Icma.az
close
up
RU
Göyçayda Nar bayramı keçirilib

Göyçayda Nar bayramı keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Göyçay, 9 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Göyçay şəhərində ənənəvi "Nar Festivalı" keçirilib.

AZƏRTAC xəbər verir ki, bu il 16-cı dəfə baş tutan festival minlərlə insanı — yerli sakinləri, qonaqları, dövlət və hökumət nümayəndələrini, Milli Məclisin deputatlarını, eləcə də yerli və xarici iş adamlarını Göyçayda bir araya gətirib.

Festivalda narla bağlı müxtəlif yarış və müsabiqələr, xalq sənətkarlığının nümayişi və bölgəyə məxsus mədəniyyət nümunələri tamaşaçıların böyük marağına səbəb olub. Musiqi sədaları altında qonaqları qarşılayan təşkilatçılar yerli müəssisələrdə istehsal olunan təbii nar şirələrini və nar məhsullarını təqdim ediblər.

Bayramın rəmzi olan Nar şahzadəsi mərasim meydanına daxil olaraq qonaqları salamlayıb, xalqımıza əmin-amanlıq, bolluq və ruzi-bərəkət arzulayıb. Tədbir iştirakçıları rayonun 30-dan çox kəndinin nar və nar məhsullarından ibarət sərgiləri ilə tanış olublar. Həmçinin kitab sərgisi, xalq sənəti nümunələrinin nümayişi, əl işləri və qədim sənət növləri böyük maraqla izlənilib.

Göyçay küçələrində sanki bərəkət, mədəniyyət və şənlik havası hökm sürüb. Folklor ansambllarının, xor kollektivlərinin, rəqs və musiqi qruplarının çıxışları bayrama xüsusi rəng qatıb.

Qonaqlar festival süfrəsində nar şirəsi, nar şərabı, nardançadan hazırlanan şirniyyatlar, eləcə də təndir çörəyi, pendir, yuxa, kətə, kabab, döşəməli plov və milli şirniyyatların dadına baxıblar. Hər guşə Azərbaycanın qədim mətbəx mədəniyyətini, xalqın qonaqpərvərliyini və zəhmətinin bəhrəsini nümayiş etdirib.

Bayram boyunca nara həsr olunmuş şeirlər, mahnılar və rəqslər səsləndirilib, bədii özfəaliyyət kollektivlərinin, musiqi məktəbi şagirdlərinin, idmançıların çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Şənlik boyu Göyçayın mədəni həyatını əks etdirən maraqlı səhnəciklər və əyləncəli proqramlar da nümayiş olunub.

Axşam saatlarında isə tanınmış incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı keçiriləcək, festival rəngarəng atəşfəşanlıq ilə başa çatacaq.

2006-cı ildən etibarən təşkil olunan "Nar Festivalı" ölkənin kənd təsərrüfatı və aqrar mədəniyyətinin bir hissəsi kimi aqroturizmin inkişafına töhfə verir. Göyçayda yüksək dad və keyfiyyət göstəricilərinə malik gülöyşə, vələs, şirin, şıxbaba, şelli mələsi, qırmızıqabıq, bala mürsəl, şahnaz, ağşirin və s. kimi nar növlərin yetişdirilir. Azərbaycanın aqrar ixrac potensialının mühüm hissəsi kimi Göyçayda istehsal olunan nar və nar məhsulları xarici bazarlarda tanınmaqdadır.

Xatırladaq ki, “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” 2020-ci il dekabrın 16-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Noyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see372

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see354

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see332

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see331

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see296

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see293

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see282

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see228

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see214

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see212

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see208

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see206

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see200

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see200

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see189

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see189

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see184

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri