Icma.az
close
up
RU
Göydən yerə , xəyallardan gerçəkliyə Bilbaodakı məğlubiyyətin səbəbləri

Göydən yerə , xəyallardan gerçəkliyə Bilbaodakı məğlubiyyətin səbəbləri

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Sosial şəbəkələrdə ənənəvi mənzərə yaranıb. "Qarabağ"ın hər qələbəsindən sonra sevincini bölüşməyə status axtaranlar məğlubiyyətdən sonra da ürəyini boşaltmaq üçün paylaşım gəzir. 

Hamı məğlubiyyətə səbəb axtarır. Birinə görə günahkar Nəriman, o birisinə görə Toraldı, hətta Qurban Qurbanovu da günahkar görən var. Kimi oyunçu seçimindən gileylənir, kimi taktikadan, kimi də hamıdan və hər şeydən!

Dağa-daşa düşmək lazım deyil. Bilbaodakı məğlubiyyətin çox sadə səbəbi var. Səbəb Çempionlar Liqası, səbəbkar da "Qarabağ"dır ki, özündən qat-qat güclülərlə eyni turnirdə yer alıb. Zəlimxan Yaqubun bir şeiri var - "Zarafat gəlməsin sənə bu dünya" 

Hərdən adama elə gəlir ki, çoxları Çempionlar Liqasını zarafata alır. İki qələbədən sonra 8-liyə düşməkdən danışan kim, "Çelsi"yə, "Liverpul"a meydan oxuyan kim...

"Göydən yerə enmək", xəyaldan gerçəkliyə dönmək zamanıdır. "Qarabağ" bizi sevindirib də, ümidləndirib də. Amma hər oyunda qələbə gözləyiriksə, alınası iş deyil. Reallığı qəbul etməliyik. Məğlubiyyətlər qaçılmazdır. 

Bilbaodakı oyun barədə danışan "Atletik"in baş məşqçisi Ernesto Valverde bir cümlədə hər şeyi təsvir edib: "Qarabağ"ı özünə uyğun olmayan oyuna məcbur etdik". "Qarabağ"ı topsuz qoydular, aqressiv pressinq tətbiq etdilər, müdafiə xətti bu yükü qaldıra bilmədi. Lakin belə çətin şərtlər altında belə, "Qarabağ" qol vurdu, bir topunu boş qapıdan çıxartdılar, mümkün penaltisini vermədilər. 

Qısası, "Qarabağ" hər şeyə rəğmən Bilbaodakı matçdan xal çıxartmağa cəhd etdi. Çalışdı, vuruşdu, amma gücü yetmədi!

İrəliyə baxmaq lazımdır. Bakıda "Ayaks" və "Ayntraxt"la matçlar var. Həmin oyunlarda yaxşı nəticə qazanmaqla 24-lüyə düşmək olar. Amma yenə də ÇL zarafat gəlməsin sizə. 

Həmid 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://sportal.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see273

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see254

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see242

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see228

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see220

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see203

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see203

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see198

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see185

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see179

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see174

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see164

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see163

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see150

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see148

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see147

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see144

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri