Icma.az
close
up
RU
Sayca 9cu KOB Fest sərgisatış yarmarkası Göyçayda keçirilir

Sayca 9cu KOB Fest sərgisatış yarmarkası Göyçayda keçirilir

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2024-cü ildə təşkil olunmuş yarmarkalar çərçivəsində 380-dən çox KOB subyekti və yaradıcı şəxslərin məhsul və xidmətləri təqdim olunub və satışı həyata keçirilib.

Oxu.Az xəbər verir ki, regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılması və satış imkanlarının genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə bölgələrdə keçirilən "KOB Fest" sərgi-satış yarmarkaları davam edir.

Növbəti "KOB Fest" Göyçay rayonunda keçirilir. Sabir bağının ərazisində təşkil olunmuş və üç gün davam edəcək yarmarkada Göyçay, eləcə də ətraf şəhər və rayonlardan 70-ə yaxın KOB subyektinin məhsul və xidmətləri təqdim olunur. Yarmarkaya çıxarılan məhsullar arasında kənd təsərrüfatı və sənaye məhsulları, o cümlədən un məmulatları, tekstil, sərinləşdirici içkilər, suvenirlər, meyvələr, arıçılıq məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri üstünlük təşkil edir.

Yarmarkanın açılış mərasimində çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov regionda sahibkarlıq fəaliyyəti üçün imkanlar, biznesin qurulması və inkişaf etdirilməsi üçün dövlət dəstəyi tədbirləri barədə məlumat veriblər. Qeyd olunub ki, müasir dövrdə satış kanallarının çeşidi və məzmunu dəyişsə də, sərgi və yarmarkalar bu gün də effektiv satış platforması kimi öz aktuallığını saxlayır. Yarmarkalar sahibkarlara müştərilər ilə birbaşa ünsiyyət qurmaq, öz brendini tanıtmaq imkanı verməklə satış imkanlarını və biznes əlaqələrini genişləndirir. Belə yarmarkalar zamanı sahibkarların qazandığı təcrübə isə biznes fəaliyyətinin təkmilləşməsinə xidmət edir.

"KOB Fest" sərgi-satış yarmarkası çərçivəsində həmçinin, mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klaslar da təşkil olunur. Yarmarka dekabrın 5-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Göyçay rayonunda keçirilən "KOB-Fest" sərgi-satış yarmarkası cari il ərzində təşkil olunmuş sayca 9-cu tədbirdir. Bundan əvvəl "KOB-Fest" sərgi-satış yarmarkaları Bakıda, Göygöldə, Şəkidə, Gəncədə, Masallıda, Naxçıvanda, Zaqatalada və Xaçmazda təşkil edilib. Bu yarmarkalarda ümumilikdə 380-dən çox KOB subyekti və yaradıcı şəxslərin məhsul və xidmətləri təqdim olunub və satışı həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Dekabr 2024 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri