Icma.az
close
up
RU
Gözəllik salonlarında çalışanlara XƏBƏRDARLIQ Cinayət məsuliyyətinə cəlb olunacaqlar...

Gözəllik salonlarında çalışanlara XƏBƏRDARLIQ Cinayət məsuliyyətinə cəlb olunacaqlar...

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

"Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalar"a cavab vermədiyindən, həmin müəssisələrdə tibbi kosmetoloji prosedurların həyata keçirilməsi birmənalı şəkildə yolverilməzdir.
Demokrat.az xəbər ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi gözəllik salonlarında həyata keçiriləcək bir sıra qadağalarla bağlı Musavat.com-un suallarını cavablandırıb.
- Gözəllik salonlarında nə zamandan yoxlamalara başlanacaq? Bildirilir ki, lazer epilyasiyası və kosmetoloji prosedurlar yalnız klinikalarda həyata keçirilməlidir. Fəaliyyəti uyğunsuz olanları nə kimi cərimə və cəzalar gözləyir?
- Sorğunuza əsasən bildiririk ki, lazer üsulu ilə epilyasiya proseduru tibbi kosmetologiyaya aid olub, icrası yalnız tibb müəssisələrində, tibb təhsili olan mütəxəssislər tərəfindən (ixtisaslı həkim-dermatoloqun nəzarəti altında, dövlət sertifikasiya şəhadətnaməsinə malik tibb bacısı və ya tibb qardaşı tərəfindən) həyata keçirilməlidir.
Gözəllik salonları bərbər və vizajist xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan sahibkarlıq subyektləri olduğuna görə, onların fəaliyyətinə nəzarət Səhiyyə Nazirliyinə aid deyil və aidiyyəti qurumlar tərəfindən tənzimlənir. Eyni zamanda, gözəllik salonları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 07 aprel 2009-cu il tarixli, 37 nömrəli əmri ilə təsdiqlənmiş "Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalar"a cavab vermədiyindən, həmin müəssisələrdə tibbi kosmetoloji prosedurların həyata keçirilməsi birmənalı şəkildə yolverilməzdir.
Gözəllik salonlarında tibbi kosmetoloji prosedurların həyata keçirilməsi ilə bağlı Səhiyyə Nazirliyinə vətəndaşlardan və yerli dövlət özünüidarəetmə orqanlarından fakta əsaslanan müraciətlər daxil olduqda, Analitik Ekspertiza Mərkəzi tərəfindən plandan kənar yoxlamalar aparılır. Əgər həmin xidmətlərin göstərilməsi yoxlamalar zamanı təsdiqini taparsa, sahibkar subyektlərinə inzibati tənbeh tədbirləri tətbiq edilir və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib olunur.
Bu səbəbdən, gözəllik salonlarında tibbi kosmetoloji prosedurların həyata keçirilməsinin sahibkar subyektləri tərəfindən dayandırılması zəruridir. Əks halda, onlar inzibati məsuliyyətə cəlb oluna bilərlər.

- Mütəxəssislərin tibb sahəsi üzrə ali təhsilli olması mütləqdirmi? Bu məsələ daha çox narazılıq yaradıb. Qeyd edilir ki, Bakıda müxtəlif kurslar təşkil olunur, "Qara Qarayev", "Gənclik", "Neftçilər" metrostansiyalarının yaxınlığında belə kurslar var. Bu kursları bitirənlər həmin klinikalarda çalışa bilərlərmi? Məsələn, peşə məktəblərində lazer epilyasiyası üzrə ixtisaslarda oxumaq kifayətdirmi?
- Tibbi kosmetoloji prosedurların icrası yalnız tibb təhsili olan mütəxəssislər (ixtisaslı həkim-dermatoloqun nəzarəti altında, dövlət sertifikasiya şəhadətnaməsinə malik tibb bacısı və ya tibb qardaşı) tərəfindən həyata keçirilməlidir.
Səhiyyə Nazirliyi tərəfindən tanınan müvafiq kurslar, yalnız ixtisaslı tibb mütəxəssislərinin peşə fəaliyyətinin təkmilləşdirilməsi üçün nəzərdə tutulur. Lakin heç bir tibbi təhsili olmadan sadəcə kurslardan əldə edilən sertifikatlarla tibbi kosmetoloji işlərin həyata keçirilməsi qanunvericiliyə ziddir. Tibbi təhsili olmadan praktik tibb fəaliyyəti ilə məşğul olmaq, əhalinin həyat və sağlamlığını risk altına atmaq cinayət məsuliyyəti yaradır.
- İddia olunur ki, əczaçıların əksəriyyəti tibb üzrə müəyyən kursları bitirənlərdir. Onlara icazə verildiyi halda, gözəllik salonlarında çalışanlara da güzəşt edilə bilərmi?
- Apteklərdə dərman vasitələrinin satışı, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, sertifikasiyadan keçmiş ali və ya orta əczaçılıq təhsilinə malik mütəxəssislər tərəfindən həyata keçirilir.
Optik ləvazimatlar, pərakəndə satış üçün nəzərdə tutulan əczaçılıq məhsulları (pambıq, tənzif, bint, sarğı materialları, leykoplastırlar və digər analoji məmulatlar), ətriyyat-kosmetika, xüsusi təyinatlı qida məhsulları, təbii mineral sular, bioloji aktiv qida məhsulları və şəxsi sanitariya-gigiyena mallarının satışı isə qeyri-ixtisas sahibləri tərəfindən də həyata keçirilə bilər.
- Bəs, xarici ölkələrdə bu sahə üzrə kurs bitirənlərin sənədləri ölkəmizdə keçərlidirmi? Hansı ölkələrin kurs və ya kollec diplomları burada tanınır?
- Xaricdə tibb təhsili alan vətəndaşlar Azərbaycan ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olmaq üçün ilkin olaraq Təhsil Nazirliyində diplomlarını təsdiqlətməli, daha sonra Səhiyyə Nazirliyinə müraciət edərək vahid məlumat reyestrində tibb mütəxəssisi kimi qeydiyyatdan keçməlidirlər.
5 (beş) illik iş təcrübəsi olan həkim-mütəxəssislər, eləcə də orta tibb işçiləri sertifikasiyadan keçərək növbəti 5 (beş) il müddətində praktik tibb fəaliyyətlərini həyata keçirə bilərlər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Fevral 2025 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri