Icma.az
close
up
RU
Güclü dövlətin təminatı Azərbaycan Ordusu

Güclü dövlətin təminatı Azərbaycan Ordusu

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan xalqının müstəqillik tarixində ordu quruculuğu məsələsi hər zaman xüsusi əhəmiyyət daşıyıb. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır”. Bu fikir Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında güclü ordunun rolunu aydın şəkildə ifadə edir.

1990-cı illərin əvvəllərində ölkəmiz ağır sınaqlarla üzləşmiş, hətta müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Həmin dövrdə nizami ordu quruculuğunda ciddi problemlər mövcud idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində əsaslı islahatlara başlanıldı, Silahlı Qüvvələrin formalaşdırılması və möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Azərbaycan Ordusunun beynəlxalq standartlara uyğunlaşdırılması, peşəkar hərbi kadrların hazırlanması, maddi-texniki bazanın gücləndirilməsi və hərbi intizamın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər vurğulayırdı ki, “Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz”. Məhz bu siyasət nəticəsində müasir Azərbaycan Ordusunun təməli qoyuldu.
Sonrakı dövrdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu yeni inkişaf mərhələsinə qədəm qoydu. Müdafiə sahəsinə ayrılan vəsait artırıldı, ən müasir silah və texnikalar alındı, hərbi sənaye kompleksi formalaşdırıldı. Azərbaycan Ordusunun döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə yüksəldi və ordumuz regionun ən güclü silahlı qüvvələrindən birinə çevrildi.
2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Bu qələbə sonrakı uğurların əsasını qoydu. 2020-ci ilin Vətən müharibəsində isə Azərbaycan Ordusu 44 gün ərzində tarixi Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Biz bunu döyüş meydanında sübut edə bilmişik”. Məhz Azərbaycan əsgərinin şücaəti, xalq-ordu birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi nəticəsində tarixi ədalət bərpa olundu.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsini rəsmiləşdirdi. Bundan sonra da ordumuzun inkişafı daha sürətlə davam etdirildi. Xüsusi təyinatlı qüvvələrin və Komando briqadalarının yaradılması, hərbi hissələrin müasirləşdirilməsi, yeni döyüş hazırlığı proqramlarının tətbiqi Azərbaycan Silahlı Qüvvələrinin imkanlarını daha da genişləndirdi.
Bu gün Azərbaycan Ordusunun inkişafında qardaş Türkiyə ilə hərbi əməkdaşlıq mühüm yer tutur. Ordumuzun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında hərbi, müdafiə sənayesi və təhlükəsizlik sahələrində əməkdaşlığı yeni mərhələyə yüksəltdi. Eyni zamanda, Pakistan İslam Respublikası da Azərbaycanın mühüm hərbi və siyasi tərəfdaşlarından biridir.
Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasında yer alır. Prezident İlham Əliyevin dediyi kimi, “Güclü dövlətin güclü ordusu olmalıdır”. Müasir silahlarla təchiz edilmiş, yüksək döyüş hazırlığına malik, vətənpərvərlik ruhunda yetişmiş şəxsi heyətə sahib olan Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin və suverenliyinin etibarlı təminatçısıdır.
26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə bütün hərbi qulluqçularımızı, müharibə veteranlarını və Azərbaycan Ordusunun sıralarında xidmət etmiş hər bir vətəndaşı təbrik edir, ordumuza yeni uğurlar arzulayırıq. Qalib Azərbaycan Ordusu xalqımızın qürur mənbəyi, dövlətimizin güc və qüdrət simvoludur.

Anar Alışov

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 İyun 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri