DİA ilə bağlı iddialara Rəsmi cavab
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Bir müddət əvvəl sosial şəbəkələrdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının institusional akkreditasiya qiymətləndirilməsindən keçmədiyi ilə bağlı məlumatlar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, ali təhsil müəssisələrinin akkreditasiyası qrafik üzrə aparılır və akkreditasiyanın nəticələri Akkreditasiya Şurasının iclasında müzakirə olunaraq qərar qəbul edilir.
“Şuranın qərarları barədə Elm və Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə rəsmi məlumat verilir. Bununla əlaqədar, Akademiyanın institusional akkreditasiya qiymətləndirilməsinin nəticələri barədə yayılan məlumatların rəsmi qərar kimi təqdim olunması düzgün deyil. Məsələ ilə bağlı ictimaiyyətə yalnız səlahiyyətli qurumların rəsmi məlumatlarına istinad etməyi tövsiyə edirik”, - məlumatda qeyd olunub.
Qeyd edilib ki, iddialarda Elm və Təhsil Nazirliyinin açıqladığı 2025–2026-cı tədris ili üzrə institusional akkreditasiya qiymətləndirilməsi keçirilən ali təhsil müəssisələri sırasında Dövlət İdarəçilik Akademiyasının da adının yer aldığı bildirilib. Lakin Akademiyanın qiymətləndirmə nəticəsi mənfi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 17 Noyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















