Icma.az
close
up
RU
Göyçayda nar yığımına start verilib

Göyçayda nar yığımına start verilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Məhsula əsas tələbat Rusiya, Ukrayna və Moldovadandır

Göyçay, 1 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Başında tacı, meyvələrin şahı, min bir dərdin dərmanı — nar. Göyçayda yazın ilk aylarından etibarən kəndlilərin sevgi və zəhmətlə qulluq etdiyi bu qiymətli meyvə artıq satış üçün hazırdır. Rayonun demək olar ki, bütün kəndlərində nar yığımına start verilib.

Narçılıq Göyçayda əsrlərdən bəri kəndlilərin həyat tərzinin bir hissəsinə çevrilib. Bu torpağın insanı üçün nar ağacı sadəcə bitki deyil — alın təri, ümid və ruzinin rəmzidir. Yazdan payıza qədər kəndlilər bağlarda əllərindən gələni edirlər ki, məhsul bol, keyfiyyətli və bazara yararlı olsun.

AZƏRTAC-ın bölgə müxbiri Göyçayın nar bağlarında olub, zəhmətkeş kəndlilərin iş prosesi ilə maraqlanıb.

Qadınlar səhər tezdən vedrələrini götürüb bağlara yollanırlar. Gözlərinin nuru ilə böyütdükləri meyvəni ehtiyatla, zədələmədən, budağa zərər vermədən yığırlar. Kişilər isə yığılmış məhsulun daşınması, qoşqulara və maşınlara yüklənməsi ilə məşğul olurlar.

Fermer Afət Məmmədova, 10 ildən çoxdur nar bağında çalışan kənd qadını, belə danışır:

“Nar bağımızda işlər yazdan başlayır. Suvarması, yaşıl budaması, quru budaması, dərmanlanması, ağacların arasının traktorlarla təmizlənməsi — hər bir işi vaxtında görmək lazımdır. Ümumiyyətlə, deyirlər nar yetişdirmək asandır, amma elə deyil. Nar gözəl qulluq sevir, sevgi istəyir. Ona sevgi ilə yanaşmasan, sənin zəhmətini qaytarmır”.

Narlar zədələnmədən, qırılmadan yığılmalıdır. Dərilən meyvələr əvvəlcə vedrələrə, sonra sahədə gözləyən traktorların qoşqularına yüklənir. Dronla baxdıqda, sanki torpağın qırmızı xalısını xatırladan bağlar insanın gözünü oxşayır.

Göyçayda narın Balamürsəl, Şıxbabad, Vələs, Gülövşə kimi bir çox növü yetişdirilir. Onların içərisində Gülövşə sortu həm yerli, həm də xarici bazarlarda ən çox satılan növdür.

Fermer Eyvaz Səmədov deyir ki, bu il məhsulun keyfiyyəti yüksək, məhsuldarlıq isə ötən illə müqayisədə nisbətən azdır: “Əsas problemlər əvvəlcədən yarandı – anomal istilər məhsulun ilkin fazasında təsir etdi. Sonra yetişməyə yaxın 10-12 gün dalbadal yağış yağdı. Bu da məhsuldarlığa mənfi təsir göstərdi. Amma Allaha şükür, məhsulumuz yaxşıdır, gördüyünüz kimi keyfiyyəti də yüksəkdir. Bütün bunlar aqrotexniki qulluğun nəticəsidir. Vaxtında dərmanlama aparılmasa, bu cür məhsul almaq mümkün olmazdı.”

Fermerin sözlərinə görə, bir kiloqram narın maya dəyəri orta hesabla 65–70 qəpik arasında dəyişir: “Xarici ölkələrdə bir nar ağacı 50 kiloqram məhsul verir. O bağ rentabellidir. Bizdə hələ bu nəticəyə çatmaq çətindir, amma son illər texniki xidmət yaxşılaşdıqca məhsuldarlıq da artır”.

Bağlardan toplanan narlar çeşidlənərək qablaşdırılır. Keyfiyyətli, iri ölçülü meyvələr ixrac üçün ayrılır, bir hissəsi isə yerli bazarlara göndərilir.

Nar alıcısı Fəqan Kərimov bildirir ki, bu il əsas tələbat Rusiya, Ukrayna və Moldova bazarlarındandır: “Bir həftə, on gündür ki, nar mövsümünə başlanılıb. Keçən il narı 50 qəpiyə alırdıqsa, bu il qiymətlər 80 qəpik – 1 manata qədər yüksəlib. Məhsuldarlıq bir qədər az olsa da, bu, qiymət baxımından kəndlilər üçün sərfəlidir”.

Göyçay narı təkcə xarici bazarlarda deyil, yerli bazarda da alıcı marağı ilə qarşılanır. Bazarın rəngarəngliyinə baxmaq kifayətdir – nardança, nar şirəsi, nar şərabı, nar turşusu... Satıcı Natiq Feyzullayev məhsulları təqdim edərək deyir:

“Hazırda narın mürəbbəsi — nardança 4 manatdır. Bu nar şərabıdır, 3 kiloqramlıq balon 20 manata satılır. Bu isə təbii nar şirəsidir. Bax, bu Balamürsəldir, rənginə aldanmayın, sortu belədir. Bu isə Şıxbabadır, bundan dünyanın heç yerində yoxdur, yalnız bizdə yetişir. Kürdəmirdə, Sabirabadda nar olar, amma bizim narla müqayisə olunmaz. Azərbaycanda bizim nara çata bilən yalnız Ağdamın Şelli narıdır”.

Hazırda bazarda qiymətlər sortdan və keyfiyyətdən asılı olaraq 60 qəpikdən 8 manata qədər dəyişir. Paralel şəkildə, rayondakı nar şirəsi istehsalı zavodları da məhsul qəbuluna başlayıb.

Narçılıq Göyçayda kəndlilərin əsas gəlir mənbəyidir. Rayonun Bığır, Alxasava, Qarayazı, Potu, Ləkçılpaq kəndlərində nar bağları daha geniş sahəni əhatə edir. Hazırda 10 min hektardan çox məhsulverən nar bağı mövcuddur. Ötən il isə 20 min ton nar tədarük edilib. Yeni tinglərin əkilməsi, damcı suvarma sistemlərinin qurulması və aqrotexniki xidmətlərin artması nəticəsində məhsuldarlığın gələn illərdə daha da yüksələcəyi gözlənilir.

Göyçay narı — təkcə torpağın bəxş etdiyi nemət deyil. Bu, həm də kəndlinin alın tərinin, səbrinin, zəhmətinin bəhrəsidir. Zəhmətin, halal ruzinin rəmzi olan Göyçay narı bu gün təkcə Azərbaycanın yox, dünyanın bir çox ölkələrinin süfrəsini bəzəyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Noyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see293

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see280

Fransa İspaniya oyunu başladı YENİLƏNİR

14 İyul 2026 23:01see222

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see221

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see216

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see206

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see192

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see188

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see184

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see178

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see170

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see169

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see167

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see167

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see166

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see163

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see162

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see162

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see152

İranda uşaq xəstəxanasının yaxınlığına raket atıldı

16 İyul 2026 03:11see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri