Icma.az
close
up
RU
“Göz yaşlarımı gizlədirdim” Qurban Qurbanov

“Göz yaşlarımı gizlədirdim” Qurban Qurbanov

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ” UEFA Çempionlar Liqası pley-off mərhələsində “Ferentsvaroş”u mübarizədən kənarlaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov tarixi matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Futbolçularımı təbrik edirəm. Çox gərgin oyunla, böyük məsuliyyətlə şükür Allaha ÇL-in əsas mərhələsinə düşə bildilər. Hər birini yenidən daha böyük futbolu görmək, daha böyük oyunları görmək üçün təbrik edirəm. Cənab Prezident də bizi rəsmi təbrik edir. Mən də onu təbrik etmək istəyirəm. Neçə ildir ki, bizim kimi o da gözləyirdi böyük turnirdə Azərbaycanı görmək üçün. Başda cənab Prezident olmaqla, bütün ailəsini təbrik edirəm. Həqiqətən bir daha bu da göstərdi ki, gözü bizim üzərimizdədir. Məsuliyyətimiz bir daha artdı. Futbolçularıma da qayıdıram. Özünüz də gördüz ki, gərgin matç oldu. Bu da gərginlikdən irəli gələn durum idi. Əvvəlki vaxtlar da olmuşdu, bu gün stadionumuz tam başqa idi. Bəlkə çoxdan bu cür atmosfer görməmişdim. Biz nə qədər gərgin idiksə, onlar da belə idi. Onlara təşəkkür edirəm. Bəlkə də ən çox haqq edən onlar idi. Belə qalibiyyəti istəyirdilər. İllərdir həm yaxşı yazılarınızla, həm bizim yanımızda olmaqla, kollektivin, ailənin üzvüsüz”.

- Rəqibin qıcıqlandırıcı açıqlamaları var idi. Oyundan öncə futbolçularınıza oyundan qabaq nə dediniz?

- Kartlarım həmişə açıqdır. Fikirlərim hansı yöndə gedirdisə, mətbuat konfransında demişdim. Daha çox soyuqqanlı davranmalı olduğumuzu, rəqibin qıcıqlandırıcı müsahibələrinə fikir verməməli olduqlarını demişdim. Bunu düşünərək, işimizi qursaq, uğur əldə edə bilmərik. Belə böyük oyunlar soyuqqanlılıq tələb edir. Daha çox cəsarət, ağıl tələb etmişəm. Həm cəsarətli, həm ağıllı olmaq daim vacibdir. İstənilən nəticədə oyundan qopmalı deyildik.

- Bəlkə də yeri deyil, tələsik sualdır. Liqa mərhələsində hansı stadionda oynayacaqsız?  

- Düzünü desəm, hələ belə qərar verilməyib. Bəlkə məni aşan məsələdir. Ola bilər ki, hamı bu işdə iştirak etməlidir. ÇL-in çox ciddi tələbləri var, həm ot örtüyü, həm də əlavə lazım olan detallar. Əgər BOS-da oynamaq... Oradakı durumu bilmirəm. Qalan şeylər qaydasındadır. Sadəcə orada son vaxtlar tədbirlər olub. Həm AFFA, həm digər qurumlar tərəfindən təklif olarsa, orada oynamağa hazırıq.

- “Qarabağ” tarixində ikinci dəfə ən şirin məğlubiyyəti aldı. 8 ildən bu tərəfə nə dəyişdi?

- İldən-ilə hər şey dəyişir, futbol da dəyişir. Futbolun dəyişən tərəflərini xırdalasam, bizim üçün böyük problemlər ola bilər. Bəzən xarakter, bəzən birlik belə uğur əldə etməyə gətirib çıxarır. Öz həyatımızda nə dəyişirsə, işdə, geridə qalan illərdə o dəyişiklik olur.

- Bu məğlubiyyət sizin üçün gözlənilirdi? Bu gün olması daha yaxşı idi, nəinki növbəti matçlarda? Komanda ilə ayrıca söhbət edəcəksiz?

- Mən bəlkə bu cür oyunlara fərqli yanaşıram. Oyunlar olub, uduzmuşuq, amma şərəfli uduzmuşuq. "Ferentsvaroş" da çox bərk komanda idi. Bu gün burada qalib də gələ bilərdi. Sadəcə onlar bu gün bu qələbəni haqq edirdilər. Onlar ÇL-də oynamağa haqq edirdilər. Öz futbolçularıma irad bildirməyəcəm. Geridə qalan günlərdə, son 3 gündə onların yanında idim. Hansı hisslər keçirdiklərini gözəl bilirdim. Oyun yaxınlaşdıqca gərginlik çoxalırdı. Mənim özümdə gərginlik var idi. Futbolçular bunu bəlkə hiss edirdilər. Özümü tam rahat, soyuqqanlı apara bilmirdim. Yəqin hiss edirdilər. Onları təbrik edirəm, bağrıma basdım. Sabah bazada bir daha bağrıma basacam.

