Göyçayda bağı narkotik plantasiyasına çevirib, videokamera ilə izləyən şəxs tutulub
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Göyçayda bağ sahəsini narkotik plantasiyasına çevirib videokameralarla izləyən şəxs tutulub.
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş 34 yaşlı Vaqif Məmmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, onun bağ sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən çəkisi 30 kiloqram olan 182 ədəd çətənə kolu aşkar edilib. V.Məmmədov narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və aqrotexniki qaydada qulluq göstərdiyini bildirib. Saxlanılan şəxs ərazini kənardan müşahidə etmək üçün orada günəş panelli videokameralar da quraşdırıb.
Fakla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 27 İyun 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















