Göygöl Şərab Zavodu Xankəndidə keçirilən Qış Nağılı yarmarkasında iştirak edib
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Göygöl Şərab Zavodu dekabrın 27-dən yanvarın 4-dək Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Xankəndi şəhərində keçirilən "Qış Nağılı" yarmarkasında iştirak edib.
Yarmarkada həmçinin müxtəlif şirkət və müəssisələr, fərdi şəxslər də təmsil olunublar. Göygöl Şərab Zavodu da bu yarmarkada iştirak edərək müasir texnologiya ilə hazırlanan yüksəkkeyfiyyətli məhsullarını təqdim edib. Əlavə olaraq festivalda məhsulların istehsal prosesi, şərabçılıq estetikası və müxtəlif yeməklər üçün ideal şərab seçiminin incəlikləri haqqında ətraflı məlumat təqdim edilib.
Qeyd edək ki, 165 ildən artıq tarixə malik "Göygöl Şərab Zavodu" ASC Azərbaycanın ən qədim və böyük spirtli içki istehsal edən müəssisələrindən biridir. Əsası 1860-cı ildə şvabinq almanlar tərəfindən qoyulmuş zavod bu gün "Xan 1860" brendi altında təqdim etdiyi araq, şərab, konyak və şampan məhsulları dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 03 Fevral 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















