Icma.az
close
up
RU
Metropoliten işçiləri ödənişsiz müayinə olundu “Universal Hospital”dan humanist addım

Metropoliten işçiləri ödənişsiz müayinə olundu “Universal Hospital”dan humanist addım

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təkcə adı deyil, xidmət sahəsi də universal olan “Universal Hospital” ictimai həyatdakı fəallığı ilə də seçilir. Hospitalın həyata keçirtdiyi layihələr öz fərqliliyi və aktuallığı ilə fərqlənir. Əmək və Sosial Münasibətlər Akademiyası ilə birgə təşkil olunan “Görməyə dəyər” adlı təlim də öz vacibliyini bir daha göstərib.

“Qafqazinfo” xəbər verir ki, “İş yerində təhlükəsiz iş” adlı təlimdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mütəxəssisi və “Universal Hospital”ın həkimləri çıxış edərək, iş vaxtı davranış qaydalarından danışıblar, lazımi tövsiyələrini veriblər.

Dəvət olunan qonaqlar isə metropoliten işçiləri olub. Hər kəs onu maraqlandıran suallara cavab alıb, bu cür təlimlərin daha çox keçirilməsini dilə gətirərək, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

İyun ayının 12-də isə 100 nəfər metropoliten işçisi “Universal Hospital”ın oftalmoloqları tərəfindən göz müayinəsindən keçiriliblər. Necə deyərlər, insanların “qaranlıq dünyadan” sağ-salamat çıxması üçün çalışan metropoliten işçilərinin gözlərinin nuru bu dəfə “Universal Hospital”ın həkimlərinə həvalə olunub. Müayinələr uğurla başa çatıb, tövsiyələr verilib, müalicələr yazılıb. 

Adından da göründüyü kimi, “Universal Hospital” doğrudan da çoxşaxəli – universal bir səhiyyə ocağıdır. 

Klinikada travmatologiya, anesteziologiya və reanimasiya, endokrinologiya, otorinolarinqologiya, ginekologiya, pediatriya və neonatologiya, kardiologiya, ürək-damar cərrahiyyəsi, stomatologiya, invaziv kardiologiya, dermatologiya, nevrologiya, oftalmologiya, psixologiya, ümumi və uşaq cərrahiyyəsi, neyrocərrahiyyə və digər sahələr üzrə şöbələr fəaliyyət göstərir. Bütün bu şöbələr innovativ tibbi avadanlıqlarla təchiz olunub. Klinikada, həmçinin təcili və planlı ambulator xidmətlər, stasionar tibbi yardım, cərrahi müdaxilələr və reabilitasiya xidmətləri həyata keçirilir. 13 mərtəbədən və 119 çarpayıdan ibarət olan hospitalda xidmətlər yüksək komfort və təhlükəsizlik standartlarına cavab verir.

Hazırda hospital 25 şöbə ilə fəaliyyət göstərir və müraciət edən pasiyentlər arasında oftalmologiya şöbəsi xüsusi seçilir. Burada “Göz mikrocərrahiyyəsi” şöbəsi görmə kəskinliyi, refraksiyanın obyektiv və subyektiv müayinələri, gözün ön seqmentinin biomikroskopiyası, kompüter perimetriyası, optik koherent tomoqrafiya, USM müayinəsi, göz dibinin baxışı və digər prosedurlar həyata keçirir.

Mikrocərrahiyyə və lazer cərrahiyyəsi üçün şöbə ən müasir avadanlıqlarla təchiz olunub. Az travmatik, qansız və tikişsiz əməliyyat metodları, eləcə də müxtəlif lazer və fizioterapiya müalicələri burada uğurla tətbiq olunur. Bu sahədə çalışan personal yüksək ixtisaslı, beynəlxalq sertifikatlara malik və geniş təcrübəyə sahib mütəxəssislərdir.

Dünya kardiologiyasında “möcüzə cihaz” adlandırılan 3D mapping texnologiyası ilk dəfə məhz bu klinikada quraşdırılıb. Bu cihaz aritmiyaların diaqnostikası və müalicəsində “qızıl standart” hesab olunur. Eyni zamanda, biplan angioqrafiya cihazı ilə neyrovaskulyar və kardioloji müdaxilələr daha dəqiq və təhlükəsiz şəkildə həyata keçirilir. 

İnvaziv radiologiya sahəsində də hospital innovativ yanaşmalar tətbiq edir. Buraya kardiak anju, Kardiak MRT, damar embolizasiyası, perkutan drenaj, onurğa yırtıqlarının müalicəsi və digər minimal invaziv prosedurlar daxildir. Bütün bu xidmətlər pasiyentin sağlamlığına minimal müdaxilə ilə maksimal fayda prinsipinə əsaslanır.

Bununla yanaşı, “Universal Hospital”da prostat vəzi xəstəliklərinin müalicəsində də ciddi uğurlar əldə olunub. Xüsusilə qeyd etməliyik ki, dünyanın ən inkişaf etmiş ölkələrində geniş tətbiq olunan “Holmium Lazer Prostat Enukleasiyası” (HOLEP) əməliyyatı artıq bizim klinikada da uğurla icra olunur. Hazırda bu əməliyyat iki pasiyent üzərində həyata keçirilib və yüksək nəticələr əldə olunub.

Qısa zaman ərzində qazanılan etimad və uğurlar gələcək üçün böyük ümidlər yaradır. Ən böyük arzulardan biri – azad Azərbaycanın ürəyi olan Xankəndidə “Universal Hospital”ın filialının açılmasıdır. Əminik ki, yaxın gələcəkdə bu arzu da gerçəkləşəcək və “Universal Hospital” Azərbaycanın hər yerində sağlam gələcəyin ünvanına çevriləcək.

Çünki komanda buna hazırdır - əqidəsi, tibbi imkanları və peşəkar komandası ilə...

Ünvan: Cəfər Xəndan küçəsi 196

Əlaqə nömrəsi: +994 99 599 65 56

+994 012 599 65 56




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 İyun 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri