Icma.az
close
up
RU
Göyçayda sayca 9cu “KOB Fest” sərgisatış yarmarkası keçirilir AZƏRTAC

Göyçayda sayca 9cu “KOB Fest” sərgisatış yarmarkası keçirilir AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 3 dekabr, AZƏRTAC

Cari ildə təşkil olunmuş yarmarkalar çərçivəsində 380-dən çox KOB subyekti və yaradıcı şəxslərin məhsul və xidmətləri təqdim olunub və satışı həyata keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılması və satış imkanlarının genişləndirilməsi məqsədilə KOBİA-nın təşkilatçılığı ilə bölgələrdə keçirilən “KOB Fest” sərgi-satış yarmarkaları davam edir.

Növbəti “KOB Fest” Göyçay rayonunda keçirilir. Sabir bağının ərazisində təşkil olunmuş və üç gün davam edəcək yarmarkada Göyçay, eləcə də ətraf şəhər və rayonlardan 70-ə yaxın KOB subyektinin məhsul və xidmətləri təqdim olunur. Yarmarkaya çıxarılan məhsullar arasında kənd təsərrüfatı və sənaye məhsulları, o cümlədən un məmulatları, tekstil, sərinləşdirici içkilər, suvenirlər, meyvələr, arıçılıq məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri üstünlük təşkil edir.

Yarmarkanın açılış mərasimində çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov regionda sahibkarlıq fəaliyyəti üçün imkanlar, biznesin qurulması və inkişaf etdirilməsi üçün dövlət dəstəyi tədbirləri barədə məlumat veriblər. Qeyd olunub ki, müasir dövrdə satış kanallarının çeşidi və məzmunu dəyişsə də, sərgi və yarmarkalar bu gün də effektiv satış platforması kimi öz aktuallığını saxlayır. Yarmarkalar sahibkarlara müştərilər ilə birbaşa ünsiyyət qurmaq, öz brendini tanıtmaq imkanı verməklə satış imkanlarını və biznes əlaqələrini genişləndirir. Yarmarkalar zamanı sahibkarların qazandığı təcrübə isə biznes fəaliyyətinin təkmilləşməsinə xidmət edir.

“KOB Fest” sərgi-satış yarmarkası çərçivəsində, həmçinin mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klaslar da təşkil olunur. Yarmarka dekabrın 5-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Göyçay rayonunda keçirilən “KOB-Fest” sərgi-satış yarmarkası cari il ərzində təşkil olunmuş sayca 9-cu tədbirdir. Bundan əvvəl “KOB-Fest” sərgi-satış yarmarkaları Bakıda, Göygöldə, Şəkidə, Gəncədə, Masallıda, Naxçıvanda, Zaqatalada və Xaçmazda təşkil edilib. Bu yarmarkalarda ümumilikdə 380-dən çox KOB subyekti və yaradıcı şəxslərin məhsul və xidmətləri təqdim olunub və satışı həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see330

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see254

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see208

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see171

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see140

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see127

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri