Icma.az
close
up
RU
Güclü Azərbaycan Çarəsiz sahibkar Bu ziddiyyət niyə bitmir? KONKRET

Güclü Azərbaycan Çarəsiz sahibkar Bu ziddiyyət niyə bitmir? KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünən bir dostum məni qonaq çağırmışdı. Söhbət əsnasında dedi ki, 20 kvadratmetrlik kiçik bir dönərxanası var. Ardınca elə gileyləndi ki, bir anlıq nə deyəcəyimi bilmədim.

Fadil Paşayev, əməkdar jurnalist

Deyir: “Bu balaca dönərxananın qapısını döyməyən dövlət qurumu qalmayıb…”

Dostum danışdıqca, açığı, dəhşətə gəlirdim. 20 kvadratmetrlik bir obyektin sahibini bu qədər qurum necə “məşğul” edə bilər? Kiçik sahibkar onsuz da icarə, vergi, əməkhaqqı, kommunal xərclər, məhsul və digər gündəlik məsrəflərin altında əzilir. Bir də üstünə qanunsuz tələblər və bürokratik əngəllər gələndə adamın işləməyə həvəsi də, gücü də qalmır.

Axı biz müstəqilliyimizin 35-ci ildönümünə yaxınlaşırıq. Altı ildir ki, dövlət suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olunub. Azərbaycan böyük tarixi Zəfər qazanıb. Dünyaya öz gücünü nümayiş etdirib.

Amma təəssüf ki, bəzi problemlər hələ də həyatımızın ayrılmaz hissəsi olaraq qalır: korrupsiya, rüşvət, bürokratiya, sahibkarın incidilməsi, vəzifədən sui-istifadə… Ən ağrılısı isə odur ki, bütün bunlar barədə dəfələrlə danışılıb, xəbərdarlıqlar edilib, tapşırıqlar verilib.

Demək olar, hər bir iş adamının telefonunda Prezident İlham Əliyevin “Sahibkara mane olmaq dövlətə xəyanətdir” fikrinin səsləndiyi video var. Bəziləri həmin ifadəni ofisinin divarına asıb, bəziləri iş masasının qarşısına qoyub. Amma görünən odur ki, bu sözlərin mahiyyətini dərk etməyənlər hələ də kifayət qədərdir.

Çifayda…

Çünki azğın məmur öz bildiyini edir. Sahibkarı dövlətin tərəfdaşı kimi yox, sanki qarşısında dayanmış “günahkar” kimi görür. İş adamının problemini həll etmək əvəzinə ona yeni problem yaradır. Qanunun tələb etdiyi proseduru izah etmək əvəzinə, sahibkarı kabinetdən-kabinetə göndərir. Bəzən isə məsələni elə dolaşdırır ki, sahibkar “kaş bu işə heç başlamazdım” deyə düşünür.

Belə münasibət yalnız bir sahibkarın problemini deyil, bütövlükdə ölkənin iqtisadi inkişafını zədələyir. Çünki sahibkar iş yeri yaradır. Vergi ödəyir. İnsanlara maaş verir. Ailələr dolanır. Küçədə bir dönərxananın, kafeyə çevrilmiş kiçik obyektin, emalatxananın, mağazanın arxasında bir neçə ailənin çörəyi dayanır.
Əslində dövlət sahibkarı düşmən yox, tərəfdaş kimi görür. Amma əksər dövlət qurumu sahibkarın nəfəsini kəsir, qanun adı ilə sahibkara təzyiq göstərir, onu bezdirməkdən ötrü cilddə-cildə girir. Bu, yolverilməzdir.

Bir ölkədə sahibkar daim “görəsən sabah hansı qurum gələcək?” qorxusu ilə yaşayırsa, orada sağlam biznes mühiti yaratmaq mümkün deyil.

Axı biz Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdik. Viran qoyulmuş şəhərləri yenidən qururuq. Dünyaya qalib xalqın, güclü dövlətin və böyük potensiala malik Azərbaycanın olduğunu göstəririk. Bəs ölkənin içindəki kiçik sahibkara niyə rahat nəfəs almağa imkan vermirik? Niyə 20 kvadratmetrlik dönərxananın sahibini rahat buraxmırıq? Niyə vətəndaş dövlət qurumunun qapısını döyəndə probleminin həll ediləcəyinə yox, yeni problemlərlə üzləşəcəyinə ehtiyat edir?

Ən təhlükəlisi də budur: cəzasızlıq hissi. Məmur bilir ki, etdiyi hərəkətə görə ciddi məsuliyyət daşımayacaqsa, sabah daha artığını etməyə cəsarət tapır. Bir müddət sonra bu, sistemə çevrilir. Sistemləşəndə isə cəmiyyətin dövlətə olan inamına zərbə vurur. Bizim qalib Azərbaycanımız buna layiq deyil.

Bu gün ölkəmizin ən böyük sərvətlərindən biri yalnız neft, qaz və təbii resurslar deyil. Ən böyük sərvətlərimizdən biri də öz zəhməti ilə iş quran, risk edən, insanlara çörək verən sahibkardır. O sahibkarı isə qorumaq lazımdır. Onun qarşısına süni maneələr çıxarmaq yox, yolunu açmaq lazımdır. Məmur bilməlidir ki, dövlətin gücü vətəndaşı qorxutmaqda deyil, vətəndaşın yanında olmaqdır.

Prezidentin “Sahibkara mane olmaq dövlətə xəyanətdir” fikri sadəcə divardan asılan poster, telefonda saxlanılan video olmamalıdır. Bu, hər bir məmurun gündəlik fəaliyyətinin əsas prinsiplərindən birinə çevrilməlidir. Çünki sahibkarı yaşatmaq iqtisadiyyatı yaşatmaqdır. İqtisadiyyatı yaşatmaq isə dövləti gücləndirməkdir.

Biz qalib Azərbaycanı cəzasızlıq, rüşvət və bürokratiya bataqlığında boğmaq üçün yox, daha güclü, daha ədalətli və daha firavan gələcək qurmaq üçün qurmuşuq. Günəşli Vətənimizi kimlərinsə azğınlığı ucbatından cəhənnəmə çevirməyə haqqımız yoxdur. Dur deyən mütləq olmalıdır. Və ən əsası, həmin “dur” sözü kağız üzərində yox, real həyatda eşidilməlidir.

Fadil Paşayev,
Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Sentyabr 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri