Icma.az
close
up
RU
Azərbaycan güclü zəlzələnin astanasında KONKRET

Azərbaycan güclü zəlzələnin astanasında KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Regionda nisbi seysmik aktivləşmə müşahidə olunur. Region dedikdə isə daha dəqiq desək, seysmik aktiv zona nəzərdə tutulur. Şamaxı–İsmayıllı ərazisi Azərbaycanın ən aktiv seysmik zonalarından biridir. Tarix boyu bu ərazilərdə güclü və hiss olunan zəlzələlər baş vermişdir”.

KONKRET.az xəbər verir ki, bunu açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib. Onun sözlərinə əsasən, mövcud seysmik proseslər qonşu zəlzələ ocaqlarını da hərəkətə gətirə bilər:

“Ümumiyyətlə, bölgədə daim geodinamik və seysmik aktivlik müşahidə olunur. Müxtəlif vaxtlarda baş verən yeraltı təkanlar müasir cihazlar və seysmik stansiyalar tərəfindən qeydə alınır. Mən hər zaman xüsusilə hiss olunan zəlzələlərə diqqət çəkirəm. Şamaxı–İsmayıllı ərazisində baş verən zəlzələlərdən sonra yaxın seysmik ocaqlarda da müəyyən aktivləşmə mümkündür və bu proses bir neçə gün ərzində müşahidə oluna bilər. Eyni zamanda Aran bölgəsində, Hacıqabul istiqamətində tektonik qırılmalar mövcuddur və həmin ərazilərdə də seysmik aktivlik arta bilər”.

Seysmoloq  bildirib ki, ümumilikdə, Şamaxı–İsmayıllı zonası tektonik qırılmalar, seysmik ocaqlar və tektonik pozuntularla zəngin bir ərazidir:

“Bir daha təkrar edirəm ki, tarix boyu burada hiss olunan, bəzən də dağıdıcı gücə malik zəlzələlər baş vermişdir. Xüsusilə 1667-ci və 1902-ci illərdə güclü zəlzələlər qeydə alınıb. Son illərdə isə 2014 və 2019-cu illərdə də seysmik aktivlik müşahidə edilmiş, müəyyən dağıntılar baş vermişdir. 2026-cı ilin ümumilikdə seysmik və tektonik baxımdan necə keçəcəyi barədə indidən dəqiq fikir söyləmək tezdir. Lakin bir seysmoloq kimi ilk 3–4 ayın təhlili göstərir ki, ərazi öz xüsusiyyətlərinə uyğun şəkildə müəyyən qədər aktivləşib”.

Q.Babayev açıqlamasında onu da qeyd edib ki, Azərbaycanın seysmik vəziyyətini digər ölkələrlə tam şəkildə müqayisə etmək düzgün olmaz:

“Türkiyə, İtaliya və Avropanın bəzi seysmik zonaları ilə müqayisədə ölkəmiz nisbətən daha sabit hesab olunur. Bunun əsas səbəbi tektonik hərəkətlərin və geodinamik proseslərin sürətinin o qədər də intensiv olmamasıdır.Bununla belə, Azərbaycan öz xüsusiyyətlərinə görə zəlzələ zonasına daxildir. Hesab edirəm ki, qarşıdakı ilk dövrlərdə ölkənin müxtəlif ərazilərində hiss olunan, əsasən kiçik maqnitudalı və səthə yaxın zəlzələlər baş verə bilər”.**“Yeni Sabah”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Yanvar 2026 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri