Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Qarabağ ümid əkir, arzu böyüdür Bilbaodakı matçdan nə gözləyək?

Qarabağ ümid əkir, arzu böyüdür Bilbaodakı matçdan nə gözləyək?

Icma.az bildirir, Fanat portalına istinadən.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin 1-ci turunda səfərdə "Benfika"nı parlaq geridönüşlə məğıub edən (3:2) "Qarabağ" bu turnir çərçivəsində növbəti matçını evdə "Kopenhagen"ə qarşı keçirdi və 2:0 hesablı inamlı qələbəyə sevindi. Əlbəttə, Azərbaycan təmsilçisinin ÇL-də çıxdığı ilk iki oyunda iki zəfərə imza atması ən nikbin azarkeşlərin belə, proqnozlaşdırmadığı nəticədir. Başqa sözlə, nəinki yerli futbol ictimaiyyətini, bütün dünyanı yaxşı mənada təəccübləndirən "köhlənlər" artıq yeni inkişaf mərhələsinə qədəm qoyduqlarını isbatladılar. Məlum məsələdir ki, belə start həm də hər birimizin ürəyində yeni ümidlər cücərdib. Sözügedən yarış başlayana qədər "Qarabağ"ın heç olmasa, bir qələbə qazanıb-qazanmayacağını, hansı komandalara qol vura biləcəyini müzakirə edirdiksə, artıq təmsilçimizin pley-off perspektivlərindən danışırıq.

İlk qələbə təsadüfi deyildi

Lissabondakı qarşılaşmanın ilk 16 dəqiqəsində qapısında 2 qol görən Ağdam komandasının sonradan toparlanaraq 3 qol vurması və bu turnirdə birinci qələbəsini qazanması ölkə futbolunun tarixinə qızıl hərflərlə yazıldı. Əlbəttə, "Benfika" ilə görüşün 30-cu dəqiqəsindən sonra meydan sahiblərini oyun planında üstələyən ağdamlılar Kriştianu Ronaldunun vətənində bütün dünyaya "ÇL-ə iştirak xatirinə qatılmamışıq" mesajı göndərdilər.

Bəli, futbolda bəzən təsadüfi qələbələr də olur. Lakin Portuqaliyadakı uğurun ardından Tofiq Bəhramov adına Respublika stadionunda "Kopenhagen"in də məyus edilməsi bütün suallara aydınlıq gətirdi. Təmsilçimizin ortaya qoyduğu performans illərlə çəkilən əziyyətin, rəhbərliyin böyük güvəni və dəstəyi fonunda baş məşqçi Qurban Qurbanovun yuxusuz gecələrinin nəticəsidir. Ulduz "ov"una çıxmayan, seleksiya işini zəgər dəqiqliyi ilə görən, "Qarabağ"a gələnə qədər çox az adamın tanıdığı legionerləri  Azərbaycan klubunun forması ilə məhşurlaşdıran mütəxəssisin hələ də öyrənməyə davam etməsi sıradan fakt deyil. 

Mütəxəssislər belə danışdılar

"Kopenhagen"lə oyunda sıravi azarkeşlərin də gördüklərinə mütəxəssislərdən münasibət öyrənmək də vacib idi. Onların fikirləri ilə siz də tanış olun:

"Neftçi"nin və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Füzuli Məmmədov: "Oyun çox gərgin keçdi. Belə olacağını əvvəldən təxmin edirdim. Rəqibin sürətli keçidlərini və "standartlar"dan yaxşı istifadə bacarığını matçdan öncə də vurğulamışdım. Həqiqətən təhlükəlidirlər. Oyunda bunu bir daha gördük. İkinci hissədə ortaya qoyduqları təzyiq də nə dərəcədə güclü olduqlarını isbatladı.

"Qarabağ" rəqibi yaxşı təhlil etmisdi. Bilirdilər ki, "Kopenhagen"in keçidləri təhlükəlidir. Rəqib həm 2-ci, həm də 3-cü zonada "Qarabağ"a pressinq tədbiq etməyə calışsa da, komandamız pressinqdən düşünülmüş ötürmələrlə cıxır, təhlükəli hücumlar qururdu. Hesab açılana qədər də "Qarabağ"ın yüzfaizli qol epizodu oldu. Təəssüf ki, Zubir bu şansı dəyərləndirə bilmədi. Kapitan dirəkdən qayıdan topu tora qovuşdurandan sonra, hissənin sonlarında yenə də "Qarabağ" əla fürsəti qaçırdı. 

İkinci hissədə qonaqlar təyziqi artırdılar. Danimarka təmsilçisi "Qarabağ"ı öz yarımeydanında "otuzdurmuşdu". Top itdikdən sonra dərhal pressinq edib geri alır, hesabı bərabərləşdirmək istəyirdilər. Amma "Qarabağ" da ağıllı müdafiə olunur, rəqibə qol epizodu verməməyə çalışırdı. Təbii ki, "Kopenhagen" keyfiyyətli oyunçularının hesabına bir-iki qol epizodu da yaratdı. Hərçənd onu da deyim ki, Danimarka komandasının ikinci yarıda bir tirə tuş gələn zərbəsi, bir də bir real qol vəziyyəti oldu. Əksinə, ikinci yarıda təmsilçimizin ifasında iki maraqlı, sürətli keçid izlədik. Bunlardan birində "Kopenhagen"i üçə iki yaxaladılar. Həmin epizodda Leandro Andrade ötürmə etmək əvəzinə, oyunu üzərinə götürüb topu itirdi...

Ümumi baxsaq, düşünürəm ki, "Qarabağ" bu matçda rəqibindən üstün futbol oynadı və 2:0 hesablı layiqli qələbə qazandı. İkinci hissədə ağıllı müdafiə də düşünülmüş plan idi. Qurban müəllimi və "Qarabağ"ı təbrik edirəm, komandamıza növbəti oyunlarda uğurlar arzulayıram".

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov: "Çox vacib bir qələbə idi. İki fərqli hissə izlədik. İlk yarıda "Kopenhagen" nə birinci zonadan hücumlar qura bildi, nə də xüsusi nə iləsə yadda qaldı. "Qarabağ" yüksək pressinqlə topu ələ keçirir, qonaq komandanın qapısı qarşısında təhlükəli vəziyyətlər yaradırdı. 28-ci dəqiqədə Pedro Bikalyonun qapı dirəyindən qayıdan zərbəsini Abdullah Zubir qolla tamamlayandan sonra Danimarka təmsilçisi müdafiədə riskli oynamağa başladı və yüzfaizli qol imkanı yaxaladı. Yəni qonaqların birinci yarıda qurduqları nadir hücumlardan biri qolla nəticələnə bilərdi. Xoşbəxtlikdən rəqib oyunçunun zərbəsi dəqiq alınmadı.

İkinci yarıda da təzyiq etməyə çalışdıq, lakin daha riskli oynayan "Kopenhagen" belə desək, oyunun ipini əlinə aldı. Ya "Qarabağ" özü geriyə çəkildi, ya da "Kopenhagen" komandamızı buna vadar etdi. Bizi daha çox cinahlardan "sıxırdılar". "Qanadlar"dan etdikləri ötürmələr olduqca təhlükəli alınırdı. İkinci yarıda Mateuş Koxalskinin kritik bir seyvini, onların qapı tirindən qayıdan zərbəsini də vurğulamalıyıq. Matçın təxminən 50-80-ci dəqiələri arasında bizə çətin anlar yaşatdılar. Bu zaman kəsiyində bizi tam olaraq üstələməyi bacarmışdılar. Əlbəttə, belə təzyiq fonunda danimarkalıların öz qapılarını toxunulmaz saxlaması da asan iş deyildi. Riskli oynayaraq "Qarabağ"a əks-hücim imkanları verirdilər. Əslində, Emmanuel Addai ikinci qolu vurana qədər də hesab arasındakı fərqi artırmaq şanslarımız olmuşdu. Addainin 83-cü dəqiqədə rəqib qapısına yol tapmasına gəlincə, o, "Kopenhagen"i fərdi ustalığı sayəsində məyus etdi. İkinci qol komandamızın psixoloji basqıdan da qurtulmasını şərtləndirdi. Düzü, "Benfika"ya yox, amma "Kopenhagen"ə qalib gələ biləcəyimizə inanırdım. İki oyuna 6 xal çox şey deməkdir. Bununla, pley-offa yüksəlmək şansımızı da yaxşılaşdırdıq".

Azərbaycan millisinin sabiq hücumçusu Samir Əliyev: "Qarabağ"ın səfərdə "Benfika", evdə "Kopenhagen" üzərində möhtəşəm qələbələr qazanaraq Avropanın top klubları ilə eyni sırada durması olduqca parlaq nəticədir. "Qarabağ" artıq hər bir azərbaycanlı futbolsevərin qürur mənbəyidir. Əminliklə deyə bilərik ki, hazırda Azərbaycanı da elit futbol müstəvisində layiqincə təmsil edən bir klub var. Stajlı azarkeşlər bilər, Qurban Qurbanovun komandası mənə dahi Valeri Lobanovskinin Kiyev "Dinamo"sunu, Oleq Romantsevin "Spartak"ını xatırladır. "Dinamo"nun top komandaları necə devirdiyi, "Spartak"ın adından necə söz etdirdiyi təbii ki, yaddaşlardan silinməyib. Reallıq budur ki, "Qarabağ" da bu gün adından söz etdirir. Əlbəttə, inanırıq ki, təmsilçimiz növbəti qarşılaşmalarda da möhtəşəm oyun sərgiləyərək uğurun ardını gətirəcək. Şübhəsiz, ortadakı nəticələr təsadüf deyil. Bu başqa məsələ ki, belə performansla diqqət çəkən Azərbaycan çempionuna artıq Avropa nəhəngləri də çox ciddi yanaşacaqlar. Bu faktın özü də ölkə futbolu adına çox xoş bir reallıqdır. "Qarabağ"dan növbəti ÇL matçlarında da yeni uğurlar gözləyirəm".

Qarşıda İspaniya səfəri var

ÇL-dəki növbəti rəqib Bilbao "Atletik"idir. Ev komandası kimi tanınan "basklar"la matçın favoriti də təbii ki, La Liqa təmsilçisidir. Düzdür, sözügedən kollektiv cari mövsüm heç də yaxşı nəticələrlə diqqət çəkmir, amma "Atletik"lə səfər qarşılaşmasının "Benfika"ya qarşı rəqib meydanında keçirilən görüşdən də çətin alınacağı bəlli həqiqətdir. Əvvəla, artıq bilbaolular "Qarabağ"ın nə dərəcədə ciddi rəqib olduğunu bilir və oyun zamanı ağdamlılara boşluq verməməyin önəmini anlayırlar. Digər tərəfdən, ÇL-də azarkeşlərini sevindirə bilməyən İspaniya təmsilçisinin məşqçilər korpusu və futbolçuları bu matça həm də potensial dönüş nöqtəsi gözü ilə baxırlar. "Atletik"ə qarşı necə oynamaq lazım olduğunu, Qurban Qurbanov yəqin ki, özü üçün müəyyənləşdirib və ən yaxşı variantı tətbiq etməyə çalışacaq. Yerli futbol ictimaiyyətinin reallıq hissini itirməyən nümayəndələri isə mümkün 1 xalın növbəti böyük qazanc olacağının fərqindədirlər.

Uğur həm də pul gətirir

“Qarabağ”ın UEFA Çempionlar Liqasında uğurlu çıxışını davam etdirməklə yanaşı, büdcəsini də zənginləşdirir. Təmsilçimiz "Kopenhagen" yenməklə büdcəsini daha 2,1 milyon avro (təxminən 4,2 milyon manat) zənginləşdirib. "Benfika" üzərində qələbədən də eyni məbləğ əldə edildiyini nəzərə alsaq, Azərbaycan çempionu turnirin əsas mərhələsində 4,2 milyon avro ((8,4 milyon manat) irəli düşüb. Ağdam təmsilçisinin ümumilikdə cari mövsüm ÇL-dən qazandığı məbləğ isə 27,97 milyon avrodur (təxminən 55 milyon manat). Bunun 18,62 milyonu bölgə komandasının qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsinə yüksəlməsinə, daha 5,15 milyonu isə təsnifat mərhələlərindəki nəticələrə görədir. Nəzərə alaq ki, təmsilçimizin qazancını daha da artırmaq üçün real şansı var. Bizə ən yaxşısını arzulamaq və "Qarabağ"ın bəxş etdiyi ən yeni ÇL macərasından həzz almaq qalır.

Nihat Ağasoy  

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:364
embedMənbə:https://fanat.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri