Icma.az
close
up
RU
Prezident qərar verdi, gözlər Bakıya çevrildi Yeniliklər olacaq

Prezident qərar verdi, gözlər Bakıya çevrildi Yeniliklər olacaq

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması Bakının gələcəyi ilə bağlı müzakirələri aktuallaşdırıb. Sözügedən qərar paytaxtda köklü dəyişikliklərin olacağı barədə gözlənti yaradıb.

Növbəti il bu qərar çərçivəsində Bakıda hansı yenilikləri görə biləcəyik?

Globalinfo.az-a danışan tanınmış memar, professor Cahid Həsənov deyib ki, “Memarlıq və Şəhərsalma İli” təkcə Bakı şəhərini deyil, bütün respublikanı əhatə edir:

“Təbii ki, paytaxt digər regionlarla müqayisədə daha çox problemlərlə üzləşir. Lakin memarlıq və şəhərsalma dedikdə yalnız hündürmərtəbəli binaların tikintisi nəzərdə tutulmur. Əsas məsələ Bakının mühəndis-infrastruktur sistemlərinin yenilənməsidir. Kanalizasiya, suötürücü şəbəkələr hələ sovet dövründə istismara verilib və təxminən 1-1,5 milyon əhali üçün nəzərdə tutulub. Hazırda isə paytaxt əhalisi 3-4 milyona çatıb və mövcud sistemlər bu yükü daşıya bilmir. Məhz bu səbəbdən qısa müddətli yağışlar zamanı belə ciddi problemlər yaranır. Bu baxımdan kanalizasiya və su sistemlərinin yenilənməsi, səkilərin və piyada yollarının bərpası, binaların altında yerləşən ticarət obyektlərinin yaratdığı maneələrin aradan qaldırılması vacibdir”.

Cahid Həsənov

Memar bildirib ki, şəhərsalma qlobal trendlərə uyğun şəkildə inkişaf etməli, xüsusilə “yaşıl şəhər” konsepsiyası çərçivəsində yaşıllıq zolaqlarının genişləndirilməsi prioritet olmalıdır:

“Bu istiqamətdə büdcədən vəsaitlər ayrılır və dövlət obyektlərində müvafiq işlər görülür. Eyni zamanda, qeyri-dövlət qurumları və özəl təşkilatlar da məsuliyyət daşımalıdır. Əgər hər hansı qurumun yerləşdiyi binanın fasadı müasir estetik tələblərə cavab vermirsə, bu istiqamətdə layihələr hazırlanmalı və dəyişikliklər həyata keçirilməlidir. Həyətyanı ərazilərdə yaşıllıq zonalarının artırılması da vacibdir. Bu il həm də müstəqil memarlıq studiyalarının və peşəkar memarların prosesə daha aktiv cəlb olunmasını zəruri edir. Müvafiq dövlət qurumları özəl memar və studiyalar üçün açıq əməkdaşlıq mühiti yaratmalı, yeni ideya, layihələrin təqdim olunmasına şərait formalaşdırmalıdır. Dünyada şəhər və ərazi planlaşdırılmasını yalnız dövlət qurumları icra etmir, müstəqil memarlıq mərkəzləri və özəl studiyaların iştirakı ilə də həyata keçirilir. Bu təcrübədən istifadə etmək vacibdir”.

Cavid Həsənovun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə də “yaşıl şəhər” modelinin tətbiqi üçün yeni layihələr hazırlanmalı və bu istiqamətdə intensiv işlər aparılmalıdır:

“Bununla yanaşı, Bakının təsdiq edilmiş Baş planına uyğun olaraq istismar müddəti bitmiş, estetik baxımdan yararsız köhnə tikililərin sökülməsi, onların yerində yaşıllıq zolaqlarının və müxtəlif parkların salınması gözlənilir. “Memarlıq və Şəhərsalma İli” çərçivəsində keçiriləcək beynəlxalq şəhər forumları, tədbirlərlə birgə gündəlik praktik addımlar da atılmalıdır. Hər bir qurum bu prosesə real töhfə verməli, il ərzində görüləcək işlər uzunmüddətli perspektivdə Azərbaycan memarlığının inkişafına xidmət etməlidir”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri