Gözlənilməz xəbər Əl Şaraa Trampa məxfi məktub göndərib
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hurriyyet.az xəbər verir ki, ABŞ Respublikaçılar partiyasından olan Kori Mills Suriyanın yeni Prezidenti Əhməd Əl Şaraa ilə danışıqlar aparıb və İsrail ilə münasibətlər qurmaq imkanını müzakirə edib. Suriya sənayesinə qarşı sanksiyaların ləğv edilməsi, İsrail ilə diplomatik münasibətlər qurmaq imkanları da müzakirə edilən məsələlər sırasında olub.
Amerika mətbuatının yazdığına görə, Suriya lideri "müvafiq şəraitin mövcud olacağı halda" İsrail ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib.
Kori Mills son onilliklər ərzində Suriya Prezidenti ilə danışıqlar aparmış və Suriyaya səfər etmiş ilk ABŞ rəsmisi olub. Konqrsmenin jurnalistlərə dediyinə görə, Suriya lideri İsraillə İbrahim razılaşmaları çərçivəsində “və ya oxşar formatda” diplomatik münasibətlər qurmaqda maraqlı olduğunu bildirib. Mills vurğulayıb ki, Əl Şaraa "lazımi şərait" yaradılacağı təqdirdə bu istiqamətdə addımlar atmaq arzusunda olduğunu deyib. Bununla belə, konqresmen heç bir əlavə təfərrüat açıqlamayıb. Bunlardan əlavə, Suriya prezidenti Mills vasitəsilə Donald Trampa ünvanlanmış şəxsi məktub göndərib. Məktubun məzmunu açıqlanmır.
Məlumat təsdiqlənərsə, bu, Yaxın Şərq diplomatiyası tarixində mühüm irəliləyiş ola bilər, çünki əvvəllər Suriyanın İsraillə rəsmi əlaqələr qurmağa hazırlığı ilə bağlı açıqlamalar şayiə səviyyəsində qalırdı.
Hürr Tərcüman
Baxış sayı:86
Bu xəbər 24 Aprel 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















