Icma.az
close
up
RU
Göygöldə gender zorakılığına qarşı tədbir keçirilib

Göygöldə gender zorakılığına qarşı tədbir keçirilib

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi “Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması təlimləri” layihəsi çərçivəsində Göygöl rayonunda tədbir keçirib.

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması təlimləri” layihəsi çərçivəsində Göygöl Gənclər Evində maarifləndirici tədbir həyata keçirib.

Tədbirdə Göygöl RİH başçısı aparatı yanında fəaliyyət göstərən Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vəfa İbrahimova, Göygöl RİH-nin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Ceyhun Hümbətov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əfsanə Cəfərova, Rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru polis kapitanı Elçin Məmmədov, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-inin sədri Fatma Hacıyeva, İB-in sədr müavini, təhsil eksperti Nuranə Şixəliyeva, Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lamiyə Hacımuradova, Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Göyçək Pirverdiyeva, Azərbaycan Qadınları Respublika Cəmiyyətinin sədr müavini və psixoloq Vəfa Abbasova, müəllimlər və psixoloqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-inin sədri Fatma Hacıyeva layihənin keçirilməsində əsas məqsədin Azərbaycanda gender əsaslı zorakılığın qarşısını almaq və zorakılığa məruz qalmış şəxslərin sosial, hüquqi və psixoloji dəstək almasını təmin etmək olduğunu vurğulayıb.

Mövzu ilə bağlı auditoriyanı maraqlandıran suallar cavablandırılıb, eyni zamanda ictimaiyyətin diqqətinin problemin həllinə cəlb olunması məqsədilə hazırlanmış maarifləndirici kitabçalar paylanıb.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://azpost.info
archiveBu xəbər 30 İyul 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri