Icma.az
close
up
RU
“Gözün gülməsi üçün ürək sağlam olmalıdır” “Universal Hospital”ın baş həkimi Aytən Sultanova

“Gözün gülməsi üçün ürək sağlam olmalıdır” “Universal Hospital”ın baş həkimi Aytən Sultanova

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Bu gün ölkə səhiyyəsində öz nüfuzu və uğurları ilə seçilən səhiyyə ocaqlarından biri də “Universal Hospital”dır. Ən son tibbi avadanlıqlarla təchiz olunan hospital peşəkar həkim və tibbi personalı ilə gecə-gündüz demədən, xalqın xidmətindədir.

Fəaliyyətə başladığı ilk gündən insanların sağlamlığını düşünən, öz işlərində xidmət mükəmməlliyi ilə peşəkarlığı bir araya gətirən müəssisə adından da göründüyü kimi universaldır.

Klinika haqqında oxucuları maraqlandıran digər suallara isə  “Universal Hospital”ın baş həkimi, tibb elmləri doktoru, dosent, cərrah-oftalmoloq Aytən Sultanova daha ətraflı cavab verəcək.

“Qafqazinfo” Aytən Sultanovanın müsahibəsini təqdim edir:

- Aytən xanım, “Universal Hospital”ın özəllikləri barədə eşitmək istərdik.

- Adından da göründüyü kimi, “Universal Hospital” hərtərəfli bir səhiyyə ocağıdır. Ən son tibbi avadanlıq və cihazlarla təmin olunan 21 şöbəmiz fəaliyyət göstərir. Bu da o deməkdir ki,  “Universal Hospital” müraciət edən hər bir pasiyent burada istənilən probleminə əlac tapır.

- Yəni “Universal Hospital”da “yox” yoxdur.

- “Universal Hospital”da olan istər həkim heyəti, istərsə də avadanlıqlar sağlamlıqla bağlı bütün problemləri vaxtında və yerindəcə, özü də yüksək səviyyədə aradan qaldırmağa imkan verir. Yəni bu gün hansısa xəstəliyi müalicə etmək üçün xaricə üz tutmağa gərək yoxdur.

- Eşitdiyimizə görə, dünya kardiologiyasında “möcüzə cihaz” adlandırılan “3D maping” cihazı Azərbaycanda ilk dəfə olaraq məhz “Universal Hospital”da quraşdırılıb.

- Bəli, tam doğrudur. Bu cihaz əsasən kardiovaskulyar xəstəliklərdə qızıl standart sayılır. Aritmologiyada ən dəqiq diaqnoz məhz bu cihaz vasitəsi ilə qoyulur. İnvaziv kardiologiya üzrə müraciət edən xəstələr üçün əsl tapıntıdır. İnvaziv kardiologiya ürək və damar xəstəliklərinin erkən mərhələdə aşkarlanması və müalicəsi deməkdir. “Universal Hospital”da mövcud olan “Biplan angioqrafiya” cihazı da var ki, ondan neyrovaskulyar damarların, qan dövranı sisteminin və ürək-damar xəstəliklərinin tam dəqiq diaqnostikasında istifadə olunur. Məhz bu cihazlarla biz mükəmməl nəticələr əldə edirik.

Biplan angioqrafiya, iki fərqli bucaqdan görüntü alaraq, həkimlərə damarların daha dəqiq və üçölçülü (3D) təsvirini yaratmağa imkan verir. Bu cür təsvirlər, xüsusilə beyin, ürək və digər həyati əhəmiyyətli orqanlarda əməliyyatların planlaşdırılması və icrası zamanı çox faydalıdır. Biplan angioqrafiya cihazı, həmçinin damar darlığı, genişlənməsi, qıvrımları və ya anevrizmləri kimi vəziyyətləri aşkar etmək üçün həkimlərə kömək edir.

- İnvaziv radiologiya sahəsindəki uğurlarınız da danılmazdır.

- Məhz invaziv radiologiya sayəsində biz xəstəlikləri erkən mərhələdə aşkarlayır və müalicəyə də vaxtında başlaya bilirik.

Kardiak anju, Kardiak MRT, Anjioqrafiya, Damar embolizasiyası, Perkutan drenaj (bədənə toplanmış mayenin xaric olunması), onurğa yırtıqlarının müalicəsi də məhz invaziv radiologiya vasitəsilə aradan qaldırılır.

- Bir cərrah-oftalmoloq kimi sizə gözlə bağlı sual verməyə bilmərəm. Bu gün gözlərimiz nədən gülmür?

- Çünki biz ürəyimizi çox yükləmişik. Gözün gülməsi üçün ürəyin fərəhli, rahat, qayğısız, sağlam olması mütləqdir. Bir cərrah-oftalmoloq kimi bir problemi də mütləq qeyd etməliyəm. Xəstələr çox vaxt gecikdirilmiş diaqnozla gəlirlər. Xüsusən də gözündə katarakta, yəni el dilində desək, “mirvari suyu” olan xəstələr öz sağlamlıqlarına biganə yanaşırlar. Göz xəstəliklərinə laqeyd yanaşmaq olmaz. Ən kiçik siqnal belə narahatlıq doğurmalıdır. Vaxtında müalicə olunmayan göz korluğa aparıb çıxarda bilər.

Ünvan: Bakı şəhəri, Cəfər Xəndan küçəsi 196

Əlaqə nömrəsi: (012) 599 65 56.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Yanvar 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri