Göyçayda taxıl sahələri yanıb
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Göyçay rayonunda geniş ərazini əhatə edən yanğın baş verib.
Newscenter.az xəbər verir ki, "Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, yanğın ilkin olaraq rayonun Qaraməryəm kəndi ərazisində başlayıb, daha sonra güclü küləyin təsiri ilə yaxın kəndlər istiqamətində yayılıb.
Alov qısa müddətdə geniş ərazini bürüyərək dağlıq və düzənlik sahələrdə yerləşən hektarlarla örüş, biçilmiş taxıl sahələrini və kolluq əraziləri əhatə edib.
Yanğının yaşayış məntəqələrinə keçməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülüb. Belə ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon bölməsinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub.
Hazırda yanğının tam söndürülməsi və alovun daha geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Göyçayda dağlıq və düzənlik ərazilərdə hektarlarla örüş və biçilmiş taxıl sahələri yanıb
28 İyul 2026 19:39
Göyçayda restoran yanıb
20 Mart 2025 11:47
Göyçayda ev yanıb
11 Dekabr 2024 16:11
Göyçayda obyekt yanıb
03 Fevral 2026 10:27
Göyçayda taxıl biçininə başlanılıb
06 İyun 2026 09:52
Baxış sayı:168
Bu xəbər 28 İyul 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















