Göygöldə şəhidlərin uyuduğu torpaq bir daha nurlanıb
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Onsuz da şəhidlərimizin uyuduğu torpaq cənnətdir. Çünki bu torpaq onların qanı ilə suvarılıb, canı ilə qorunub. Amma bu günlərdə Göygöl Rayon İcra Hakimiyyəti həmin cənnəti bir daha işıqlandırıb, şəhidlərimizin ruhunu şad edib.
Zəfər Günü ərafəsində rayonun Şəhidlər xiyabanı tamamilə yeni görkəm alıb. Əvvəllər burada gecələr qaranlıq olurdu, indi isə hər tərəf nur içindədir. İşıqlandırma sistemi quraşdırılıb, ziyarət üçün oturacaqlar düzülüb, yaşıl xiyabanlar salınıb, bardürlər səliqə ilə yenilənib. Bu dəyişikliklər xiyabana təkcə xüsusi gözəllik yox, həm də dərin bir mənəvi abu-hava verib.
Göygöl Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ariz Eyvazov söhbət zamanı bunları dedi:
- Şəhidlərimizin uyuduğu bu məkan müqəddəs bir ünvandır. Onların ruhu daim bizimlədir. Çalışırıq ki, bu torpaq hər zaman bax, beləcə nurla, ehtiramla yaşasın. Qoy gələcək nəsillər buraya gələndə bilsinlər ki, bu torpaq uğrunda kimlər canlarından keçiblər və onlara bu xalqın ehtiramı necə olub...
İndi Göygölün Şəhidlər xiyabanı həm bir ziyarətgah, həm də Vətən sevgisinin, qəhrəmanlığın simvoluna çevrilib.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Göygöl rayonu
Baxış sayı:95
Bu xəbər 30 Oktyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















