Qurban Qurbanov futbolumuzu bataqlığa gömən diletantlara göz dağı verir! Deputat
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
"Çempionlar Liqasının himni Azərbaycanda yenidən səslənəcək!"
Redaktor.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasını şərh edərkən deyib.
"AFFA da, milli komanda da, bütövlükdə Azərbaycan futbolu da “Qarabağ”dır! Bu zəfəri qazanan məşqçi Azərbaycan övladıdır. Braziliyada, Portuqaliyada, Almaniyada gedib xilaskar axtarmayın! Qurban Qurbanov təkcə əcnəbilərə dərs vermir, həm də futbolumuzu bataqlığa gömən diletantlara da göz dağı verir! Bu arada “Kayrat” (Qeyrət) komandasını da təbrik edirəm. Qazax türkünün komandası da bizim fəxrimizdir", - deyə deputat bildirib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"u (Macarstan) iki oyunun nəticəsinə əsasən üstələyən "Qarabağ" Liqa mərhələsinə yüksəlib.
Turan İSMAYIL
Baxış sayı:75
Bu xəbər 28 Avqust 2025 01:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