- 2017-ci ildə ÇL-ə düşəndə "Qarabağ" 3 transfer gətirmişdi. Bu dəfə kimlərisə icarəyə götürəcəksiz?

- Futbolçularımızın sayını çoxaltmaq istəyirik. Xüsusilə də, hücum xəttində. Hər gün işimizin çox hissəsini transfer məsələsinə ayırmışıq. Transfer xətrinə transfer istəmirdik. İstədiklərimiz alınmasa, ən azından siz deyən varianta gedərik ki, ölkə daxilində problemlərimiz olmasın. Yükləmələrimiz çoxalacaq. Bu gün bu hiss olunurdu. ÇL-də 5 oyun oynamaq çox böyük yükləmədir. Həm fiziki, həm də psixoloji tərəfdən. Get-gedə çoxalacaq. Allah qorusun, zədəsi var. Futbolçu sayı lazım olacaq ki, hər iki turnirdə sağlam oyunçuları əlimizdə saxlayaq. Olsa, edəcəyik, olmasa bu futbolçularla davam edəcəyik. Ancaq çox ciddi iş gedir.

- "Braqa" ilə oyundan sonra sual vermişdim ki, sizin göz yaşlarınızı görmək üçün hansı uğur lazımdır? Növbət dəfə o sevinc göz yaşlarını görmək üçün hansı anları görmək lazımdır?

- Hardan gördüz ki? Gizlədirdim axı. Özümü saxlayırdım. Təki, belə sevinc göz yaşları olsun. Emosiyalardan irəli gələn bir şeydir. Hər bir halda, çalışmalıyıq ki, bu uğurla dayanmayaq. Daha yeni uğurlar əldə etməyə. Bunun üçün daha çox iş saatı lazım gələcək. Yorulmamışıq, gücümüz var. Daha çox çalışmalıyıq. Göz yaşları adi çempionat oyununda ola bilər. Mən özüm istəmirəm ki, belə hal olsun, göz yaşlarım olsun. Amma qaçılmazdır. Dünya futbolunda da olan maraqlı hadisədir. Görək də. 

- Emmanuel Addai sanki zəif idi. Artıq çəki də hiss olunurdu...

- Gəlin, bu gün heç bir futbolçunu müzakirə etməyək. Bu gün mənə sərbəstlik verin. Addai pis çıxmadı. Gərginlik yaratdı. 15-20 dəqiqə meydanda idi. Çəkisi də normaldır. Belə oyunlarda sonradan meydana çıxmaq heç də asan deyil. Bu gün heç bir futbolçu haqda irad bildirmək istəmirəm. Hamısının bugünkü uğurda çox böyük payı var.

- Bu cür qələbəni necə qeyd edəcəksiz?

- Mənim rayondan qardaşlarım gəlib. Bəlkə də harada oturacaqlarını yazıblar. Ora gedəcəm(gülür). Musa müəllim aşağı düşdü. Aşağıda məni qucaqladı. Gedəcəm böyük qardaşlarımın yanına, onları qucaqlayacam.

- U-19 komandanız da ÇL-də iştirak edəcək. Planlarlar müzakirə olunacaq?

- Lazım olsa, Aftandil Hacıyev, ya baş məşqçi dialoq aparsa, fikir bildirə bilərəm. Amma məncə, ehtiyac yoxdur. Belə oyunlarda sərbəstlik daha önəmli olur. Klub və mən onların yanında olmağa çalışacağıq.

- ÇL-də konkret hədəf nə olacaq?

- Qrupdakı hədəf haqda düşünməmişdim. Hədəf ora düşmək idi. Püşk atılsın, sonra fikir bildirərik. Bu cür oyunlar ölkə futboluna inamı daha da çoxalır. Futbolçular daha da böyüyür. Çox böyük təcrübədir. Hər bir futbolçunun arzusudur ki, ən böyük turnirdə iştirak etsinlər. Ən azından 3-4 böyük klub olacaq, onların 1-2-ni Bakıda görəcəklər. Bu da futbolun sevilməsi üçün böyük addımdır. Həm AFFA, həm klublar, həm dövlət səviyyəsində futbola ola bilər ki, daha da böyük maraq olsun. Bunu hamının canlı görməsi bizim işimizə rahatlıq gətirir. ÇL-ə kənardan TV-dən baxırıq. Amma böyük insanlar, böyük işlər görəndə, fərqli olur. 

- Bir neçə ay əvvəl düşərgəsində olduğunuz, həm də azarkeşlik etdiyiniz "Barselona" ilə qarşılaşmağı necə təsəvvür edirsiz?

- Bilmirəm. Amma hər şey ola bilər. Mənim üçün böyük təhlükə "Barselona" ilə olar. Amma sizlər və azarkeşlərə görə sevinərəm ki, onlar Bakıda olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Avqust 2025 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see233

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see204

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see190

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see145

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see137

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri