Icma.az
close
up
RU
Göyçayda taxıl biçininə başlanılıb

Göyçayda taxıl biçininə başlanılıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Göyçay, 6 iyun, AZƏRTAC

Göyçay rayonunda 2026-cı ilin taxıl biçini mövsümünə start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk olaraq rayonun Alpoud kəndi ərazisində vətəndaşlara məxsus əkin sahələrində arpa biçininə başlanılıb. Arpa sahələrində biçin işləri başa çatdıqdan sonra buğda zəmilərində məhsul yığımına başlanılacaq.

Biçin prosesinin operativ və itkisiz həyata keçirilməsi məqsədilə “Aqroservis”in Göyçay bölməsinə məxsus 11 kombayn, fərdi sahibkarlara aid 6 kombayn, eləcə də yaxınlıqdakı dağlıq rayonlardan cəlb olunan əlavə texnikalar sahələrdə fəaliyyət göstərir. Mövsüm ərzində rayon üzrə ümumilikdə 36 kombaynın işləməsi nəzərdə tutulub.

Fermerlərin sözlərinə görə, bu il taxıl sahələrində məhsuldarlıq yüksəkdir. Yaz və payız aylarında aparılan aqrotexniki tədbirlər, o cümlədən vaxtında şum və səpin işlərinin görülməsi, mineral gübrələrdən düzgün istifadə olunması, eləcə də zərərvericilərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi məhsulun inkişafına müsbət təsir göstərib. Eyni zamanda, yaz aylarında yağan yağıntılar taxılın inkişafı üçün əlverişli şərait yaradıb. Nəticədə sünbüllərin doluluğu və məhsuldarlıq göstəriciləri ötən illə müqayisədə daha yüksək qiymətləndirilir.

Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Famil Nəbiyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, rayon ərazisində 2025-ci ilin payızında 2026-cı ilin məhsulu üçün ümumilikdə 10 min 809 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 5 min 837 hektarını arpa, 4 min 972 hektarını isə buğda təşkil edir. Onun sözlərinə görə, biçin prosesinin vaxtında və itkisiz başa çatdırılması üçün rayonun texniki imkanları səfərbər olunub. Eyni zamanda, əlavə kombaynların cəlb edilməsi məhsul yığımının daha sürətli həyata keçirilməsinə şərait yaradacaq.

Mütəxəssislərin proqnozlarına əsasən, ötən il hər hektardan orta hesabla 20-40 sentner məhsul əldə olunduğu halda, bu il həmin göstəricinin 30-50 sentnerə çatacağı gözlənilir. Bu isə rayonun taxılçılıq sahəsində əldə etdiyi nəticələrin daha da yaxşılaşacağını göstərir.

Qeyd edək ki, biçin mövsümü ərzində kombaynların rayon ərazisində növbəli şəkildə fəaliyyət göstərməsi planlaşdırılır. Məqsəd məhsul yığımını qısa müddətdə başa çatdırmaq, məhsul itkisinin qarşısını almaq və fermerlərin əməyinin səmərəli nəticələnməsini təmin etməkdir.

Müxbir- Rəşad Türkoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 İyun 2026 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri