Icma.az
close
up
RU
Güclü dövlətin güclü də ordusu olur...

Güclü dövlətin güclü də ordusu olur...

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın iqtisadi qüdrəti və müzəffər  silahlı qüvvələri ilə dostlarımız da qürur duyur

Noyabrın 8-də Bakının Azadlıq meydanında keçirilən, Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan Hərbi parad  Azərbaycan xalqına şanlı Zəfərimizin sevinc və qürurunu bir daha yaşatdı. Uzun müddət  torpaqlarımızı işğal altında saxlayan Ermənistan  və onun arxasında dayanan bəzi dövlətlər işğalçıya siyasi, iqtisadi və hərbi dəstək göstərirdi. Elə düşünürdülər ki, əzəli-əbədi torpağımız olan  Qarabağı və Şərqi Zəngəzuru əlimizdən ala biləcəklər.

Tarix, zaman, dövlətimizin və xalqımızın polad iradəsi göstərdi ki, heç bir qəsbkar  Azərbaycan   torpağında bunu edə bilməz. Çünki Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  dediyi kimi, bizim  siyasətimiz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməkdən ibarət idi: “Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. Biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim Zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi. Biz güclü iqtisadiyyat qurmuşduq. Əgər bunu etməsəydik, bizim maliyyə imkanlarımız çox məhdud idi. Biz iqtisadi müstəqillik qazanmışdıq və bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu, bizə daha böyük siyasi güc verirdi. Biz müstəqil siyasət aparan ölkə idik. Bu amillər digər amillərlə bərabər bizi şanlı Zəfərə yaxınlaşdırırdı”.

Bəli, yalnız güclü dövlətin güclü ordusu olur. Dövlətimizin başçısı ölkəyə rəhbərlik etdiyi ilk gündən düzgün və məqsədyönlü siyasət yeridərək xalqımızı böyük Qələbəyə doğru apardı.Bu barədə Prezidentimiz bir çox çıxışlarında bəhs edib. Dünənki paradda da həmin fikirlər bir daha vurğulandı:” Biz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək bir çox ölkələr, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik. Bütün bu amillərlə bərabər, ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı. Biz güclü ordu, güclü Silahlı Qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq, ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişik. Bütün bu və digər amillər bizim Qələbəmizi, şanlı Zəfərimizi şərtləndirmişdir”.

Prezident,  Ali Baş Komandan İlham Əliyev  güclü Azərbaycan və  müzəffər ordu yaratdı.Elə bir ordu ki, onun qarşısında heç bir qüvvə dayana bilmədi, ona heç nə maneə törədə bilmədi: “44 gün ərzində bizim şanlı Silahlı Qüvvələrimiz hər gün irəli gedirdi, bir gün bir addım geriyə atmamışdır. Böyük peşəkarlıq, rəşadət, qəhrəmanlıq və fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişik. Bunu döyüş meydanında sübut etmişik. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmənlərdən azad edildi. Biz düşməni qova-qova irəliyə gedirdik və azad edilmiş hər şəhər və kənd, orada qaldırılan Azərbaycan Bayrağı bizim Ordumuzu, xalqımızı daha da ruhlandırırdı”.

Budur, indi sevinclə , qürurla, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq diləyə-diləyə şanlı Qələbəmizin 5 illiyıni qeyd edirik. Ötən bu 5 il ərzində  biz yalnız iftixar hissi keçirməklə kifayətlənməmişik. Bu gün  Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. İllərlə öz sahiblərinin nəfəsinə, ayaq izlərinə intizar qalan torpaq da, yurd-yuvası üçün  həsrət çəkən insanlar da indi sevinirlər. Keçmiş məcburi köçkünlər ardıcıllıqla , mərhələ-mərhələ doğma yurda dönürlər. Hərbi paraddakı çıxışında  Prezident İlham Əliyev bunları bir daha vurguladı:” Bu gün “Böyük Qayıdış” Proqramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Bütün bu tarixi nailiyyətlərlə bağlı bir daha əziz xalqımı təbrik edirəm. Biz bu beş ili qürur hissi ilə yaşamışıq”.

Bu qürur hissini bizimlə bərabər dost və qardaş ölkələr,xalqlar da keçirir.Təsadüfi deyil ki, dünənki paradda da  Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif xalqımızla birlikdə idi.Bir sıra dost və qardaş ölkələrin müdafiə nazirləri də gəlmişdilər.Digər hörmətli qonaqlarımız da vardı.

Qarabağın azadlığa qovuşmasının  təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyi olduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan ölkəmizlə əlaqələrin, o cümlədən iqtisadi əməkdaşlığın bundan sonra da  davam edəcəyini diqqətə çatdırdı: “Hazırkı nöqtədə Can Azərbaycanın həm bölgəsində, həm də kənarda əldə etdiyi irəliləyişlərdən böyük qürur duyuruq. Aramızdakı müstəsna əlaqələr konkret strateji layihələrlə hər gün daha da güclənir. Xatırlayırsınız, “Əsrin müqaviləsi”, “Azəri-Çıraq-Günəşli” başda olmaqla, Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri, “Şahdəniz” və TANAP ilə taclandırdığımız əməkdaşlığımızı son olaraq İğdır-Naxçıvan təbii qaz boru kəmərinin istismara verilməsi ilə daha da möhkəmləndirdik. İndi bu əməkdaşlığımızı daha da inkişaf etdirmək və miqyasını genişləndirmək üçün səy göstəririk.Qafqazda yaradılacaq yeni marşrutların nəqliyyat və enerji tədarükü imkanlarını artırmasını gözləyirik. Xəzərdən keçən Şərq-Qərb Orta Dəhlizini bölgədəki bütün qardaşlarımızın faydasına xidmət edəcək şəkildə sərmayələrlə inkişaf etdirməliyik. Bilavasitə Bakı-Tbilisi-Qars dəmir yolu xəttini ən səmərəli şəkildə istifadə etmək üçün Azərbaycanla birlikdə irəliyə doğru daha çox addımlar atacağımıza inanıram”.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif  isə  paraddakı çıxışını bu sözlərlə tamamladı: “Yaşasın Pakistan-Azərbaycan dostluğu! Yaşasın Pakistan, Azərbaycan və Türkiyə dostluğu!”

Bu, hər birimizin qəlbindən keçən istək və arzudur.

Flora SADIQLI
“Azərbaycan”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Noyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri