Icma.az
close
up
RU
Gözləriniz sizə xəbərdarlıq edir Bu əlamətlərə ciddi yanaşın

Gözləriniz sizə xəbərdarlıq edir Bu əlamətlərə ciddi yanaşın

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyada 2,2 milyard insanın gözü problemlidir və bu itkilərin ən azı 80%-i müntəzəm müayinələrlə qarşısı alınabilər. Təəssüf ki, ölkəmizdə belə, hər 10 nəfərdən 4-ü göz müayinəsini belə keçmir.

Milli.Az xəbər verir ki, hər il oktyabr ayının ikinci cümə axşamı "Dünya Görmə Günü" olaraq qeyd edilir. Bu gün çərçivəsində Dünya Səhiyyə Təşkilatı (DSÖ) və Beynəlxalq Korluğu Önleme Agentliyi (IAPB) ilə birgə, göz sağlamlığında məlumatlılıq artırmaq və qarşısı alınabilən korluqla mübarizə aparmaq məqsəd qoyulur.

Göz xəstəlikləri üzrə mütəxəssis Op. Dr. Sezer Hacıağaoğlu qeyd edir ki, dünyada hər 5 saniyədə 1 nəfər görmə itirir: "Dünyada 2,2 milyard insanın gözü problemli vəziyyətdədir. Bu problemlərin ən az 80%-i müntəzəm müayinələr və müalicə ilə qarşısı alına bilər. Təəssüf ki, bu insanların ən az 1 milyardı vaxtında diaqnoz qoyulmadığı və ya lazımi tibbi xidmətlərə çata bilmədiyi üçün müalicə olunmur."

Yaş və risk faktoru

50 yaşdan yuxarı şəxslərin 20%-ində katarakt,

15%-ində isə glokom (göz təzyiqi) riski mövcuddur.

Uşaqlarda öyrənmə çətinliyi yaşayanların 60%-ində əsas səbəb görmə problemləridir.

Hər 10 nəfərdən 4-ü isə ildə bir dəfə belə göz müayinəsi keçirmir.

Dr. Hacıağaoğlu bildirir ki, bir çox göz xəstəlikləri əlamətsiz inkişaf edir: "Xüsusilə glokom kimi xəstəliklər xəlvətcə irəliləyir və aşkar olunduqda artıq qalıcı görmə itkilərinə səbəb olur. Buna görə müntəzəm müayinələr həyati əhəmiyyət daşıyır. Ani və ya bulanıq görmə itkisi, gözdə batma, qızartı, işığa həssaslıq, güclü baş ağrısı, gecə görməsində çətinlik, oxuyarkən tez yorulma kimi əlamətləri görməzdən gəlməyin. Bu, çox zaman ciddi xəstəliyin xəbərçisi ola bilər."

Dr. Hacıağaoğlu bildirir ki, hərtərəfli göz müayinəsi ən az 30 dəqiqə davam edir. Erkən diaqnoz yalnız görməyi deyil, ümumi həyat keyfiyyətini də artırır. Müayinədə aşağıdakı testlər edilməlidir:

Görmə kəskinliyi testi Eynək müayinəsi Göz qapaqları və əzələlərinin yoxlanması Göz təzyiqi ölçümü Biomikroskopik müayinə Göz dibinin yoxlanması

Mütəxəssislər vurğulayır ki, xüsusilə 50 yaşdan yuxarı şəxslər və görmə problemi riski olanlar müntəzəm göz müayinələrini keçirməlidir.
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Oktyabr 2025 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri