Icma.az
close
up
RU
Nankorluq gözləri bağlayanda...

Nankorluq gözləri bağlayanda...

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Parisdə Notr-Dam kilsəsinin açılışı ilə bağlı bəzi qeydlər

Ermənistanın baş naziri Nikol Paşinyan əlinə düşən hər fürsətdəcə Fransaya yollanır. 2 ay əvvəl də orada idi, indi də. Nikolun Fransaya bu il daha bir səfəri isə fevralda reallaşmışdı. İndi Paşinyan Parisə məşhur Notr-Dam kilsəsinin bərpadan sonra açılışında iştirak etmək üçün gedib. Heç şübhəsiz, məqsədi özünü xristian dünyasına göstərməkdir. Əlbəttə, bu təşəbbüs təkcə onun deyil, eyni zamanda, Fransa Prezidenti Emmanuel Makronundur. Makronun başqa məqsədləri də var...

Qeyd edək ki, Notr-Dam kilsəsinə 2019-cu ildə yanğın nəticəsində ciddi ziyan dəymişdi və indi bərpa olunub. Fransa hakimiyyəti isə dini məbədin açılışını həm də siyasi don geyindirib. Tədbirdə 50-yə yaxın dövlət və hökumət başçısının iştirakı bunu söyləməyə əsas verir. Yeri gəlmişkən, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp da açılışıda iştirak edib. Nəzərə alsaq ki, Fransa Prezidenti E.Makron özü ilə birgə Paşinyanın da Trampla şəkil çəkdirməsinə nail olub. Məsələni Makronun Nikolu Birləşmiş Ştatların yeni dövlət başçısına təqdim etməsi kimi dəyərləndirmək də mümkündür. Hərçənd, Trampın ilk prezidentliyi zamanı da Paşinyanın onun həndəvərində dolaşdığını yada sala bilərik. Nə isə söhbətimiz bu barədə deyil. Həm də ona görə ki, Nikolun harada və kiminlə oturub-durmasının Ermənistana heç bir xeyri yoxdur. Eləcə də Makronun tərəfkeşliyi rəsmi İrəvana hansısa fayda vermir.

Bəli, Makronun dünyadakı nüfuzu, yumşaq desək, arzuolunmaz vəziyyətdədir. Ermənistana görə durum lap pisləşib. Ən əsası isə Fransa dövlət başçısının ermənipərəst təəssübü nəticəsində Parisin Bakı ilə münasibətlərində indiyədək görünməmiş dərəcədə soyuqluq yaradıb. Hətta, diplomatik əlaqələrin tamamilə aradan qalxması kimi xoşagəlməz durum var. Halbuki, müstəqilliyimizi əldə etdikdən sonra Fransa yaxın münasibət saxladığımız Qərb dövlətlərindən idi. Baxmayaraq ki, bu ölkədə erməni lobbi və diaspor təşkilatları hər zaman aktiv olmuşlar.

Makrondan fərqli olaraq, Fransa iqtidarının əvvəlki təmsilçiləri hadisə və proseslərə rasional yanaşır, ölkənin maraq və mənafelərinin qorunması məsələsinə geniş aspektdən qiymət verirdilər. Bakı da hər zaman Parisə obyektiv reallıqları nəzərə alaraq yanaşırdı. Yəni, ölkəmizin rəhbərliyi erməni amilinin Fransa üçün ya vəlvələdən, ya zəlzədən meydana çıxmış önəmlilik faktorunu münasibətlərə maneə yaradan durum olaraq görmürdü. Nəticə etibarilə, Azərbaycan–Fransa əməkdaşlığında müəyyən balans gözlənilirdi. Hər şeyi alt-üst edən məhz Makron oldu və yenə köhnə ampluasında qalır.

Söhbət Notr-Dam kilsəsindən düşmüşkən, Heydər Əliyev Fondunun Strasburqdakı Notr-Dam kilsəsinin təmirinə göstərdiyi maliyyə dəstəyini xatırladaq. Həmin vaxt, yəni 2009-cu ildə Fransanın nüfuzlu mətbu orqanları bu barədə geniş məqalələr yayımlamış, Heydər Əliyev Fondunun dəstəyini yüksək qiymətləndirmişdilər. Nəzərə alaq ki, fondun Fransanın mədəni və tarixi abidələrinin bərpasına göstərdiyi yardım daha əvvəldən, yəni 2007-ci ildən başlamışdı. Qurum Versal sarayında iki abidəni təmir etdirmişdi. Ölkənin “Frans-3” televiziya kanalının və digər nəşrlərinin təqdimatlarında Heydər Əliyev Fondunun Azərbaycandan çox-çox uzaqlarda, Fransada iki abidənin və bir kilsənin təmirinə yardım etməsinin fondun prezidenti Mehriban xanım Əliyevanın tarixi abidələrə qayğısından irəli gəldiyi vurğulanmış, nümunə kimi göstərilmişdi.

2013-cü ildə fransız jurnalist Regis Gente “Eurasianet” üçün yazdığı məqalədə son 5 il ərzində Azərbaycanın Fransada mədəniyyət layihələri və bərpa işləri üçün 1.25 milyon avrodan çox pul ayırdığını diqqətə çatdırmışdı. O, Heydər Əliyev Fondunun ölkənin Normandiya regionunda yerləşən və orta əsrlərdən qalmış Saint Paterne kilsəsinin bərpasına maliyyə ayırması üzərində də dayanmışdı.

Ümumiyyətlə, Makronun prezidentliyinədək ölkənin media orqanları Azərbaycanın Fransada mədəni abidələrin bərpası ilə əlaqədar göstərdiyi humanitar yardımlar barədə çoxsaylı məqalələr yayımlamışdılar. Məqalələrdə ölkəmizin, xüsusən də Heydər Əliyev Fondunun fəaliyyəti son dərəcə dolğun şəkildə təqdir olunmuşdu. Ən əsası, Azərbaycanın Fransanın mədəni irsinin qorunmasına dəstək işi sistemliliyi və ardıcıllığı ilə vurğulanmışdı. Lakin Makron, əvvəldə də dediyimiz kimi, hər şeyi alt-üst etdi. Nəyə görə? Özünün ambisiyalarına və daxildəki səriştəsizliyini Cənubi Qafqaz müstəvisində aradan qaldırmaq istəklərinə görə. O istəklərə görə ki, Yelisey sarayı onların reallaşmasında Ermənistanı alətə çevirib.

Sonda Parisdəki Notr-Dam kilsəsinin açılışı xüsusunda bir məqamı da vurğulayaq. Yuxarıda əbəs yerə Heydər Əliyev Fondunun timsalında Azərbaycanın Fransada tarixi abidələrin bərpasına ayırdığı maliyyə vəsaitləri barədə söz açmadıq. Bütün bunlar Azərbaycanana məşhur kilsənin açılışında iştirak hüququ verirdi. Lakin Makron administrasiyası bunu da nəzərə almadı. Buna nə ad verək – nankorluq, yoxsa cılızlıq?

Ə.RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Dekabr 2024 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see286

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see275

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see253

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see249

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see241

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see236

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see235

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see223

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see211

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see210

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see210

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see207

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see202

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see186

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see165

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri