Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Göyçay musiqi məktəbi ilə bağlı səsləndirilən iddialara RƏSMİ CAVAB

Göyçay musiqi məktəbi ilə bağlı səsləndirilən iddialara RƏSMİ CAVAB

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Göyçay rayonunda Arif Məmmədov adına Uşaq Musiqi Məktəbi ilə bağlı müxtəlif iddialar səsləndirilib.

Redaktor.az xəbər verir ki, iddia edilib ki, Göyçay Uşaq Musiqi Məktəbində keçirilən attestasiyadan sonra müəllimlər arasında dərs saatlarının bölgüsü qeyri-bərabər aparılıb. Belə ki, bəzi müəllimlərə həftəlik 12, digərlərinə isə 30 saat dərs yükü verilib.

Şikayətdə diqqət çəkən məqamlardan biri Bakıda yaşayan və həftədə cəmi bir neçə gün rayonda olan fortepiano müəllimi Aygün Əliyevaya yüksək dərs saatı ayrılması ilə bağlıdır. İddia olunur ki, monitorinqlər aparılsa da, dərslərin üst-üstə düşməsi və digər uyğunsuzluqlar aradan qaldırılmır.

Bundan əlavə, regional idarədə rəhbər vəzifəsini müvəqqəti icra edən Namiq Tarverdiyevin fəaliyyəti ilə bağlı da tənqidlər səsləndirilib. Şikayətçilər onun idarəetmədə nöqsanlara yol verdiyini və edilən müraciətlərə baxmayaraq, məsələyə reaksiya verilmədiyini bildiriblər.

Digər bir iddiaya görə, attestasiyada üzrlü səbəb olmadan iştirak etməyən bəzi müəllimlər - Zərifə Hüseynova, Elnarə Hüseynova və Samirə Əhmədova hələ də işlərini davam etdirir və əməkhaqqı alırlar. Bu halın attestasiyadan keçə bilməyən digər müəllimlərin hüquqlarının pozulması kimi qiymətləndirildiyi vurğulanıb.

oxu.az-ın sorğusuna cavab olaraq Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbindən bildirilib ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin 04.12.2025-ci il tarixli müvafiq əmrinə əsasən, idarənin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində səmərəliliyin artırılması, əmək və icra intizamına nəzarətin gücləndirilməsi, təhsil keyfiyyətinin yüksəldilməsi, eləcə də təhsilalanların davamiyyət və bilik səviyyəsinin yoxlanılması məqsədilə yaradılmış monitorinq komissiyası tərəfindən 3, 6, 7, 8 və 16 aprel 2026-cı il tarixlərində məktəbdə monitorinqlər aparılıb.

"Aparılmış yoxlamalar zamanı müraciətdə qeyd edilən məsələlərlə yanaşı, məktəbin ümumi fəaliyyəti də hərtərəfli təhlil olunub.

Monitorinq nəticəsində əmək və icra intizamını pozduğu müəyyən edilən müəllimlər - Rəhman Elşad oğlu Yediyarov, Məleykə Ata qızı İbrahimova, Nərmin Niman qızı Məmmədova, Natavan Süleyman qızı Süleymanova, Aysel Ağakərim qızı Məmmədzadə və Həqiqət Məcid qızı Mahmudova barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq intizam tənbehi kimi töhmət elan edilib.

Eyni zamanda, Elnarə İkram qızı Hüseynova, Asim Seymur oğlu Məmmədov, Səadət Seyran qızı Kərimova, Nəzrin Akif qızı Adıgözəlova, Aybəniz Heydər qızı İslamova və Məzahir İslam oğlu Abbasova yazılı xəbərdarlıq verilib.

Monitorinqin nəticələrinə əsasən, dərsə davamiyyəti zəif olan 10 şagird qanunvericiliyin tələbləri gözlənilməklə məktəbdən xaric edilib.

Bununla yanaşı, müraciətdə adları qeyd edilən Zərifə Hüseynova, Elnarə Hüseynova və Samirə Əhmədova attestasiya imtahanında üzrsüz səbəbdən iştirak etmədiklərinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət alıblar. Zərifə Hüseynova isə 4 may 2026-cı il tarixindən etibarən məktəbin Nəzəriyyə şöbə müdiri vəzifəsindən kənarlaşdırılıb.

Həmçinin məktəbdə keçirilən pedaqoji şura iclasında yolverilməz ifadələrə yol verdiyinə görə violin ixtisası üzrə müəllim Aygün Cahangir qızı Mahmudovaya məktəbin 4 may 2026-cı il tarixli 70 nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Qeyd edirik ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi haqqında Əsasnaməyə uyğun olaraq, tabeliyində olan müəssisələrdə mütəmadi monitorinqlər keçirilir, fəaliyyət qiymətləndirilir və aşkar edilən nöqsanların aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görülür", - deyə məlumatda bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 May 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see307

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see304

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see282

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see279

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see262

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see255

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see247

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see244

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see239

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see236

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see235

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see214

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see212

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see209

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see195

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see188

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see187

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri