Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

İnsan sağlamliğina verilən dəyər

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Şəhidlərin qəhrəmanlıq uvertürası

Şəhidlərin qəhrəmanlıq uvertürası

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət Suverenlik Günü ərəfəsində növbəti dəfə şəhidlərimizi ziyarət etmək üçün evdən çıxıram. Yaşadığım Sumqayıt şəhərindəki Şəhidlər xiyabanı mikrorayonumuzdan çox da uzaqda deyil. Bəlkə də 1990–94, 2020 və ya 2023 addım olar, yəni Birinci və İkinci Qarabağ müharibələrinin, eləcə də lokal antiterror əməliyyatlarının tarixini göstərən rəqəmlər qədər. Doğrusu, saymamışam, amma hər dəfə bu qısa yolu gedə-gedə xiyabanda uyuyan bütün şəhidlərimizin ruhuna dönə-dönə dualar oxuyuram...

Xiyabanda son dəfn olunanlar 4 nəfərdir: antiterror əməliyyatlarının Sumqayıtdan olan şəhidləri Ramil Şirinov, Asim Camalzadə, Cavid Mirzəyev və Zamin Abbasov. Artıq 2 ildir buranı özlərinə son və əbədi ünvan seçiblər. Onların da cənnət qoxusu məzarları bəzəyən güllərin və xiyabanın ətrafında biçilmiş otların ətrinə qarışıb. Ümumi sayı 205 olan digər taledaşları kimi, onlar da sağ-salamat çıxdıqları 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərimizin 3-cü ildönümünə hazırlaşırdılar. Amma 2023-ün 19–20 sentyabr günlərində dördü də eyni bir coğrafiyada – Xocavənddə həyata əlvida deyərək, şəhidlərin əbədiyyət karvanına qoşuldu...

Müqəddəs məkanda yanaşı uyuyan igid oğulların məzarları tər gül dəstələrinə qərq olub. Bu, o deməkdir ki, qəhrəman soydaşlarımız bir gün də yaddan çıxmır, daim ehtiramla xatırlanırlar. Onların hər biri Qarabağda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və torpaqlarımızın Ermənistan silahlı qüvvələrinin qalıqlarından təmizlənməsi naminə “uf” demədən cavan canından keçib. Ölməz şəhidlər ömürlərinin son 23 saatını həmin amal naminə oda qalayıblar. Suverenliyimizin tam təmin edildiyi bütün ərazilərdə olduğu kimi, onların məzarları üzərində də gözümüzün işığı bildiyimiz üçrəngli bayrağımız dalğalanır.

...Ramil Şirinov Sumqayıtdakı 12 nömrəli tam orta məktəbi bitirib, Gəncə Texnologiya Universitetində ali təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışıb. Sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında xidmətə başlayıb. Cəsur serjant olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən inişilin sentyabrında həyata keçirilmiş uğurlu lokal antiterror tədbirlərinə qatılıb. O və silahdaşları tərkinə atıldıqları “Kamaz” markalı nəqliyyat vasitəsilə Əhmədbəyli–Füzuli–Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi istiqamətə hərəkət edərkən erməni təxribat-diversiya qrupunun basdırdığı minanın partlaması nəticəsində şəhid olub. Prezident sərəncamı ilə Ramil Şirinov “Vətən uğrunda” medalı ilə təltif edilib. O, ailəli idi, Arif və Şəms adlı 2 övladı yadigar qalıb.

...Sumqayıtda dünyaya göz açmış Asim Camalzadə də Xocavənd ərazisində – daha dəqiq desək, Tağaverd kəndi tərəfdə Ramil Şirinovla, həmçinin Seymur Mahmudov və Xəzər Zamanovla birlikdə eyni mina terrorunun qurbanı olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi qulluq keçən Asim əsgəri xidmətini başa vurunca, Əlahiddə Çevik Polis Alayında xidmət edib. Şəhadətə qovuşandan sonra onun döyüş hünəri “Vətən uğrunda” medalı ilə rəğbətləndirilib. Atası Knyaz kişi, anası Xədicə xanım və bacısı Aytən Şəhidlər xiyabanına, müxtəlif yerlərdə keçirilən vətənpəvərlik tədbirlərinə, anım mərasimlərinə daim başlarını dik tutaraq gəlir, mərd, cəsur Asimin adı ilə fəxr edirlər.

...Şəhid Cavid Mirzəyev poqonlarında baş leytenant ulduzları gəzdirirdi. O, Sumqayıtdakı 1 nömrəli tam orta məktəbin məzunu idi. Bakı Slavyan Universitetində ali təhsil almışdı. Sonra Milli Orduya həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində “zabit hazırlığı” kurslarını bitirmiş, “leytenant” hərbi rütbəsi ilə Vətən qulluğunda dayanmışdı. Hələ məktəb illərində “Qaydasız döyüş” idman növü ilə məşğul olan Cavid bilirdi ki, müharibə də elə bir növ “qaydasız döyüş”dür, ona görə də hər an hər şeyə hazır idi. 44 günlük Zəfər yürüşündə – Füzulidən Şuşayadək şərəfli döyüş yolu keçmiş, döyüşlərdə fərqlənmişdi. Müharibədən sonra toyu da olmuşdu, amma... Təcrübəsi və cəsurluğu nəzərə alınaraq antiterror əməliyyatına cəlb edilmiş və elə o zaman şəhadətə qovuşmuşdu. Əməliyyat zamanı şəxsi igidlik və şücaət göstərdiyinə görə igid zabit Füzulinin və Xocavəndin azad olunmasına görə, eləcə də “Hərbi xidmətdə fərqlənməyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. Ondan Cavidan adlı bir oğlu yadigar qalıb.

...Əslən Qubadlıdan olan, 5 aylığında ikən məcburi köçkün ailəsi ilə Sumqayıta gələn Zamin Abbasov da baş leytenant idi. Birinci Qarabağ müharibəsinin veteranı olan atası Xəqani kişinin döyüş yolunu davam etdirmək üçün əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (hazırkı Milli Müdafiə Universitetinin tabeliyindəki Hərbi İnstitutda) ali təhsil almışdı. Milli Qəhrəman Şükür Həmidovun komandir olduğu hərbi hissənin zabiti kimi Qarabağ və Şərqi Zəngəzurun mənfur düşməndən təmizlənməsində şücaətlər göstərmiş, həmməsləkləri ilə “Dəmir yumruq”da birləşərək işğalçılara sarsıdıcı zərbələr vurmuşdu. 2021–2022-ci illərdə qısamüddətli əməliyyatlar zamanı tabeçiliyində olan hərbi qulluqçularla birgə əsl qorxmazlıq nümunəsi kimi tanınmışdı. Vətənin bütövlüyünə zamin duran Zamin 2023-cü ildə – tarixi antiterror tədbirləri keçirilərkən Xocavənd rayonunda düşmən snayperindən açılan atəşlə yaralanaraq şəhid olub. Ölümündən sonra fərqlənmə təltiflərinə layiq görülüb.

Qısamüddətli lokal antiterror əməliyyatları şəhidlərinin xiyabandakı izdihamlı dəfn mərasimlərini də xatırlayıram. Ətrafa çökmüş sükutu havaya açılan yaylım atəşləri pozdu – bu, hərbçilərimizin şəhid ruhlarına ehtiram proseduru idi. Ali komandirlər şəhidlərin nəşləri bükülmüş bayraqları yadigar olaraq onların valideynlərinə təqdim etdilər. Şəhər rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının nümayəndələri, qazilər, veteranlar, şəhər ictimaiyyəti daim şəhid ailələrinin yanında olduqlarını bir daha göstərdilər. Kədərli anlar idi, amma eyni zamanda hər kəs dövlət suverenliyimizin tam bərpa edilməsinə görə qürur hissi keçirirdi.

…Sumqayıt Şəhidlər xiyabanı şəhərin dənizkənarı park ərazisində – Səməd Vurğun küçəsində yerləşir. Yadıma dahi şairin misraları düşür:

Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər...

Bu misralar dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə həsr olunsa da, Vətən, dövlət və millət üçün canını fəda edən hər kəsə aiddir. Şəhidlərimizin döyüşlərə atılarkən Üzeyir bəyin “Koroğlu” operasından bütövlük himnimiz kimi səslənən “Qəhrəmanlıq uvertürası”nın ruhi sədaları ilə qanadlandıqları da şəksizdir.

Ə.DOSTƏLİ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Sentyabr 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see418

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see338

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see272

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see268

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see266

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see259

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see252

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see250

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see246

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see243

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see242

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see235

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see229

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see229

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see217

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see212

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see209

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see208

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see199

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri