Icma.az
close
up
RU
Güclü liderin qarşıya qoyduğu məqsədlər RƏY

Güclü liderin qarşıya qoyduğu məqsədlər RƏY

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

Dövlət başçımızın yerli televiziya kanallarına verdiyi müsahibədə bir güclü liderin dövləti necə idarə etmək lazım olduğunu ifadə etmiş oldu. Təbii ki, dünyada müstəqil siyasəti yürüdən dövlətləri sevməyən, qısqanclıqla yanaşan dairələr çox olur. Amma Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan dövləti bütün çətinliklərə sinə gərir və uğurlu daxili və xarici siyasətini davam etdirir.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, dövlət başçımıza jurnalistlər ölkədaxili, regional və qlobal əhəmiyyət daşıyan müxtəlif sullar ünvanladı. Dövlət başçımız bütün suallara geniş münasibət bildirərək Azərbaycanın inkişafı, regional və beynəlxalq siyasəti haqqında geniş auditoriyada fikirlər formalaşdırdı.

Deputat qeyd edib ki, burda ölkəmizin iqtisadi inkişafı, beynəlxalq tədbirlərə ev sahiblik etməyimiz, Ermənistanın və Fransanın regionda gərginliyi artıran siyasəti, yeni dünya nizamında Azərbaycanın yeri və rolu, Azərbaycan-Türkiyə münasibətləri və Suriyanın yenidən qurulmasında iştirakımız, D8-ə üzvlüyümüzün əhəmiyyəti, Trampın prezidentliyi dövründə Azərbaycan-ABŞ münasibətlərində gözləntilər, Avropa Parlamentinin yeni tərkibinin Azərbaycana münasibətinin necə olacağı, Fransanın kolonial siyasətinin davam etdirilməsinə qarşı mübarizədə Azərbaycanın təşəbbüsləri, Qərbi Azərbaycana soydaşlarımızın qayıdışı, Bakının tıxac probleminin həll olunması istiqamətində nəzərdə tutulan planlar, qalib ölkənin lideri olmaq necə bir hiss olması və digər suallara verilən dolğun cavablar hər bir izləyici üçün çox maraq doğurur.

“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti dünyada müstəqil siyasət yürüdən çox az ölkələrdəndir. Bu baxımdan Azərbaycan güclü liderimiz Prezident İlham Əliyevin timsalında dünya ictimaiyyətinin etibarlı və nüfuzlu tərəfdaşına çevrilmişdir”, - deyə Azər Badamov vurğulayıb.

Digər müsahibimiz, Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, cənab prezident artıq ənənəvi hal almış ilin başlanğıcında yerli telekanallara verdiyi geniş müsahibəsi hər zaman olduğu kimi təkcə ölkəmizdə yox, artıq qlobal miqyasda bu fikirləri çox ciddi rezonans doğurdu.

“Çünki Azərbaycan prezidenti cənab İlham Əliyev artıq regional yox, qlobal liderlər sırasında yerini möhkəmlədib və onun hər bir fikri həm ölkəmizlə bağlı, həm də qlobal siyasətlə bağlı açıq-aydın lakonik fikirləri dünyanı düşündürən məsələlərdir”.

Millət vəkili qeyd edib ki, beynəlxalq siyasət kontekstindən baxsaq, ölkə başçımızın bir çox məsələlərə öz dərin baxışı və mövqeyi hazırda dünyanın ən aktual məsələlərə Azərbaycan lideri olaraq yox, artıq dünyəvi lider kimi mövqeyini bildirməsi, təbii olaraq, hər bir azərbaycanlını qürurlandırır və biz sözün əsl mənasında qalib ölkənin, müzəffər bir xalqın lideri kimi prezidentimizin hər bir fikirləriylə qürur duyuruq. Hər bir məsələdə ölkə başçımız özünün fikirləri ilə əsasən də milli maraqlarımıza söykənən siyasətini bir daha ortaya qoydu.

“Həm Azərbaycan-Ermənistan həm də İran, Rusiya, Fransa, ABŞ ilə dünyada baş verən münasibətlərdə Azərbaycan mövqeyindən olan baxışları, milli dəyərlərimizin önə çəkilməsi, böyüməkdə olan gələcək nəsillərin Azərbaycanı bir əmanət kimi qoruyub saxlamaları, işğaldan azad edilmiş bölgələrdəki sərhədləri və bu sərhədlərdə hiss etdiyi duyğular, orada görülən sürətli bərpa-quruculuq işləri, ölkə başçısının bu sahədə olan məsuliyyəti, xalqımıza arxalanması və xalqımızın ona olan inamı, bütün məsələlərdə milli mənafeyimizin qorunması, inkişaf etdirilməsi barəsində olan fikirlər düşünürük ki, hər birimiz üçün yol xəritəsinə çevrildi. Həmişə olduğu kimi ölkə başçımız həm keçmiş, həm bu günümüz, həm də gələcəyimizlə bağlı bir çox məsələlərdə konkret mövqe bildirməklə bir daha Azərbaycanın haqlı ədalətli mövqeyini bütün dünyaya çatdırmış oldu”, - deyə Vüqar İskəndərov vurğulayıb.

Aminə Nəzərova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 09 Yanvar 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri