Icma.az
close
up
RU
Göyçay Bərgüşad yolu nə vaxt təmir olunacaq? VİDEO

Göyçay Bərgüşad yolu nə vaxt təmir olunacaq? VİDEO

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Göyçayın əsas avtomobil yollarından biri hesab olunan Göyçay-Bərgüşad yolu uzun illərdir ki, təmirsizdir.

Bu barədə Metbuat.az-ın bölgə müxbirinə müraciət edən sakinlər bildiriblər. Onların sözlərinə görə, hər gün yüzlərlə nəqliyyat vasitəsinin istifadə etdiyi yolun yararsız vəziyyətdə olması həm sürücülər, həm də sərnişinlər üçün ciddi çətinliklər yaradır. Xüsusilə yolun müxtəlif hissələrində yaranan qabarmalar və deformasiyalar yük və minik avtomobillərinin hərəkətini çətinləşdirir, nəticədə nəqliyyat vasitələri tez-tez nasaz vəziyyətə düşür.

Sakinlər bildiriblər ki, yolun uzun müddətdir təmir olunmaması həm hərəkət təhlükəsizliyinə mənfi təsir göstərir, həm də sürücülərin əlavə xərc çəkməsinə səbəb olur.

Qeyd edək ki, iki hərəkət zolağından ibarət olan Göyçay-Bərgüşad avtomobil yolu Bakı-Şamaxı magistralı ilə Bakı-Qazax avtomobil yolunu birləşdirən əsas alternativ yollardan biridir. Eyni zamanda bu yol Göyçay rayonunun bir neçə kəndinin rayon mərkəzi ilə əsas nəqliyyat əlaqəsini təmin edir.

Metbuat.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Respublika əhəmiyyətli Göyçay-Bərgüşad avtomobil yolunun uzunluğu 16 km-dir və III texniki dərəcəyə aiddir. Yolun müəyyən hissələrində çökmə və qabarmalar yarandığından nəqliyyat vasitələrinin hərəkətində çətinliklər müşahidə olunur. Agentlik tərəfindən mütəmadi olaraq cari təmir və saxlanma işləri aparılsa da, yolun əsaslı təmirə ehtiyacı vardır. Bununla bağlı müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Yolun investisiya proqramına daxil edilməklə əsaslı şəkildə yenidən qurulmasının növbəti mərhələlərdə təmin edilməsi nəzərdə tutulur.

Davud Tarverdiyev / Metbuat.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 29 İyun 2026 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri