Icma.az
close
up
RU
Göygöldə tədbir keçirilib FOTOLAR

Göygöldə tədbir keçirilib FOTOLAR

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Göygöldə “Səhərsalma və Memarlıq İli” çərçivəsində akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr edilmiş "Gözlərə işıq verən, nurlu baxışlarda və qəlblərdə yaşayan insan" adlı tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının, Göygöl Rayon İcra Hakimiyyətinin və Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ilk öncə Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş nitqi ilə çıxış edərək görkəmli elm xadimi, oftalmoloq Akademik Zərifə xanım Əliyevanın həyat fəaliyyətindən, onun tibb elminə verdiyi sanballı töhfələrdən bəhs etmiş, qazandığı nailiyyətlərdən və yüksək titullara layiq görülməsindən danışmış, dünya miqyasında iridodiaqnostikaya dair ilk kitabın müəllifi məhz akademik Zərifə xanım Əliyeva olduğunu bildirmişdir. Zərifə xanımın 1954-cü ildə unudulmaz dahi şəxsiyyət Heydər Əliyevlə xoşbəxt bir ailənin təməlini qoyaraq, birlikdə əsl ailə etalonu yaratdıqlarını qeyd edərək, Zərifə xanımın zərif, həssas qadın, meh­riban ömür-gün yoldaşı, qayğı­keş ana kimi qürurla anıldığını vurğulamışdır. Vüqar İsayev dünyada şöhrət qa­zanmış Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasətdən, dövlətçiliyimizin inkişafı və xalqın firavanlığı naminə göstərdiyi xidmətlərdən danışmış, onu xalqımıza bəxş edən Ulu Öndər Heydər Əliyevə və Zərifə xanım Əliyevaya allahdan rəhmət diləmişdir.

Sonra Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Vasif Əliyev, şöbə müdiri Vilayət Musayev və digərləri çıxış edərək ömrü boyu insanları qaranlıqdan işığa daşıyan, xal­qın, millətin sağlamlıq qayğıları ilə yaşamış Zərifə xanım Əliyevanın həyat yolundan və yüksək insani keyfiyyətlərindən danışmışlar. Natiqlər Zərifə xanım Əliyevanın tibb sahəsində və xüsusilə oftalmologiya sahəsində elmə verdiyi töhfələrdən, yaratdığı dəyərlərdən daim insanların sağlamlığı üçün istifadə olunacağından bəhs edərək, vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərinə görə Zərifə xanım Əliyevanın əziz xatirəsinin qədirbilən xalqımız və onu tanıyanlar tərəfindən daim hörmət və ehtiramla anılacağını bildirmişlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Aprel 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see319

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see307

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see303

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see299

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see299

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see295

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see287

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see283

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see278

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see277

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see253

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see252

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see246

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see245

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see244

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see239

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see233

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see232

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see230

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri