Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Qurtuluşdan Zəfərə

Qurtuluşdan Zəfərə

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən əsrin sonunda tək partiyalı imperiyadan qoparaq azadlığını dünyaya bəyan etmiş Azərbaycanda yeni siyasi nəfəsə ciddi ehtiyac yaranmışdı. SSRİ-nin çöküşündən sonra ölkəmizdə mövcud olan siyasi partiyalara inamsızlıq, etibarsızlıq yeni partiyanın yaranmasını labüd etmişdi. Bu təşkilatların aldadıcı, mümkünsüz vədləri, pafos siyasəti fonunda heç bir dəyişikliyin olmaması, üstəgəl siyasi böhran müstəqil Azərbaycanda yeni siyasi sistemin meydana gəlməsini qaçılmaz etmişdi. Bu baxımdan Yeni Azərbaycan Partiyasının yaranması, ilk növbədə, məhz xalqın sifarişi idi. Xalq əziz övladı Heydər Əliyevi siyasi səhnədə yenidən görmək arzusundaydı. Çünki Heydər Əliyevsiz Azərbaycanın yaşadığı faciələr, üzüntülər davam edir, müstəqil ölkəmizdə anarxiya kabusu dolaşırdı. Belə vəziyyətdə bütün gözlər xalqın etimad və inam ünvanı olan böyük Heydər Əliyevə dikilmişdi.

Ümumxalq sevgisi, Heydər Əliyev şəxsiyyətinə olan dərin ehtiram Azərbaycanda yeni siyasi hadisə ilə yadda qaldı. Xalqımızın arzu və istəklərinin ifadəsi olaraq 91 mütərəqqi ziyalı soydaşımız o vaxtkı iqtidarın basqılarına, maneçiliyinə baxmayaraq Heydər Əliyevə müraciət edərək yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməyi xahiş etdilər.
Beləliklə, 21 noyabr 1992-ci ildə ölkəmizin bütün regionlarını təmsil edən 550 nəfərdən ibarət təsis konfransda Yeni Azərbaycan Partiyası yaradıldı və xalqımızın Ümummilli lideri Heydər Əliyev yeni yaradılan təsisata sədr seçildi. Qısa zaman kəsiyində Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası cəmiyyətin aparıcı qüvvəsinə, lokomotivinə çevrilməyi bacardı. Siyasi sistemin aparıcı siyasi qüvvəsi kimi YAP böyük populyarlıq qazanaraq sıralarını genişləndirərək xalqın tribunası oldu. Bununla yanaşı həmin dövrlərdə YAP siyasi mədəniyyət nümayiş etdirərək fəaliyyətini fikir plüralizmi üzərində qurmaqla ölkədə mövcud olan bütün partiyalarla Azərbaycan naminə əməkdaşlığa hazır olduğunu fəaliyyəti ilə sübut etdi.
YAP müxalifət partiyası kimi yaransa da, hakimiyyətə qarşı münasibətdə konstruktiv mövqe sərgiləyir, ləyaqətli şəkildə siyasi mübarizənin ön sıralarında, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurulmasının tərəfdarı idi. Amma Azərbaycanın o zamankı iqtidarının səriştəsizliyi ucbatından bu proseslər, eyni zamanda, daxili-xarici siyasət kursu tamamilə bərbad vəziyyətdə aparılırdı. Məhz bunun nəticəsi kimi ölkəmiz beynəlxalq aləmdən təcridolunma həddinə salınmışdı. Qeyd olunanlarla yanaşı sosial narazılıq, iqtisadiyyatın tamamilə çökməsi və işsizlik ümumvətəndaş itaətsizliyi ilə nəticələnmişdi. Arzuolunmaz hərbi qruplaşmaların mövcudluğu, Gəncə hadisələri, vətəndaş müharibəsi fonunda müstəqil Azərbaycan yıxılmaq üzrə idi. Belə vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev mümkün təhlükələrin qarşısını özünəməxsus bacarıq və qətiyyətlə alaraq dövlətimizin və müstəqil ölkəmizin xilaskarına çevrildi. Bütün bunlardan sonra Ulu Öndər Heydər Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsi kimi ümumxalq sevgisi qazandı. YAP ölkədə yaşayan, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq mütləq əksəriyyətin sevgi ünvanı, istinad nöqtəsinə çevrildi. Yarandığı gündən etibarən keçmişə ehtiramını fəaliyyəti ilə nümayiş etdirən YAP fövqəlxidmətləri ilə təkcə dünənin, bugünün deyil, hər günümüzün partiyası olmağı bacardı.
Ölkəmizdə dərin islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində YAP-ın xidmətləri əvəzsizdir. Məhz bu ali keyfiyyətlərə görə YAP daim öndədir, sevilir, adı hörmət və ehtiramla çəkilir, sıraları durmadan çoxalır.
Ötən əsrin sonlarında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaranan partiya ölkəmizi məhv olmaqdan qoruyaraq xilaskarlıq, qurtuluş tarixi yazdı. Belə bir şərəfli siyasi keçmişə malik YAP 2020-ci ildə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək Zəfər epopeyası yaratdı.
Qurtuluşdan Zəfərə qədər şərəfli yol keçən YAP təkcə üzvlərinin deyil, hər birimizin məbədgahı, ocağıdır. Çünki YAP istər müxalifət, istərsə də iqtidar partiyası kimi bugünümüzə qədər heç vaxt ayrı-ayrı qrupların, təşkilatların deyil, xalqın yanında dayanıb, xalqa xidmət edib və bir qərinədir ki, bu fəaliyyəti ilə qalibiyyətlə addımlayır.
Ulu Öndər, bütün dövrlərin ən böyük azərbaycanlısı Heydər Əliyevdən bizə miras qalan Yeni Azərbaycan Partiyası xalqımızın mənəvi sərvətidir. Bu baxımdan YAP-ın sıravi üzvü olmaq xoşbəxtlikdir.

Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see378

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see257

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see205

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see203

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see201

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see192

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see190

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see189

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see185

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri