik Dils-Alder reaksiyası” mövzusunda “Üzvi kimya” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir (2005). Eldar müəllim böyük elmi işçi (1983), aparıcı elmi işçi (2002), baş elmi işçi (2007) vəzifəsində çalışmış, “Optiki aktiv maddələrin sintezi və tədqiqi” qrupuna rəhbər (2008), və “Antimikrob təsirli reagentlər və biozədələnmələrin tədqiqi” laboratoriyasına müdir (2012) təyin edilmişdir.
Professor E.Məmmədbəyli Respublikamızda asimmetrik sintez problemləri sahəsində sistemli şəkildə çalışan ilk azərbaycanlı alimdir. Hələ gənclik illərindən (1976) NKPİ-nin Sumqayıt filialının (indiki Polimer Materialları İnstitutunun) direktoru, professor, Azərbaycan SSR EA-nın müxbir üzvi Mustafa Məhəmməd oğlu Hüseynovun rəhbərliyi ilə asimmetrik dien sintezinin prinsipcə yeni variantını təklif etmiş və xiral katalizatorun iştirakı ilə bu reaksiyanın aparılmasını həyata keçirmişdir.
Sonrakı illərdə asimmetrik sintez problemləri sahəsində Yaponya (Koqa K., 1979) və Amerika (Rouşet V.R., 1982) alimləri tərəfindən Eldar müəllimin elmi-tədqiqat işləri prioritet kimi qəbul edilmişdir. Sonralar onun əsərlərinə dünyanın bir sıra aparıcı alimləri istinadlar etmişdir (Mori Y., 1982; Noqradi M., 1989; Narasaka K., 1991; Kaqan H.V., Riant V.D., 1992 və s.).
REA-nın görkəmli kimyaçı alimləri: “Журнал Opганической Xимии” jurnalının baş redaktoru, MDU-nun professoru, akademik İ.P. Beletskaya, uzun müddət EÜBİ-nin direktoru işləmiş akademik Y.N. Bubnov, KFİ-nin laboratoriya müdiri, dünya şöhrətli professor R.Q. Kostyanovski və başqaları Eldar müəllimin elmi işlərinə yüksək qiymət vermişlər.
Geniş intellektə, müasir dünyagörüşə malik, yüksək ixtisaslı mütəxəssis olan professor Eldar Məmmədbəyli üzvi kimya, neft kimyası, asimmetrik sintez, sulfatreduksiyaedici bakteriyalar əleyhinə antimikrob maddələrin sintezi və xassələrinin tədqiqi sahəsində özünəməxsus elmi istiqamət yarada bilmişdir. Hazırda o, bu istiqamətdə fəal tədqiqatlarını uğurla davam etdirir. Onun apardığı elmi işlər SSRİ-i müəlliflik şəadətnamələri ilə təsdiq edilmişdir.
Əli Zalov
İlk dəfə olaraq E.Məmmədbəyli çoxxlorlu və çoxbromlu bitsiklo[2.2.1]-hept-5-en-2-karbon turşularının enantiomerləri optiki aktiv aminlərlə spontan çokdürmə üsulu ilə təmiz şəkildə alınmış və nisbi konfiqurasiyaları təyin edilmişdir. Eldar Məmmədbəyli tərəfindən ilk dəfə olaraq allilmalon efiri dien sintezində və asimmetrik dien sintezdə axiral dien kimi istifadə olunaraq malon efirinin norbornen törəmələri, rasemik və optiki fəal norbornenilbarburatlar sintez edilmişdir. Heksaxlorbitsiklo[2.2.1]-hept-5-en-2-karbon turşusu və onun xloranhidridi optiki fəal şəkildə alınmışdır. Bu maddələr tibbidə geniş tətbiq olunan çox qiymətli dərman olan (+)- varfarinin enantiomer şəkildə ayrılması üçün reagent kimi istifadə olunur. Çoxxlorlu norbornen karbon turşusunun monokristalları alınmış və rentgen quruluş üsulla tədqiq edilmişdir.
E.Məmmədbəylinin rəhbərliyi ilə tsikloheksen və norbornen dikarbon turşularının, anhidridlərinin, monoefirlərinin rasemik və optiki aktiv şəkildə alınmasının elmi əsası işlənib hazırlanmışdır. Bu reaksiyalar üçün xammal kimi Respublikada istehsal olunan yan məhsulun tərkibində olan C5 qoşulmuş dienlərin götürülməsi işin ekoloji və iqtisadi cəhətdən qiymətini artırır.
Onun rəhbərliyi ilə alikl(aril)sulfanilalkanların aminometoksi törəmələrinin yeni nəsil nümayəndələrinin yüksək regio-, stereoseçiciliklə və preparativ çıxımla alınmasının elmi əsasları işlənib hazırlanmışdır. Tərkibində norbornen fraqmenti saxlayan yeni imidozalinlər, Mannix əsasları, onların bazasında komplekslər alınmışdır. Alınan birləşmələrin bir çoxunun antimikrob aşqar kimi, müxtəlif bakteriyalara və göbələklərə qarşı antimikrob maddə kimi tətbiqi üçün tövsiyələr verilmişdir. Birləşmələr həmçinin SRB əleyhinə antimikrob maddələr kimi, korroziya inhibitoru kimi sınaqdan keçirilmiş və yüksək nəticələr əldə edilmişdir.
Son illər E.H. Məmmədbəyli və əməkdaşları tərəfindən Azərbaycan yeni quru və dəniz yataq neftlərinin, o cümlədən müalicəvi neftlərin optiki aktivliyinin öyrənilməsi sahəsində geniş tədqiqat işləri aparılır və yüksək nəticələr əldə edilmişdir.
E.H.Məmmədbəyli elmi əməkdaşlıq çərçivəsində Respublikanın ali təhsil müəssisələrinin (Azərbaycan Dövlət Pedoqoji Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti) və elmi-tədqiqat institutlarının (Polimer Materialları İnstitutu, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, Aşqarlar Kimyası İnstitutu, Mikrobiologiya İnstitutu) əməkdaşları ilə birgə elmi işlərin aparılmasında fəal iştirak edir. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının əməkdaşları ilə birlikdə tərkibində kükürd saxlayan bioloji aktiv maddələrin Mannix reaksiyası ilə sintezi və onların antimikrob, antiseptik maddələr və əlavələr kimi sınaqdan keçirilməsinə dair tədqiqatlar aparır. Onun rəhbərliyi ilə bir fəlsəfə doktorluğu dissertasiya işi müdafiə olunmuş və hazırda iki əməkdaş dissertant kimi elmi işlər həyata keçirilir.
(Ardı var)
Əli ZALOV
Kimya elmləri doktoru, professor
Baxış sayı:94
Bu xəbər 23 Dekabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















