Icma.az
close
up
RU
Gözləyirik, cinayətkarlar yüksək səviyyədə cəzalandırılsın! Hökumənin atası

Gözləyirik, cinayətkarlar yüksək səviyyədə cəzalandırılsın! Hökumənin atası

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ötən gün Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş keçirilib. Qeyd edək ki, iki lider arasında sonuncu görüş bir il əvvəl baş tutub və qəzadan sonra münasibətlərdə gərginlik yaranmışdı.

Görüşdə bir sıra regional və ikitərəfli məsələlər müzakirə olunsa da, diqqət mərkəzində olan əsas mövzu ötən ilin dekabrında baş vermiş AZAL təyyarə qəzası idi.

Hadisədən sonra Putin İlham Əliyevə zəng edərək hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə üzrxahlıq etmişdi. O, ötəngünkü görüşdə bu üzrxahlığı bir daha xatırladıb, cinayətkarların cəzalandırılacağını və kompensasiya veriləcəyini bildirib.

Modern.az-a açıqlamasında qəzada həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atası Cəlal Alıyev bildirib ki, qızını itirməyin ağrısı hələ də soyumayıb.

O, hadisədən on ay keçməsinə baxmayaraq, ədalətin bərqərar olmasını gözlədiklərini deyib: "Mənim istəyim odur ki, cinayət saxlanlsın və cəzalandırılsın. Putin geciksə də, gözləyirik ki, cinayətkarlar yüksək səviyyədə cəzalandırılsın, bəlkə, biraz təskinlik olar. Ayrı bizə nə lazımdır ki?!"

Cəlal Alıyev Prezident İlham Əliyevə hadisəni rəsmi şəkildə gündəmə gətirdiyi üçün təşəkkür edib.

"Cənab Prezident Putinlə görüşdü, məsələni gündəmə gətirdi. Sağ olsun cənab Prezident, biz ona daim təşəkkür edirik", - o qeyd edib.

Xatırladaq ki, faciə 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qeydə alınıb. AZAL-a məxsus sərnişin təyyarəsi Rusiya hava məkanında texniki və fiziki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb, göyərtədə olan 67 nəfərdən 38-i həlak olmuş, 29 nəfər isə xilas olmuşdu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Oktyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see142

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see141

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see124

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri