Icma.az
close
up
RU
Göyçayda “Qurtuluşdan Zəfərə” adlı toplantı keçirilib

Göyçayda “Qurtuluşdan Zəfərə” adlı toplantı keçirilib

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Göyçayda  “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 iyun - “Milli Qurtuluş Günü” münasibətilə rayon təşkilatının inzibati binasında “Qurtuluşdan Zəfərə” adlı toplantı keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, Ulu öndərin əziz xatirəsini anıblar.

Tədbirdə   Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov  tədbiri giriş sözü ilə açaraq  vurğulayıb ki, 1993- cü ildə Azərbaycan mürəkkəb və çətin bir dövr yaşayırdı. Ölkədə siyasi qarşıdurma, xaos və parçalanma təhlükəsi hökm sürürdü. Müharibədə əldə olunan uğursuzluqlar, öz başına yaradılmış silahlı birləşmələr, yenicə qazanılmış müstəqilliyimizin itirilməsi təhlükəsilə üz-üzə qalmışdı. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı təhlükələrdən xilas etdi. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmiz sabitlik və inkişaf yoluna qədəm qoydu. S.Şükürov qeyd edib ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu zamanın dəyişən tələblərinə uyğun olaraq uğurla, çox müəkəmməl şəkildə davam etdirir. Ərazi bütövlüyünü bərpa etmiş, beynəlxalq nüfuzu artmış, güclü və qalib dövlətə çevrilmiş Azərbaycan Milli Qurtuluş ideyalarının təntənəsini yaşayır.

Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyəti Başçısının müavini Zivər Zeynalova bildirib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. O vurğulayıb ki, bu şanlı tarixin memarı Azərbaycanın inkişafında, müstəqilliyinin möhkəmləndirilməsində və gələcəyinin qurulmasında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan Ulu Öndər Heydər Əliyevdir.

Daha sonra çıxış edənlər qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub.Vurğulanıb ki, ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş yeni üzvlərə partiya vəsiqələri təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 İyun 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri