Icma.az
close
up
RU
Güclü istilər zamanı yatağınızı belə sərinlədin ASAN ÜSUL

Güclü istilər zamanı yatağınızı belə sərinlədin ASAN ÜSUL

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yuxu üzrə mütəxəssis doktor Sita Şah deyir ki, səhər saatlarında sınaya biləcəyiniz sadə bir üsul axşam saatlarında yatağınızı sərinlətmək üçün böyük fərq yarada bilər.

Lent.az bu üsulları sizə təqdim edir:

Yatağınızı dərhal yığmayın. Bu qəribə görsənə bilər, lakin doktor Şah bunun effektiv olduğunu deyir.

O bildirir:
“Mən insanlara tez-tez xatırladıram ki, oyanandan sonra etdiyiniz şeylər yuxu sağlamlığına yatmazdan əvvəl etdikləriniz qədər təsir edə bilər”.

“Xüsusilə isti aylarda yatağı yığmağı təxirə salmaq çox vacib bir vərdiş ola bilər”.

Niyə yayda yatağı dərhal yığmaq olmaz?
Doktor Şahın sözlərinə görə, yatağı dərhal yığmaq isti və nəmi saxlayır.

O izah edir:
“Gecə ərzində bədəniniz istilik, tər və mikroskopik dəri parçaları ifraz edir və bunlar yataq dəstinə hopur. Yay aylarında temperatur və rütubət yüksək olduqda bu təsir daha da güclənir".

Doktor Şah bildirir ki, oyanandan sonra yatağı dərhal yığmaqla siz əslində bu nəmi və istiliyi döşək və çarşafda saxlamış olursunuz.

“Fizioloji baxımdan bu, yorğan altında həm isti, həm də nəmli mikroiqlim yaradır – bu isə mikrobların və allergenlərin, xüsusən də göbələklərin və toz gənələrinin çoxalması üçün ideal şəraitdir".

Toz gənələri – ölü dəri hüceyrələri ilə qidalanan mikroskopik canlılar – nəmli şəraitdə sürətlə çoxalır. Onlar insanı dişləməsələr də, onların ifrazatları astma, ekzema və allergiya simptomlarına səbəb ola bilər, və çoxumuz bu təsirlərə məruz qaldığımızın fərqində olmuruq.

“Yatağı yığmadan qoymaq və yorğanı kənara atmaq yatağın səthini qurumağa və sərinləməyə imkan verir, bu da toz gənələrinin yaşaması üçün lazım olan nəmli mühiti pozur".

“Bəziləri üçün səliqəli görünən yataq yayda sağlamlıq baxımından zərərli ola bilər, əgər çox tez yığılarsa",

Bəs nə etməli?
Doktor Şah məsləhət görür ki, oyandıqdan dərhal sonra yorğanı kənara atın.

“Yorğanı və ya çarşafı yatağın ayaq tərəfinə yığın və pəncərələri açın ki, otaq havalansın".

Yatağı yığmazdan əvvəl ən azı 30–60 dəqiqə gözləmək tövsiyə olunur.
“Bu, yataq dəstinə qurumaq və sərinləmək üçün vaxt verir, nəticədə daha gigiyenik və rahat bir yuxu mühiti yaranır".

Son olaraq o, nəfəs alan və yay üçün uyğun yataq dəstindən – məsələn, pambıq və ya kətandan – istifadə etməyi və yayda çarşafları həftədə ən az bir dəfə yumağı tövsiyə edir.

İsti havalarda mütəxəssislər necə yatır?
Əgər hələ də yatmaqda çətinlik çəkirsinizsə, mütəxəssislər güclü istilər zamanı sınaya biləcəyiniz bəzi sadə üsullarla bölüşür:

İstiliyin qarşısını alın:
“Günəş şüalarına məruz qalan otaqlarda jalüzləri və pərdələri bağlayın. Kölgə otağın daha sərin qalmasına kömək edəcək".

Havanın dövranını təmin edin:
Yuxu üzrə mütəxəssis Ceyms Uilson (The Sleep Geek) otağınızın qapısını və digər otaqlardakı pəncərələri açıq saxlamağı tövsiyə edir.
Digər otaqlardakı pəncərələr və qapılar daha çox hava dövranına imkan yaradacaq.

Burunla nəfəs alın:
Dr. Nerina Ramlahan “burundan nəfəs alma bədəni təbii yolla sərinlədir və sinir sistemini sakitləşdirir” – deyə Metro qəzetinə bildirib.

İlıq duş qəbul edin:
Soyuq duş cazibədar görünsə də, Nerinanın sözlərinə görə, ilıq duş daha faydalıdır. Başınızı və saçlarınızı isladın – bu, bədən temperaturunu aşağı salmağa kömək edəcək. Ancaq çox soyuq və ya çox isti duşlar bədəni oyaq saxlayaraq əks təsir göstərə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:359
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 İyul 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri