Göygöl Milli Parkını 170 mindən çox turist ziyarət edib AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gəncə, 16 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Bu ilin ötən dövründə Göygöl Milli Parkını 170 mindən çox turist ziyarət edib.
Göygöl Milli Parkının direktoru Fuad Quliyevin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, bunlardan 168 min 500-ü yerli, qalanı xarici turistlərdir. Şəhid ailəsi üzvləri, qazilər və veteranlardan ibarət imtiyazlı turistlərin ümumi sayı 6500 nəfərdən çox olub. Onlar milli parkın ərazisinə ödənişsiz daxil olublar.
İl ərzində ayrı-ayrı qruplar 150 dəfə dağ ekoturizm marşrutlarından istifadə ediblər.
Zəngin biomüxtəlifliyə malik milli parkda ziyarətçilər 10 marşrut boyunca unikal təbiət mənzərələrini seyr edir və asudə vaxtlarını səmərəli keçirirlər. Onlar ən çox Göygöl və Maralgölü görməyə can atırlar. Yaxın gələcəkdə rayonlararası böyük dairəvi ekoturizm marşrutlarının müəyyən edilməsi də nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 16 Dekabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















