Icma.az
close
up
RU
Özəl sektorda çalışanlara XƏBƏRDARLIQ

Özəl sektorda çalışanlara XƏBƏRDARLIQ

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Gələn il yanvarın 1-dən etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatacaq.
Qeyd edək ki, güzəşt 2019-cu ildən tətbiq edilir. Güzəştlərə əsasən, yalnız hazırda özəl sektorda 8000 manatdan yuxarı olan maaşdan 14 faiz vergi tutulur. Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14, ondan çox olan hissəsindən isə 25 faiz vergi tutulacaq.
Bəs özəl sektorda çalışanlardan 14 faiz gəlir vergisinin tutulması maaşlara necə təsir edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, belə vəziyyətdə işə götürən ya işçilərin bir hissəsini işdən çıxarmalı, ya da onlara verdiyi əmək haqqını azaltmalı olacaq:
“Hələlik məsələ ilə bağlı dəqiq məlumat yoxdur. Bununla bağlı nə hökumət, nə də qanunverici orqan tərəfindən heç bir açıqlama verilməyib. Amma bütün hallarda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin ləğv edilməsini yanlış hesab edirəm”.
Vergi güzəştləri daha 7 il uzadılmalıdır.
Ekspertin fikrincə, özəl sektorun üzərinə əlavə vergi yükünün qoyulması o zaman mümkün olar ki, Dövlət Sosial Müdafiə Fonduna ödənişlər kəskin azalsın:
“Bu ödənişlərin yerində qalması və əlavə olaraq vergilərin artması nəticə etibarı ilə işsizliyin artmasına səbəb olacaq. Özəl sektor bu halda optimallaşma apararaq, yükünü azaltmaq üçün əksər işçilərini işdən çıxartmalı olacaq. Çünki bu zaman işə götürən də əlavə vergi ödəməli olur. Yaxud da işə götürən maaşları azaldacaq ki, bu da işçilərin gəlirinə mənfi təsir göstərəcək. Məsələ ciddi şəkildə ictimai müzakirədən keçməli və vergi güzəştləri daha 7 il uzadılmalıdır”.
Rüfət Sultan, Bizim.Media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Sentyabr 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri