Gözləri ovmaq görməni zəiflədir Həkim xəbərdarlıq etdi
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Gözləri mütəmadi ovmaq buynuz qişanın nazilməsinə səbəb ola bilər".
Ölkə.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə həkim-oftalmoloq Kristina Qorbaçeva danışıb.
Mütəxəssisin sözlərinə görə, insan gözlərini ovduqda bu, buynuz qişanın səthində zədələr yarada bilər, yəni nöqtəli keratopatiyaya (buynuz qişanın epitelinin zədələnməsi) və göz qapağı boyunca xətti eroziyalara səbəb ola bilər.
Bundan başqa, belə dəyişikliklər görmə pozuntuları və xoşagəlməz hisslərlə müşayiət olunur: görmənin bulanıqlaşması, gözlərdə dumanlılıq hissi, narahatlıq, qum hissi və qızartı. Bütün bunlar müalicə və nəzarət tələb edir.
Əllərdə çoxlu mikroorqanizm ola bildiyi üçün onları tez-tez gözlərlə təmas etdirmək infeksiya və iltihabi xəstəliklər riskini artırır. Məsələn, konyunktivit və blefarit yarana bilər. Xüsusilə kontakt linza taxanlar üçün gözlərlə birbaşa təmasdan qaçmaq vacibdir.
Həmidə İbrahimova
Baxış sayı:73
Bu xəbər 27 Sentyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















