Güclü külək ağacları aşırdı: bu yol bağlandı Foto
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Güclü külək Oğuz rayonunda bir sıra fəsadlar törədib.
Axar.az Report-a istinadən xəbər verir ki, dünən axşam saatlarından etibarən Oğuz rayonunda güclü küləkli hava müşahidə olunur.
Belə ki, güclü külək nəticəsində iri gövdəli ağaclar Oğuz-Bayan avtomobil yoluna aşıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.
Bundan başqa, külək nəticəsində elektrik naqilləri və internet xətləri qırılıb. Hazırda rayonun bir hissəsində elektrik enerjisinin və internetin verilişində fasilələr yaranıb.
Səhər saatlarından etibarən aidiyyəti qurumların əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

Külək Bakıda ağacları aşırdı
21 Mart 2025 17:16
Lökbatanda güclü külək dayanacağı aşırdı
08 Fevral 2025 11:29
Qəbələdə güclü külək ağacı maşının üstə aşırdı FOTO
17 Dekabr 2024 12:14
Güclü külək yük maşınını aşırdı VİDEO
06 Mart 2025 20:33
Güclü külək talvarı maşınların üzərinə aşırdı
14 Dekabr 2024 17:10

