Icma.az
close
up
RU
Gözdən iraq, dərdi başından aşan kənd FOTO/VİDEOREPORTAJ

Gözdən iraq, dərdi başından aşan kənd FOTO/VİDEOREPORTAJ

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu kənd sanki gözdən, könüldən uzaq düşüb. Bu kəndi sanki hər kəs unudub. 600 nəfərə yaxın sakini olan bu yaşayış məntəqəsinin “dərdi başından aşır” desək yəqin yanılmarıq. Söhbət Şəkinin Baqqal kəndindən gedir.
Sakinlər redaksiyamıza müraciət edib yaşadıqları sosial problemləri sadalayanda inanmamışdıq. Vəziyyəti öz gözləmizlə görəndə nə baş verdiyini anladıq.
Şəki-Qax avtomobil yolundan cəmi 3-4 km məsafədə yerləşən, üzü dağlara olan Baqqal kəndinə doğru hərəkət edirik. Kənd əlverişli coğrafi quruluşa malikdir. Yolun sağı-solu hamarlanıb, hətta yol boyu sağ tərəfdə mavi yanacaq xəttininin çəkildiyini müşahidə edirik. Sonradan öyrənəcəyik ki, həmin qaz xətti iki məcburi qaçqın ailəsinə xidmət edir. Yolun digər tərəfində isə elektrik xətti və yüksək sürətli internet xəttii çəkilib. 
Kəndin mərkəzində bizi sakinlər qarşılayır. Qadın səsi sükutu pozur.
Kənd sakini Təzəgül Məmmədova problemi dilə gətirir:


“Kəndimizi gəzmiş olsanız 10 evdən 5-ində qıfıl var. Mənim 4 övladım var, onların heç biri kənddə deyil. Hamısı dolanışığa görədir, qazımız yox, yolumuz, tibb məntəqəmiz bərbad vəziyyətdədir. İşığımız gündə bəlkə 5 dəfə sönür. Təkcə mənim evində modem, soyuducu və televizor yanıb. Olduqca bərbad vəziyyətdəyik”.
Təzəgül xanımın kəndin sosial məsələləriylə bağlı qayğılarını vurğulaması bəzi qaranlıqlara işıq salır.
Bu məqamda Ruzigar müəllim bizə yaxınlıqdakı yüksək gərginlikli elektrik transfarmatorunu göstərir:

“Baqqalın mərkəzində yerləşən bu ötürücü nuh əyyamından qalıb. 500-dən çox sakini olan bu kəndə yalnız bu transfarmator baxır. Çox hallarda işıqlar sönür, gücü çatmır”, - deyir.
Baqqallıların ən ağırılı yerlərindən biri sağ-solları dağ-meşə olmasına baxmayaraq oradan qışlıq odun gətirə, evlərini qızdıra bilməmələridir. Xüsusən, bu çətnilik qadınların üzərinə düşür.
Vüsalə müəlliməni dinləyərkən bu yaşayış məntəqəsində ailələrin, xüsusən qadınların hansı əziyyətlərə tab gətirdiyini anlamaq heç də çətin deyil.   
Kənd sakini, ixtisasca müəllim olan Vüsalə Məmmədovanı dinləyirik:

“Məişət şəraitimizdə problemlər var. Bu səbəbdən sakinlər kəndi tərk etmək məcburiyyətində qalır. Bu gün ən başlıca problemimiz mavi yanacaqla bağlıdır. Mavi yanacaq olmadığı üçün məcbur qalıb həyətimizdəki meyvə ağaclarını kəsib yandırırıq. Dövlətimizdən xahişimiz budur ki. bu məsələdə yanımızda olsunlar”-deyə müəllim fikrini tamamlayır.
Ətrafımıza toplanan digər kənd sakinləri də qayğılarından bəhs edir, mavi yanacaq, elektrik enerjisi ilə yanaşı yol məsələsinin də vacibliyinə toxunurlar.   
Kəndin problemlərini yerində görüb, sakinlərlə söhbətləşib yola düzəlmək istəyirdik ki, Səlmi Mustafayeva bir anlıq qarşımıza çıxır. Qadın elektrik enerjisinin verilməsi zamanı yaranan qısaqapanmadan sonra düşdüyü ziyanı dilə gəririr. Bu məsələnin də tezliklə həll edilməsinin vacibliyini diqqətə çatdırır.

Doğrusu bu yaşayış məntəqəsində infrasturukturla bağlı yeganə xoş xəbər yüksəksürətli intetnetlə bağlıdır.  
Bəs yol, elektrik enerjisi və mavi yanacaqla bağlı məsul olan sturukturlar, müvafiq qurumlar Baqqal sakinləri haqda nə düşünür? 
Sözügedən sorğumuzla bağlı Şəki Rayon İcra Hakimiyyətindən Bizim.Media-ya bildirildi ki, hələ 2023-cü ildən kəndin mavi yanacaqla bağlı problemi haqda “Azəriqaz”a müraciət olunub. İcra hakimiyyətinin əməkdaşı hətta bununla bağlı sənədin surətini də diqqətimizə çatdırıb. Eyniylə yol və enerji məsələlərinin də yenilənməsi barədə müraciətlərin olduğu qeyd edildi.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Şəki rayonundakı nümayəndəliyindən isə bildirildi ki, qonşu Biləcik və Cunut kəndlərinin layihələri hazırdır. Qarşıdakı müddətdə Baqqal kəndinin də layihələndirilməsi və investisiya planına salınması istiqamətində iş aparılır.
Kəndin yollarının asfaltlanmasına gəlincə, Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi balansda olan digər yayayış məntəqələrinin yolları kimi həmin kəndin yolunda da mütəmadi cari təmir işlərinin aparıldığını qeyd etdi. Qurumdan bildirildi ki, kənd yolunun əsaslı təmiri məqsədi ilə Dövlət Proqramına salınması üçün təkliflər göndərilib.

“Azəriqaz” - dan da öz növbəsində məsələyə münasibət bildirildi. Qeyd olundu ki, Baqqal kəndinin qazlaşdırılması “Azəriqaz”ın maliyyə imkanlarından asılıdır. Bu səbəbdən də növbəti mərhələdə bu kəndin qazlaşmasına baxıla bilər....
Görünən odur ki, hamı bu kənd üçün qollarını çırmalayıb, amma ortada bir nəticə yoxdur.
Ümid edək ki, Baqqal sakinlərinin zəruri ehtiyaclarından bir-ikisi il ərazində həllini tapacaq.
Mövzunu diqqətdə saxlayacağıq...





Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Fevral 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri