Icma.az
close
up
RU
Gözlər İrəvandan Bakıya çevrildi: İki böyük güc hərəkətə keçir Qərar dəyişdi

Gözlər İrəvandan Bakıya çevrildi: İki böyük güc hərəkətə keçir Qərar dəyişdi

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Brüsselə səfəri və NATO rəsmiləri ilə keçirdiyi görüşlər son günlərin diqqətçəkən diplomatik hadisələrindəndir.

Görüş zamanı tərəflər Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyətini, gələcək əməkdaşlığın perspektivlərini, o cümlədən regional və daha geniş təhlükəsizlik mühiti ilə bağlı məsələləri müzakirə ediblər.

Hikmət Hacıyevin Tehrandan qayıtdıqdan dərhal sonra belə bir səfərin baş tutması geosiyasi kontekstdə xüsusi maraq doğurur.

Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov qeyd edib ki, Azərbaycan bu gün yalnız regional deyil, eyni zamanda beynəlxalq müstəvidə də bir çox ziddiyyətlərin və münaqişələrin aradan qaldırılmasında fəal rol oynayır:

“Bakının belə dialoqlarda müsbət addımlarını aydın şəkildə gördük. Sevindirici haldır ki, tərəfdaş ölkələr də bunu qiymətləndirir. Azərbaycanın Avropa İttifaqı (Aİ) və NATO ilə təmasları son aylarda kifayət qədər intensiv xarakter alıb.

Avropa İttifaqının siyasətində də müəyyən dəyişikliklər müşahidə olunur. ABŞ-da Donald Trampın yenidən hakimiyyətə gəlməsi fonunda Aİ, xüsusilə də Fransa Prezidenti Emmanuel Makron siyasətdə fərqli bir xətt tutmağa başlayıb. Bu kontekstdə Azərbaycan Prezidentinin Çinə səfərindən sonra həm ittifaqın, həm də Pekinin Bakıya artan marağı diqqət çəkir.


Zaur Məmmədov

Politoloq bildirib ki, ABŞ-ın İran və Rusiya ilə bağlı danışıqları fonunda Azərbaycanın geosiyasi çəkisi daha da artır:

“Avropa İttifaqının iki yüksək səviyyəli rəsmisinin Albaniyanın paytaxtı Tiranada Azərbaycan nümayəndələri ilə görüşmək niyyətini öncədən bəyan etməsi, Aİ-nin Bakı ilə münasibətlərə yenidən baxmağa başladığını göstərir.

Rəsmi Brüsselin Ermənistana marağı tədricən azalır, əvəzində Azərbaycanla əməkdaşlığa maraq artır. Bu, həm NATO-nun, həm də Aİ-nin mövqelərində müşahidə olunur. Təbii ki, bütün dəyişikliklərin arxasında yeni formalaşmaqda olan geosiyasi maraqlar və Cənubi Qafqazın gələcək tarixi-konfiqurativ quruluşuna təsir edən faktorlar dayanır”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 May 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri